Fariz Mədətov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Mədətov Fariz əlövsət oğlu 18 aprel 1972-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur.
1979-1989-cu illərdə kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir.
1990-cı ildə hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir. 1992-ci ilin may ayında o, hərbi xidmətini başa vurur. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli orduya səfərbər olunur.
1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən döyüşlərin birində yaralanır. Müalicə olunduqdan sonra yenidən orduya qayıdır. 1996-cı ildə Ordudan tərxis olunaraq, Yevlax rayon Polis şöbəsində əmək fəaliyyətinə başlayır.
Ailəlidir.
Yer imleri