Fariz Qəhrəmanov
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qəhrəmanov Fariz Çoban oğlu 29 mart 1974-cü ildə Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur.
1991-ci ildə orta təhsilini doğma kəndlərində başa vurmuşdur. Təhsilini 47 saylı texniki-peşə məktəbində davam etdirmişdir.
1992-ci ildə Milli Orduya çağırılmış, 776 saylı hərbi hissədə xidmətə başlamışdır. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir.
1994-cü ildə Ağdərənin müdafiəsi uğrunda gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdır. 1995-ci ildə dövlət çevirilişinə cəhdin qarşısının alınmasında xidmət göstərir.
1995-96-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda məktəbini bitirmişdir.
1999-cı ildə sənədlərini Ali Birləşmiş Komandanlıq məktəbinə vermiş və motoatıcı qoşunlar komandiri ixtisası üzrə orada kursu tam olaraq başa vurmuşdur. Kapitan rütbəsinə qədər yüksəlib.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Yer imleri