Kullanıcı Tag Listesi

Mirzə Quliyev Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Quliyev Mirzə Məcid oğlu 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1991-ci ildə Saatlı kənd orta məktəbini bitirmiş, həmin ildə Mingəçevir şəhərindəki 39 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ildə hərbi xidmətə çaırılmışdır. Naxçıvan MR-nın Sədərək

Bu konu 657 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Mirzə Quliyev 657 Reviews

    Konuyu değerlendir: Hərb işi - Mirzə Quliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 657 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Mirzə Quliyev

    Mirzə Quliyev


    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

    Quliyev Mirzə Məcid oğlu 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1991-ci ildə Saatlı kənd orta məktəbini bitirmiş, həmin ildə Mingəçevir şəhərindəki 39 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdir.

    1992-ci ildə hərbi xidmətə çaırılmışdır. Naxçıvan MR-nın Sədərək rayonu ərazisində RDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşdə vuruşmuşdur.

    1993-cü il 28 iyulda Ağdam bölgəsinə göndərilmiş, döyüşlərdə iştirak etmişdir. Daha sonra Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. PDM-lə düşmənin bir neçə tankını və canlı qüvvəsini məhv etmişdir.

    Öz vətənpərvərlik borcünü layiqincə yerinə yetirmiş M.Quliyev 1995-ci il 15 yanvarda Prezidentin fərmanı ilə "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. M.Quliyev 1995-ci ildə Polis akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur.

    1997-ci ildə Bakı şəhər baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə M.Quliyevə leytenant rütbəsi verilib. Nəsimi rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə təyin edilib.

    Ailəlidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Mirzə Quliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 657


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş