Abdulla ağa Bakıxanov Abdulla ağa Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşıdır. Onların atası II Mirzə Məhəmməd xan üç dəfə evlənmişdi. Birinci arvadı gürcü qızı Sofiyadan Abbasqulu ağa və Cəfərqulu ağa, ikinci arvadı Xeyransa xanımdan Qədir ağa, Mustafaqulu ağa, Cavad ağa və Abdulla ağa dünyaya gəlmişdi.Üçüncü arvadı Xanbikə xanımdan isə övladı olmamışdır. Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Hələlik onun general

Bu konu 864 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Abdulla ağa Bakıxanov 864 Reviews

    Konuyu değerlendir: Hərb işi - Abdulla ağa Bakıxanov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 864 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Abdulla ağa Bakıxanov


    Abdulla ağa Bakıxanov


    Abdulla ağa Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşıdır. Onların atası II Mirzə Məhəmməd xan üç dəfə evlənmişdi. Birinci arvadı gürcü qızı Sofiyadan Abbasqulu ağa və Cəfərqulu ağa, ikinci arvadı Xeyransa xanımdan Qədir ağa, Mustafaqulu ağa, Cavad ağa və Abdulla ağa dünyaya gəlmişdi.Üçüncü arvadı Xanbikə xanımdan isə övladı olmamışdır.

    Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Hələlik onun general olmasını təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə məxsusdur.

    Orada deyilir ki, 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır. İkinci sənəd isə Respublika Əlyazmaları İnstitutunda saxlanan general-mayor Abdulla ağa Bakıxanovun görkəmli maarifpərvər Həsən bəy Zərdabiyə yazdığı məktublarıdır. Birinci məktubda - 4 may 1873-cü ildə general Abdulla ağa yazır ki, qəzet nəşr etmək xəbərini eşidəndə sevindim. Sizə mətbəə açmaqdan ötrü min manat vəsait göndərirəm.

    24 oktyabr 1873-cü il tarixli ikinci məktubunda isə general-mayor Abdulla ağa Bakıxanov Zərdabiyə bildirir ki, Əkinçi"ni çıxartmaq üçün heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə əlavə yenə pul verməyə hazırdır. Qəzetin kütlələrə, xüsusilə Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib "Əkinçi"nin çıxması üçün var qüvvəsi ilə çalışmışdır. Zərdabiyə isə abunəçi toplamaqda çar çinovniklərini "narahat" etməməyi məsləhət görmüşdür. Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə general A.Bakıxanov yaxın dost olmuşlar. 19 iyul 1875-ci il tarixli məktubunda o yazırdı:

    "Əziz və istəkli Həsən bəy!
    Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum. Qubaya gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə saxlamışdır. Elə burada da öyrəndim ki, elanların paylanması üçün, siz hökumətə müraciət etmisiniz və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri narahat etməkdənsə qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdilər. Qəzet möhkəm zəmin üzrə yayılardı. Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm. Hər halda mən sizin tədbirə kömək etməyə çalışacağam.

    Allah eləsin ki, müsəlman əhalisi arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar.Başladığınız işdə sizə səmimi qəlbdən muvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı, olar ki, ruhdan düşməyərək həmişə olduğu kimi xeyirxah işi inamla davam etdirəsiniz.

    Sizin sadiq nökəriniz A.Bakıxanov.

    İki nüsxə göndərin: birini mənim, o birini isə Əhməd ağanın adına". 19 iyul 1875-ci il. Quba.

    1877-ci il iyunun 23-də "Əkinçi" qəzeti birinci səhifəsində belə bir elan dərc etmişdi: "Cənab şahzadə sərəskər, Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa Bakıxanov Bakı quberniyasına gəlib. Quba şəhərində olan zam7an Qafqazda zəxmdar (yaralılar - Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı ilə cəm edib, iyun ayının üçündə qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun". Bakıxanovlar nəslinin sonuncu generalı Abdulla ağa Bakıxanov ömrünün sonlarını Tiflisdə yaşamışdır. O, 1878-ci ildə orada da vəfat etmişdir. Bir nəsildən, bir kökdən qanadlanan üç general oğlumuzun fəaliyyətindən sizə söhbət açdıq. Doğma Azərbaycanımızda belə adlı-sanlı nəsillər çox olub. Onların yetirdiyi sərkərdələr haqqında axtarışlarımızı davam etdiririk. Ümid edirik ki, general oğullarımızın həyatını, döyüş fəaliyyətini öyrənməkdə siz oxucular da bizə kömək edəcəksiniz.

    Mənbə: Şəmistan Nəzirli "Azərbaycan Generalları"


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Abdulla ağa Bakıxanov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 864


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş