Mətləb Quliyev
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Quliyev Mətləb Kamran oğlu 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhərində almış, sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olur.
Hərbi məktəbi bitirdikdən sonra müxtəlif müəssisələrdə fəaliyyət göstərmişdir.
Az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukraynada keçirir.
1985-ci ildə leytenant rütbəsi ilə Dövlət Pedoqoji İnstitutunu bitirir.
1992-ci ildə Daxili İşlər Orqanlarında işə düzəlir. Bir zabit kimi Vətəni qorumaq üçün cəbhə bölgəsinə yollanır.
1992-ci ilin avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlərdə fəal iştirak etmiş, düşməni böyük itkiyə uğradaraq, geri çəkilməyə məcbur olmuşdur.
Qızğın döyüşdə Mətləbin gülləsinin qurtardığını görən düşmən hücuma keçir və bu döyüşdə Mətləb Quliyev qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sumqayıt şəhər 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.
Yer imleri