20 Yanvar - hüzn və qürur günümüz http://www.azerbaycanli.org/photos/Image/Qarabax/20-Yanvar-Shehidler-Xiyaban-qerenfil.jpg Xalqımız bu gün şəhid övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır "Qanlı Yanvar"ın növbəti ildönümü tamam oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız

Bu konu 1180 kez görüntülendi 0 yorum aldı ...
20 Yanvar - hüzn və qürur günümüz 1180 Reviews

    Konuyu değerlendir: 20 Yanvar - hüzn və qürur günümüz

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1180 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart 20 Yanvar - hüzn və qürur günümüz

    20 Yanvar - hüzn və qürur günümüz



    Xalqımız bu gün şəhid övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır
    "Qanlı Yanvar"ın növbəti ildönümü tamam oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.
    SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" kod adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "Alfa" və SSRİ DTK-nın "A" təxribat qrupları oynamışdı.
    1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və bölgələrdə həyata keşirdiyi qırğınlarda 147 nəfər (2010-cu ildə dəqiqləşdirilmiş məlumatlara görə - red.) öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
    20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
    Bu gün xalqımızın həmin faciənin ağırlığı altında sınmadığını, milli qürurunu itirmədiyini qeyd etməklə yanaşı, onu da təəssüflə əlavə etməyə məcburuq ki, 20 Yanvardan öncə də, sonra da ən böyük dərdimiz olan Qarabağı, itirdiyimiz torpaqları hələ də geri qaytara bilməmişik.
    Deməli, 20 Yanvar şəhidlərinin, onlarla bərabər bütün şəhidlərimizin ruhu qarşısında əsas borcumuzu verməmişik. Çünki 20 il əvvəl bu gün gülləbaran edilmiş soydaşlarımızı küçə və meydanlara çıxmağa vadar edən Qarabağ dərdi, torpaq təəssübkeşliyi idi.
    1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq kədər, hüzn, matəm havasında qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil.
    20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin al şəfəqini simvolizə edirdi.
    Bu olaylar bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
    Ötən illərdə "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi-siyasi qiymət verilib.
    Lakin təəssüflə onu da etiraf etməliyik ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir.
    "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 20 Yanvarla bağlı açılmış cinayət işinin 100 cildlik istintaq materialının 69 cildinin Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldığı və geri qaytarılmadığı hər dəfə rəsmilərimiz tərəfindən acizanə şəkildə vurğulanır. Və təəssüf ki, elə bununla da iş bitir.
    Yada salaq ki, 1990-cı ilin 20 Yanvarından sonra Azərbaycan SSR Ali Sovetində xüsusi deputat-istintaq komissiyası (komissiyanın sədri Mitəd Abbasov, müavini Tamerlan Qarayev) yaradılmışdı. Komissiya baş vermiş olayların təhqiqatı ilə bağlı xeyli iş görmüş və artıq 1990-cı ilin martında ilkin nəticələri SSRİ Ali Sovetinin sessiyasına təqdim etmişdi. Həmin təqdimatda 20 Yanvar hadisələri zamanı hərbi qüvvələrin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işinin açılması da əksini tapmışdı.
    SSRİ Ali Soveti isə məsələni müzakirə etdikdən sonra «Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyət və bu regionda şəraitin normallaşdırılması tədbirləri haqqında» adlı qərar qəbul eğmişdi. Qərarda digər məsələlərlə yanaşı o da vurğulanırdı ki, SSRİ Ali Soveti Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasının gəldiyi nəticəni gözdən keçirərək SSRİ Prokurorluğuna, SSRİ DTK və SSRİ DİN-ə 20 Yanvar hadisələrini təhqiq etmək üçün göstəriş vermişdi.
    Lakin elə həmin 1990-cı ilin dekabrında SSRİ Hərbi Prokurorluğu Bakıda 20 Yanvar hadisələrində hərbi qulluqçuların hərəkətlərində cinayət tərkibi olmadığını əsas görürərək cinayət işinə xitam verdi.
    Bu, 20 Yanvara görə məsuliyyət daşıyan mərkəzi hökumətin, Sovet İttifaqı rəhbərliyinin iş başında olduğu dövrün hadisələridir. Bəs Sovet İttifaqı dağılandan, Azərbaycan müstəqillik əldə edəndən sonra 20 Yanvarın təhqiqatı, eləcə də bu hadisənin Azərbaycan xalqının məruz qaldığı təcavüz aktı kimi dünyaya tanıdılması istiqamətində hansı işlər görüldü? Təəssüf ki, nəticəyə baxarsaq, demək olar ki, heç nə.
    Biz hələ də 20 Yanvar olaylarına emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətdən uzağa gedə bilməmiş, bu hadisələrin gerçək mahiyyətini beynəlxalq təşkilatların önünə qoymağı bacarmamışıq.
    Əlbəttə, 20 Yanvarın indiyədək beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının ilk səbəbini faicənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi.
    Digər tərəfdən, 20 Yanvar Azərbaycanda lap əvvəldən daxili siyasi haqq-hesab predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi.
    Bu yerda ermənilərin 20 Yanvarın mahiyyətini yalan prizmasından dünyaya çatdırmıq yönündə çalışmalarını da nəzərə almalıyıq. 1990-cı ilin 20 yanvarı öncəsi Bakıda xüsusi-xidmət orqanlarının hazırladığı və qaragüruh kütlənin də qismən iştirak etdiyi təxribat olayları, ermənilərin qətlə yetirilməsi faktları, nə yazıqlar ki, dünyaya olduğundan qat-qat böyük ölçüdə təqdim olundu.
    1990-cı il yanvarın 17-də Avropa Parlamenti Bakıda ermənilərə qarşı qırğınlar olması barədə qətnamə qəbul etmişdi. Qətnamədə SSRİ rəhbərliyindən Bakıda erməni əhalisini himayə etmək xahiş olundu.
    Yanvarın 18-də isə ABŞ-ın bir qrup senatoru SSRİ prezidenti Mixail Qorbaçova müraciət etmişdi. Müraciətdə Bakıda ermənilərə qarşı təqib və qırğınlara son qoymaq, eləcə də Dağlıq Qarabağla Ermənistanın birləşməsinə yardımçı olmaq çığırışı yer almışdı. Bir sözlə, artıq 20 Yanvar öncəsi ermənilər apardıqları geniş təbliğatla sonrakı olayların dünyaya tanıdılmasına mənfi fon yaratmağa müvəffəq olmuşdular.
    Nəticədə beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda yaşanan olaylara fərqli prizmadan baxıldı. Həmin hadisələr SSRİ rəhbərliyinin Azərbaycanda ekstremist qüvvələri zərərsizləşdirmək və əhalini xaosdan qorumaq üçün atdığı məcburi addımı kimi tanındı. 1990-cı ilin dekabrında isə Qorbaçova hətta Nobel sülh mükafatı da verildi.
    20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Bunun nəticəsi idi ki, SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş bənzər hadisələr SSRİ Ali Sovetində dəfələrlə müzakirə edilsə də, 20 Yanvar hadisələri yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.




    Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi.
    Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu.
    Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq.
    Özü də burada söhbət heç də 20 Yanvara görə günahkar olan konkret şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasından getmir. Vaxtilə SSRİ rəhbərliyində təmsil olunaraq 20 Yanvarı törədənlərin bir qismi həyatdan gedib...
    Eləcə də 1990-cı ilin yanvarında Azərbaycanda hakimiyyətdə olmuş və bu olaylara görə məsuliyyət daşıyan ayrı-ayrı şəxslərin məhkəmə önünə gətirilməsi də prinsipcə heç nəyi dəyişməyəcək. Onlar onsuz da vicdanları və xalqın sonsuz qəzəbi qarşısında mənəvi cəzalarını alıblar.
    Bundan sonra önəmli olan bu hadisələrə görə Qorbaçovun (yaxud digərinin) ölüsünü, ya dirisini mühakimə etmək deyil, 20 Yanvarın Azərbaycan xalqına qarşı tarixən törədilmiş məqsədli qırğın, soyqırımı kampaniyasının tərkib hissəsi olduğunu dünyaya tanıtdırmaqdır.
    Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın tarixini olduğu kimi dərk etsin.
    20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq.
    Xalqımız bu gün şəhid övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
    Vüqar Orxan,
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: 20 Yanvar - hüzn və qürur günümüz

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1180

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş