Sahil Məmmədov
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil ələmdar oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Məmmədov Sahil ələmdar oğlu 1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbin birinci sinfinə getmiş,
1981-ci ildə onuncu sinfi bitirmişdir. 1982-ci ildə ordu sıralarına çağırılmışdır. 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətdə olarkən rəhbərlik tərəfindən SSRİ DİN-nin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə oxumağa göndərilir.
1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərlərinə göndərilir. Daxili qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışmağa başlayır. 1991-ci ilin oktyabrında Sovet Ordusu sıralarından tərxis olunur.
1992-ci il yanvarın 2-də Azərbaycan respublikası DİN-nin Daxili Qoşunlar İdarəsinini hərbi polis alayında rota komandirinin müavini kimi fəaliyyətə başlayıb. Daha sonra S. Məmmədov Ağkənd, Dərəli, Qazançı kəndlərində zastava rəisi təyin edilir.
1994-cü ildən polkovnik-leytenant Sahil Məmmədov DİN-nin Pasport, Viza və Qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışır.
Ailəlidir.
Yer imleri