İbrahimxəlil xan Cavanşir İbrahimxəlil xan Cavanşir - Qarabağ xanlığının xanı.General-leytenant. Mükəmməl elmi və dini təhsil almış, geniş dünyagörüşünə malik mütərəqqi fikirli bir ziyalı, tarixi şəxsiyyət 1732-ci ildə Şuşada anadan olmuşdur. Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürüblər. Çar Rusiyası bir il öncə (14 may 1805) İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinin şərtlərinə beləcə "əməl etdi" Dövrünün görkəmli şairi olan

Bu konu 1251 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - İbrahimxəlil xan Cavanşir 1251 Reviews

    Konuyu değerlendir: Hərb işi - İbrahimxəlil xan Cavanşir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1251 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - İbrahimxəlil xan Cavanşir

    İbrahimxəlil xan Cavanşir


    İbrahimxəlil xan Cavanşir - Qarabağ xanlığının xanı.General-leytenant. Mükəmməl elmi və dini təhsil almış, geniş dünyagörüşünə malik mütərəqqi fikirli bir ziyalı, tarixi şəxsiyyət 1732-ci ildə Şuşada anadan olmuşdur.

    Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürüblər. Çar Rusiyası bir il öncə (14 may 1805) İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinin şərtlərinə beləcə "əməl etdi" Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir.

    Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur.

    Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.

    İran, Türkiyə və Rusiya dövlətləri bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.

    12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib.

    Oğulları - Məhəmmədhəsən ağa (1755-1806)Cavad ağa (1757-1779)Mehdiqulu ağa sonra Mehdiqulu xan Cavanşir kimi tanındı.Əbülfət ağa (?-1835) sonra Əbülfət xan Tuti kimi tanındı.Xanlar ağa (?-1831)Məhəmmədqasım ağaƏhməd xanHüseynqulu ağaSəfiqulu ağaFətəli ağaŞıxəli ağaAbbasqulu ağa

    Qızları - Ağabəyim ağa (1782-1832)sonra Ağabəyim ağa (Ağabacı) kimi tanındı. Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu.Tuti bəyim Səlim xan Şəkili ilə ailə qurmuşdu.Baxşı bəyim Fərəculla xan Şahsevən ilə ailə qurmuşdu.Güllü bəyim II Nəzərəli xan Şahsevən ilə ailə qurmuşdu.Kiçik bəyim Hüseynqulu xan Dünbili ilə ailə qurmuşdu.Əzət bəyim Əbuturab xan Dünbili ilə ailə qurmuşdu.Göbhərnisəbəyim ağa Şahnisə bəyim Əli bəy Sarıcalı-Cavanşirlə evlənmişdi.Səltənət bəyim (?-1806)

    Törəmələri - Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvannın babasıdır.Mehdiqulu xan onun nəticəsidir.Xanbikə xanım onun nəticəsidir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - İbrahimxəlil xan Cavanşir

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1251


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş