Mehdi bəy Cuvarlı Mehdi bəy Nəcəf bəy oğlu Cuvarlinski - (akademik Çingiz Cuvarlinskinin atası) 31 dekabr 1881-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirmişdi. Sonra gimnaziyada oxumuşdu. Yuryev Baytarlıq institutuna qəbul olmuşdu. 1907-ci ildə institutu tamamlamışdı. Bakı quberniyasının baytarlıq xidməti idarəsində işə başlamışdı. 8 oktyabr 1912-ci ildə Göyçay qəzasının Kürdəmir kəndinə göndərilmişdi.Heyvanlar arasında yaranan

Bu konu 1052 kez görüntülendi 0 yorum aldı ...
Mehdi bəy Cuvarlı 1052 Reviews

    Konuyu değerlendir: Mehdi bəy Cuvarlı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1052 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Mehdi bəy Cuvarlı


    Mehdi bəy Cuvarlı


    Mehdi bəy Nəcəf bəy oğlu Cuvarlinski - (akademik Çingiz Cuvarlinskinin atası) 31 dekabr 1881-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu.

    Qarğabazar kənd məktəbini bitirmişdi. Sonra gimnaziyada oxumuşdu. Yuryev Baytarlıq institutuna qəbul olmuşdu. 1907-ci ildə institutu tamamlamışdı.

    Bakı quberniyasının baytarlıq xidməti idarəsində işə başlamışdı. 8 oktyabr 1912-ci ildə Göyçay qəzasının Kürdəmir kəndinə göndərilmişdi.Heyvanlar arasında yaranan qarayara xəstəliyini uğurla ləğv edəndən sonra, 2 yanvar 1913-cü ildə həmin qəzanın İvanovsk kəndinə dəyişilmişdi.

    Burda da işini müvəffəqiyyətlə tamamlayandan sonra, 25 iyun 1913-cü ildə qəzanın Qarasubasar nahiyəsinə göndərilmişdi. Mehdi bəy Cuvarlinski təcrübəsi, bacarığı, müsbət fəaliyyəti sayəsində tezliklə məşhurlaşmış, canişinliyə dəvət olunmuşdu.

    Burda ona pul mükafatı verilmişdi. 15 oktyabr 1916-cı ildə ildə Kutais quberniyasına ezam olunmuşdu.

    Bir müddət burda çalışandan sonra doğma yurduna dönmüş, fəaliyyətini Cəbrayıl qəzasında sürdürmüşdü.1920-ci ilin aprelində Mehdi bəy Azərbaycan Cümhuriyyətinin Kənd Təsərrüfatı Nazirliyinin baş baytarı təyin olunur.

    Yeni təyinat üzrə ailəsi ilə birgə Bakıya yollanan Mehdi bəy burada artıq 28 Aprel çevrilişi ilə üzləşir. O, ailəsilə Cuvarlı kəndinə yollanır.

    Bir qədər sonra burada məktəb təsis edir və onun direktoru işləyir. Lakin gözlənilməz ölüm ailəni başsız qoyur.

    Mehdi bəy Nəsib bəy Yusifbəylinin bacısı Xanım xanımla ailə qurmuşdu. Çingiz bəy, zili bəy adlı oğulları vardı.







    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mehdi bəy Cuvarlı

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1052


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş