Axund Şeyx Qulam Hüseyin
Ayətullah Axund Şeyx Qulam Hüseyin Axund əbasəlt oğlu
Ayətullah Axund Şeyx Qulam Hüseyin atası-Axund əbasəlt Buzovda qəsəbəsində məşhur axundlardan olmuşdur.
Ayətullah-ul-üzma Seyyid Ruhullah əl-Musəvi Xomeyni Qulam Hüseyin Ağanın tələbələrindən olmuşdur.
O, Ayətullah Bəxtiyari, ustad Cəfəri kimi onlara alimə ustadliq etmişdir. Ayətullah Axund Qulam Hüseyin Məşhəddəki “əli əkbər” məscidinin imam cüməsi olmuşdur.
əfsuslar olsun ki, əsərləri barədə məlumad toplaya bilmədik.
Ayətullah Axund Qulam Hüseyin Ağa 1953-cü ildə İranda, Xorasan vilayətində, Məşhədi-Müqəddəs şəhərində vəfat etmiş və orada dəf edilmişdir.
Hazırda 2 oğlu İranda yaşayır.
Onlardan biri: .Ayətullah Mühəmməd Rza Mühami -Qum şəhərində Hövzeyi-elmiyyədə dərs deyir. O, həm də təhsilini qurtarmış tələbələrin təyinat məsələlərində məsuldur.
Digər oğlu: Ayətullah Şeyx Mürtəza Mühami -Xorasan vilayətinin Məşhədi Müqəddəs şəhərində “Kuyi-Bərg” məscidinin imam cüməsidir.
Hazırladı: Nicat Məsimov
Yer imleri