Kullanıcı Tag Listesi

Namiq Babaxanov Babaxanov Namiq Tofiq oğlu 1974-cü il aprel ayının 1-də Bakı şəhəri Sabunçu rayonu (keçmiş Lenin rayonu) Maştağa qəsəbəsində anadan olub. 1980-1991-ci illərdə Maştağa qəsəbəsinin 255 saylı orta məktəbində tam orta təhsil alıb. 1990-1992-ci illərdə indiki Azərbaycan Dövlət Dillər Universtetinin (keçmiş «SSRİ-nin 50 illiyi» adına Azərbaycan Xarici Dillər İnstitutunun) iki illik fars dili kursunu bitirmişdir. 1992-1997-ci illərdə İran İslam Respublikasının Qum

Bu konu 711 kez görüntülendi 0 yorum aldı ...
Dini qurumlar - Namiq Babaxanov 711 Reviews

    Konuyu değerlendir: Dini qurumlar - Namiq Babaxanov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 711 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.321
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Dini qurumlar - Namiq Babaxanov


    Namiq Babaxanov


    Babaxanov Namiq Tofiq oğlu 1974-cü il aprel ayının 1-də Bakı şəhəri Sabunçu rayonu (keçmiş Lenin rayonu) Maştağa qəsəbəsində anadan olub.

    1980-1991-ci illərdə Maştağa qəsəbəsinin 255 saylı orta məktəbində tam orta təhsil alıb.

    1990-1992-ci illərdə indiki Azərbaycan Dövlət Dillər Universtetinin (keçmiş «SSRİ-nin 50 illiyi» adına Azərbaycan Xarici Dillər İnstitutunun) iki illik fars dili kursunu bitirmişdir.

    1992-1997-ci illərdə İran İslam Respublikasının Qum əyalətinin mərkəzi Qum şəhərinin Ali Dinşünaslıq Akademiyasının Ümumdünya İslam Maarifi Mərkəzində ali dinşünaslıq təhsili alıb. 2001-2006-cı illərdə Bakı İslam Universitetinin Sumqayıt şəhər filialında ikinci ali təhsilini alıb. 2005-ci ildən Bakı İslam Universitetinin Sumqayıt şəhər filialında müəllimlik edir.

    1997-ci ilin sentyabrında Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanda yerləşən «Hacı Cavad» şəhər məscidinin dini icmasının sədri vəzifəsinə seçilib. 2001-ci ildə də «Kamilliyə Doğru» dini icmasını təsis edib və sədri seçilib.

    Parlament seçkilərində namizədliyini irəli sürmək məqsədi ilə dini fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, 2005-ci ilin may ayında dini icmaların hər ikisinin sədrliyindən, təsisçiliyindən və hətta sıravi üzvlüyündən istefa vermişdir və deputatlığa namizədliyini irəli sürmüşdür.

    1998-ci ildə ölkədə dini kitablar tərcümə edən ilk rəsmi tərcümə mərkəzinin - «Təkamül» Tərcümə Mərkəzininin təsisçilərindən və rəhbərlərindən olmuşdur, bir neçə dini kitabın tərcüməçisi onlarla kitabın redaktoru olmuşdur. 2001-ci ildə «Səba» Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş, müxtəlif özəl tədris kursları açmaqla kiçik və orta sahibkarlıqla məşğul olmuşdur.

    2001-ci ilin mart ayında təsis olumuş «Azərbaycan Birlik Təşkilatı» İctimai Birliyinin 2003-cü ilin sentyabr ayında Müvəqqəti Şurasına üzv və sədr seçilmiş, 2004-cü ilin dekabr ayında «Azərbaycan Birlik Təşkilatı» İctimai Birliyinin Ümumi Yığıncağı tərəfindən quruma sədr seçilmidir. 1999-cu ildən ölkə mətbuatında məqalələri ilə çıxış edir. 2006-cı ilin may ayının 19-da «Birlik-Press» qəzetini və «Kamillik» jurnalını təsis edib. Hal-hazırda iki mətbu orqanın təsisçisi və baş redaktorudur.

    2004-cü ilin əvvəllərində ölkədə ilk dini saytlardan biri olan
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    veb saytını təsis edib. 1999-cu ildə Həcc (Səudiyyə ərəbistanı) və Kərbəla (İraq) ziyarətlərində olub.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Dini qurumlar - Namiq Babaxanov

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 711


Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş