Kullanıcı Tag Listesi

Səmədbəy Mehmandarov Səmədbəy Sadiqbəy oğlu Mehmandarov 1855-ci ildə Lənkəranda doğulmuşdur. Çar ordusunun general-leytenantı, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun hərbi xadimi, orta təhsilini Bakıda almış, Peterburq artilleriya məktəbini bitirib, podporuçik hərbi rütbəsi almışdır.S. S. Mehmandarov Varşavada, Sibirdə, Mancuriyada hərbi xidmət keçmişdir. 1904-05-ci illərdə Rus-yapon müharibəsində Port-Arturda divizion komandiri olmuşdur. Göstərdiyi qəhrəmanlığa görə qızıl

Bu konu 662 kez görüntülendi 0 yorum aldı ...
Hərb işi - Səmədbəy Mehmandarov 662 Reviews

    Konuyu değerlendir: Hərb işi - Səmədbəy Mehmandarov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 662 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    134
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Hərb işi - Səmədbəy Mehmandarov

    Səmədbəy Mehmandarov


    Səmədbəy Sadiqbəy oğlu Mehmandarov 1855-ci ildə Lənkəranda doğulmuşdur.

    Çar ordusunun general-leytenantı, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun hərbi xadimi, orta təhsilini Bakıda almış, Peterburq artilleriya məktəbini bitirib, podporuçik hərbi rütbəsi almışdır.S. S. Mehmandarov Varşavada, Sibirdə, Mancuriyada hərbi xidmət keçmişdir.

    1904-05-ci illərdə Rus-yapon müharibəsində Port-Arturda divizion komandiri olmuşdur. Göstərdiyi qəhrəmanlığa görə qızıl qılıncla təltif olunmuş, general-mayor rütbəsi almışdır. 1907-10-cu illərdə 3-cü Sibir ordusunda artilleriya rəisi olmuşdur.

    1908-ci ildə general-leytenant rütbəsi almışdır. Birinci Dünya müharibəsində əvvəlcə diviziya, sonra korpusa komandanlıq etmişdir.

    Çar ordusundakı xidmətlərinə görə Müqəddəs Anna, Vladimir, Georgi və Stanislav ordenlərinin bütün dərəcələrilə təltif olunmuşdur. O, İngiltərə, İran, Rumıniya və Fransanın ordenləri ilə mükafatlandırılmışdır.

    1917-ci ildə hərbi xidmətdən tərxis olunaraq Vladiqafqazda yaşamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Azərbaycana hərbi xidmətə dəvət olunmuşdur.

    Dövlətin üçüncü, dördüncü və beşinci kabinetlərində hərbi nazir olmuş, 40 minlik milli ordu yaratmışdır. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hərbi məktəblərdə dərs demiş, Azərbaycanın hərbi və dənizçilik qüvvələrində məsləhətçi olmuşdur.

    1923-cü ildə ehtiyata çıxmışdır.Səmədbəy Sadıqbəy oğlu Mehmandarov 1931-ci ildə Bakıda vəfat etmişdir. Onun haqqında kitablar, məqalələr yazılmış, şöhrətli generallar N. A. Brusilov və ə. Şıxlinski öz memuarlarında onun haqqında xoş sözlər yazmışlar.

    S. Mehmandarovun igidliyi, qəhrəmanlığı haqqında A. Stepanov özünün "Port Artur" və "Zvonaryevlər ailəsi" kitablarında yazmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hərb işi - Səmədbəy Mehmandarov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 662


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş