Kullanıcı Tag Listesi

ərəstun Mahmudov Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov ərəstun İspəndi oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Mahmudov ərəstun İspəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində dünyaya gəlmişdir. Bakının 220 saylı orta məktəbini bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətinin Viborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilin

Bu konu 698 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - ərəstun Mahmudov 698 Reviews

    Konuyu değerlendir: Hərb işi - ərəstun Mahmudov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 698 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    134
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - ərəstun Mahmudov

    ərəstun Mahmudov


    Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov ərəstun İspəndi oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Mahmudov ərəstun İspəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində dünyaya gəlmişdir. Bakının 220 saylı orta məktəbini bitirmişdir.

    1975-ci ildə Leninqrad vilayətinin Viborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilin başa vuraraq, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır.

    1990-cı ildən Mİ-8 vertolyotunun bort mexaniki təyin edilir. Mütəmadi olaraq, ekipajın tərkibində döyüşlərdə iştirak edir. Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatlarında iştirak edib.

    Son uçuşu isə 28 yanvar 1992-ci ildə oldu. Ağdam - Şuşa marşurutu üzrə əhalini təhlükəsiz yerlərə daşıyarkən, erməni raketi tərəfindən vurulmuş və ərəstun Mahmudov qəhrəmancasına həlak olmuşdur.

    Ailəli idi. Üç övladı yadigar qalıb.

    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

    Təhsil aldığı 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - ərəstun Mahmudov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 698


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş