AZƏRBAYCANIN MÜASİR TARİXİ İMALİ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İSTİLASI, AZƏRBAYCANIN İSTİLASININ BAŞLANMASI XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi

Bu konu 1520 kez görüntülendi 0 yorum aldı ...
AzƏrbaycanın müasir tarixi 1520 Reviews

    Konuyu değerlendir: AzƏrbaycanın müasir tarixi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1520 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart AzƏrbaycanın müasir tarixi

    AZƏRBAYCANIN MÜASİR TARİXİ



    İMALİ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İSTİLASI,
    AZƏRBAYCANIN İSTİLASININ BAŞLANMASI


    XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici türüşləri vəziyyəti daha da gərginləşdirirdi.
    Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün, yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.
    Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.
    Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
    Cənubi Qafqazdakı mürəkkə b vəziyyət Rusiyanın işğalçı planlarının bu diyarda həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Feodal ara müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı. Zəruri ilkin sosial-iqtisadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayırdı.
    Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.
    1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-ci ilin əvvəlində o bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə İranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.
    Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki dövlətin ərazisinə azad danışmaq hüququ veriridi. İngiltərə tacirlərinə İranın istənilən şəhər və limanında məskən salmağa icazə verilir, Onların malları isə hər cür vergilərdən azad olunurdu.
    Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə İngiltərənin antirussiyasətinin alətinə, öz müstəmləkəsini - Hindistanı kənar təcavüzlərdən qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi.
    Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilə növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleinçu Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq İranı açıqca müdafiə edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etməyə imkanını əldən verməyərək, Rusiya əleyhinə müqavilə bağlamağı şah İranına təklif etdi.
    İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Gürcüstanla əlaqə yaratmağa çalışırdı.
    1801-ci il sentyabrın 12-də Kartli - Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olunurdu. Rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərbaycan ərazisinin də bir hissəsi - Kartli - Kaxetiya çarlığının vassal asılığında olan və onunla birlikdə birləşdirilmiş Qazax, Borçalı, Şəmsəddin sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.
    I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur olması ilə məhdudlaşmağa qərara aldı. O digər xanlıqları da, ilk növbədə Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyə çalışı5rdı. I Aleksadr 1801-ci ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdı: ―Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlatrı cəlb etməli.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏrbaycanın müasir tarixi

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1520

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş