Xanoğlan Məmmədov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Məmmədov Xanoğlan Sadıq oğlu 1975-ci il 13 fevralda Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açmışdır.
Səkkizillik təhsilini bitirdikdən sonra, 104 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir.
1993-cü il aprel ayının 13-də Neftçala Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. X.Məmmədov topçu kimi əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşkül və Qaladakı hərbi hissələrdə xidmət keçir. Sonra isə Murovdağa göndərilir. Bütün döyüşlərdə rəşadəti ilə fərqlənən Xanoğlan
1995-ci il mart ayında dövlət çevirilişinə cəhdin qarşısının alınmasında onun müstəsna xidməti olur. Lakin bu qarşıdurmada X.Məmmədovdan güllə yan keçmir, onun ömrünə son qoyur.
Subay idi.
Qaraqaşlı kəndində dəfn edilmişdir.
Neftçala rayon Mədəniyyət evi onun adını daşıyır.
Yer imleri