Eldar Məmmədov Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1974-cü ildə Bakının 189 saylı orta məktəbin birinci sinfinə daxil olur, 1982-ci ildə səkkiziillik təhsilini başa vuraraq, C.Naxçıvnski adına hərbi məktəbə daxil olur. 1985-ci ildə təhsilini

Bu konu 927 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Eldar Məmmədov 927 Reviews

    Konuyu değerlendir: Hərb işi - Eldar Məmmədov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 927 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Eldar Məmmədov

    Eldar Məmmədov


    Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açıb.

    1974-cü ildə Bakının 189 saylı orta məktəbin birinci sinfinə daxil olur, 1982-ci ildə səkkiziillik təhsilini başa vuraraq, C.Naxçıvnski adına hərbi məktəbə daxil olur.

    1985-ci ildə təhsilini bitirərək, Riqadakı Qırmızıbayraqlı Ali Hərbi-Siyasi məktəbdə təhsil almağa başlayır. Təhsilini bitirən Eldar SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir. Erməni işğalçıları ölkəmizə təcavüz edən zaman E.Məmmədov vətənə qayıdır və yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır.

    1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonun tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Fevral ayının 24 Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində qəhrəmanlıq göstərmişdi.

    Qızğın atışmada Eldar yoldaşlarını müdafiə edərkən, düşmən gülləsinə tuş gəldi. E.Məmmədov 24 fevral 1993-cü ildə qəhrəmancasına həlak oldu.

    Subay idi.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Eldar Məmmədov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 927


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş