Mirəziz Seyidzadə Seyidzadə Mirəziz Mirəsgər oğlu - publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən “Qızıl qələm” mükafatı laureatı. 1949-cu il Fevralın 14-də Azərbaycanın Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1968-1974-cü illərdə Özbəkistan Respublikasının Buxara şəhərində Mir-Ərəb mədrəsəsində təhsil

Bu konu 1209 kez görüntülendi 0 yorum aldı ...
Dini qurumlar - Mirəziz Seyidzadə 1209 Reviews

    Konuyu değerlendir: Dini qurumlar - Mirəziz Seyidzadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1209 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Dini qurumlar - Mirəziz Seyidzadə

    Mirəziz Seyidzadə


    Seyidzadə Mirəziz Mirəsgər oğlu - publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən “Qızıl qələm” mükafatı laureatı.

    1949-cu il Fevralın 14-də Azərbaycanın Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1968-1974-cü illərdə Özbəkistan Respublikasının Buxara şəhərində Mir-Ərəb mədrəsəsində təhsil almışdır,

    1978-1982-ci illərdə Astarada Cümə məscidində axund vəzifəsində çalışmış,

    1984-1988-ci illərdə eynizamanda ağsaqqallar şurasında sədrlik etmişdir. 1982-1984-cü illərdə Azərbaycan Pedaqoji Xarici dillər nəzdində ikiillik xarici dillər kursunun ərəb dili şöbəsini bitirmişdir.

    1988-1993-cü illərdə Baki İslam Unuversitetində baş müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1992-1997-ci illərdə Baki İslam Unuversitetində qiyabi təhsil almışdır. Qafqaz müsəlmanları İdarəsinin elm və təhsil şöbəsinin müdiridir. 1996-cı ildə Bakı İslam Məktəbini təsis etmişdir.

    Ədəbi fəaliyyətə tələbəlik illərində başlamışdır. Şerləri, yumoristik hekayələri, ərab və fars dilindən çevrirdiyi publisist məqalələri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.

    Hekayə və şerlərini M.Mirəsgəroğl, Əziz Pünhan təxəllüsləri altında çap etdirmişdir. 1991-ci ildə “İmam Əlinin (ə) qısa kəlamları ”, 1998-ci ildə “Allahımı belə tanıdım” kitablarının və I hissəsi 1996-cı, II hissəsi isə 2002-ci illərdə nəşr olunmuş “İslami söhbətlər” dərsliklərinin müəllifidir.

    Mənbə: XX əsr Azərbaycan yazıçıları


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Dini qurumlar - Mirəziz Seyidzadə

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1209


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş