Məhərrəm Dadaşov
Məhərrəm Dadaşov - Sovet İttifaqı Qəhrəmanı
Dadaşov Məhərrəm əkbər oğlu 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur.
1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuş və Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir.
Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir.
Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir.
Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.
Yer imleri