Baba və nəvə (Hekayə) http://www.educult.az/images/stories/news/b.jpgaba nəvəsi ilə şəhərə gedirdi. Babanın ağlı itiydi, nəvənin gözləri. Bir də qu*laq*ları. Yolun kənarındakı ağacın yanından ötəndə nəvə səs eşidib ayaq saxladı. Yu*vasından düşmüş ətcəbala bir quş otluqda çırpınır, civ-civ civildə*yir*di. Nəvə quş balasını ehtiyatla əlinə götürüb babasına göstərdi. Baba bir quş ba*la*sı*na baxdı, bir ağacdakı yuvaya, başını buladı: - Yaman yerdə axşamladıq, bala. İndi biz

Bu konu 3698 kez görüntülendi 0 yorum aldı ...
Baba və nəvə (Hekayə) 3698 Reviews

    Konuyu değerlendir: Baba və nəvə (Hekayə)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3698 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Baba və nəvə (Hekayə)

    Baba və nəvə

    (Hekayə)



    aba nəvəsi ilə şəhərə gedirdi. Babanın ağlı itiydi, nəvənin gözləri. Bir də qu*laq*ları. Yolun kənarındakı ağacın yanından ötəndə nəvə səs eşidib ayaq saxladı. Yu*vasından düşmüş ətcəbala bir quş otluqda çırpınır, civ-civ civildə*yir*di.

    Nəvə quş balasını ehtiyatla əlinə götürüb babasına göstərdi. Baba bir quş ba*la*sı*na baxdı, bir ağacdakı yuvaya, başını buladı:

    - Yaman yerdə axşamladıq, bala. İndi biz neyniyək?..

    - Necə neyniyək, ay baba? - Nəvə heç nə başa düşmədi.

    - Bu saat anası xəbər tutub vay-şivən qopardacaq. Balanı tez qaldırıb yu*va*sı*na qoy*maq lazımdı. Mən də ki, qoca kişi, ora necə dırmaşım?..

    Nəvə məsələni anladı.

    - Bəs mən burda nəyəm, ay baba?.. - dedi.

    Bir göz qırpımında pişik kimi ağaca dırmaşdı. Bala quşu yuvasına qoy*du. Sü**rüşüb aşağı düşdü.

    Baba fəxrlə nəvəsinə baxıb dərindən köksünü ötürdü və yola düzəldi. Nəvə ar**xadan ona çatıb soruşdu:

    - Niyə köksünü ötürdün, baba?..

    - Ötən günlərim, cavanlığım yadıma düşdü, bala. Bir vaxt mən də sənin kimi bu*daqdan-budağa atlanardım. Heyf o günlərdən!..

    Bir azdan onlar kəndin kənarındakı avtobus dayanacağına çatdılar. Burda xey*li adam vardı. Onlar babanı görən kimi hörmətlə ayağa qalxdılar. Ehtiramla baş əy*di*lər. Hətta neçə nəfər yaxınlaşıb qoca ilə əl tutdu, əhvalını xəbər aldı.

    Avtobus gəldi. Babanı irəli buraxdılar. Sürücü də onu gülərüzlə qarşıladı…

    Şəhərə çatanda cavanlar avtobusdan düşməkdə babaya kömək etdilər...

    Avtobus təzəcə uzaqlaşmışdı. Nəvə babasını həsədlə süzüb dərindən köksü*nü ötür*dü. Bu, babanın nəzərindən yayınmadı.

    - Niyə köksünü ötürdün, oğul balası?

    - Mən də sənin kimi qoca olmaq istərdim, baba.

    Baba bığaltı qımışdı.

    - Qocalıq nəmənə şeydi ki, ondan yana ürəyin atlanır, bala?

    - İstəyirəm mənə də hamı hörmət etsin, baba.

    - Həə, məsələ aydındı. - Baba saqqalını sığalladı. - Amma sən bir şeyə yax*şı fi**kir verməmisən, bala. O avtobusda məndən də qocaları vardı. Mənə yalnız qo*ca*lı**ğıma görə hörmət etmirlər. Xətir-hörməti insana qocalıq gətirmir. Onu il*lər uzunu xe*yirxah əməllərinlə özün qazanmalısan. Odu ki, qocalmağa tələsmə. İstəsən də, is**tə*məsən də vaxtı çatanda o özü gəlib səni tapacaq…


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Baba və nəvə (Hekayə)

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 3698

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş