Nurəddin İbrahimov
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə İbrahimov Nurəddin İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
İbrahimov Nurəddin İslam oğlu 16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olmuşdur. 1969-cu ildə 125 saylı orta məktəbi bitrmiş,
1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsinə işə qəbul olunur. 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk şəhər Ali Milis Məktəbinə qəbul olur.
1982-ci ildə İrkutsk şəhərində inspektor vəzifəsinə təyin olunur.
1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini başa vurur və 1988-ci ildə cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1989-cu ildə o, İrkutsk Şəhər Sovetinə deputat seçilir. 1990-cı ildə vətən harayına gələn Nurəddin, 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir.
Polis mayoru Nurəddin İbrahimov 1995-ci il 10 fevralda Binə qəsəbəsindəki cinayətkar dəstəni zərərsizləşdirərkən həlak olmuşdur.
Evli idi. Bir qızı yadigar qalıb.
Bakı şəhərinin Buzovna qəsəbə qəbristanlığında dəfn edilmişdir.
Buzovna qəsəbəsindəki küçələrdən biri və buradakı mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin qarşısında büstü qoyulmuşdur.
Yer imleri