Kullanıcı Tag Listesi

Samir Xasıyev Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Xasıyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə

Bu konu 731 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Samir Xasıyev 731 Reviews

    Konuyu değerlendir: Hərb işi - Samir Xasıyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 731 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    134
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Samir Xasıyev

    Samir Xasıyev


    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Xasıyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə Bakının Nərimanov rayonundakı 82 saylı orta məktəbin birinci sinfinə getmişdir.

    1988-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyü üçün, orta təhsilini 14 saylı beynəlmiləl orta məktəbdə tamamlamışdır. O, məktəbi bitirib Bakıya qayıdır.

    1991-ci il Bakı Dövlət Universitetinin tarix fakultəsinin axşam şöbəsinə daxil olur. 1992-ci ildə isə Vətənin çağırışına səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. İlk döyüşü Ağdamın Mərzili kəndində başlayır.

    1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda, 1994-cü ildə isə Gəncə qiyamının yatırılmasında iştirak edir.

    1995-ci il 17 martda dövlət çevirilişinə cəhdin qarşısını alarkən Samir Xasıyev qəhrəmancasına həlak olur.

    Subay idi.

    Bakı şəhərinin 2-ci Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Bakınının Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və İstirahət parkına Samir Xasıyevin adı verilmiş və parkda büstü qoyulmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Samir Xasıyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 731


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş