Mustafa ağa Vəkilov
Vəkilov Mustafa ağa Nadir ağa oğlu (3.9.1890/1896, Qazax, Salahlı k.-1.11.1965, Ankara) - Məhəmmədrza ağa Vəkilovun qardaşı oğlu; Bakı gimnaziyasını başa vurandan sonra Moskva Univ. hüquq fak. bitirib (1912-17)
1917-dən coşğun siyasi fəaliyyətə başlayıb; «Müsavat» partiyasının I qurultayında (21-31.10.1917) MK üzvü seçilib, M.Rəsulzadənin ən yaxın silahdaşlarından olub.
Zaqafqaz. Komissarlığında DİK məsləhətçisi: 18.11.1917; Zaqafqaz. seymi üzvü: 10.2.1918; DİN-də çalışıb.
9.1918-dən; Parlaman üzvü: 7.12.1918; «Müsavat»ın II qurultayında (12.1919) yenə MK üzvü; DİN müavini: 23.12.1919-17.2.1920; DİN (hökumətin ən gənc naziri).
18.2-27.4.1920; Azərbaycan sovetləşəndən sonra Xədicə xanım Qayıbova onu öz evində gizlədərək sonra qaçmasına şərait yaradıb (buna görə Xədicə xanım 17.3.1938-də həbs eilib və 19.10.1938-də güllələnməyə məhkum edilib) - öncə Tiflisə, 9.1920-dən İstanbula gedib; əsasən mühərrirliklə məşğul olub; müharibədən sonra Ankaraya köçüb.