Novruz Qurbanov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz əliyullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qurbanov Novruz əliyullah oğlu 1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olub.
1992-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Xeyli müddət hərbi təlim keçdikdən sonra torpaqlarımızın müdafiəsinə qalxan ordunun sıralarına qatılır.
1995-ci il martın 13-də dövlət çevirilişinə cəhdin qarşısının alınmasında iştrak edir. N.Qurbanov müstəqilliyimizin qorunub saxlanması üçün əsgəri rəşadət göstərmişdir. 17 mart 1995-ci ildə gənc əsgərin ömrü qırıldı, qəhrəmancasına döyüşdə həlak oldu.
Subay idi.
Yuxarı Göycəli kəndində dəfn edilmişdir.
Doğulduğu kənddə büstü qoyulmuşdur.
Yer imleri