Kullanıcı Tag Listesi

Səxavət Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Məhərrəmov Səxavət ələmdar oğlu 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. Məlum səbəbdən ailəsi ilə birlikdə Gürcüstana köçmüşdür. Bir müddət orada yaşadıqdan sonra Bakının Lökbatan qəsəbəsində yaşayan Səxavət 1990-cı ildə

Bu konu 619 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Səxavət Məhərrəmov 619 Reviews

    Konuyu değerlendir: Hərb işi - Səxavət Məhərrəmov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 619 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    134
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Səxavət Məhərrəmov

    Səxavət Məhərrəmov


    Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Məhərrəmov Səxavət ələmdar oğlu 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur.

    Məlum səbəbdən ailəsi ilə birlikdə Gürcüstana köçmüşdür. Bir müddət orada yaşadıqdan sonra Bakının Lökbatan qəsəbəsində yaşayan Səxavət 1990-cı ildə Lökbatan qəsəbə 106 saylı orta məktəbini bitirmişdir.

    Sonra 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi.

    1991-ci ilin noyabrında könüllü olaraq S.Məhərrəmov əvvəlcə Daxili Qoşunlarda, sonra isə yenicə yaranmış Milli Ordu sıralarında hərbi xidmətə başlayır. Bir sıra döyüşlərdə fəaliyyət göstərmiş, rəşadət nümayiş etdirmişdir.

    27 iyun 1992-ci ildə Ağdərənin Möhrədağ kəndi uğrunda gedən döyüşdə Səxavət düşmənə dağıdıcı zərbələr vururdu. Bölmə geri dönərkən düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına həlak olur.

    Subay idi.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə onun adı verilib. Məktəbin dəhlizində büstü qoyulub.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Səxavət Məhərrəmov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 619


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş