Ələkbər bəy Əliyev Ələkbər Qəhrəman oğlu 15 dekabr 1898-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 1917-ci ildə Şuşa real məktəbi bitirmişdi.ADR dövründə Almaniyaya oxumağa göndərilmişdi.Berlin kənd təsərrüfatı institutunda oxumuşdu. Vizası bitdiyindən 1923-cü ildə vətənə dönmüşdü. Dadaş Bünyadzadə ona kənd təsərrüfatına dair məruzə hazırlamağı tapşırmış, oxuyandan sonra Ə. Əliyevin savadından xoşlanmış, yenidən onu Berlinə yola salmışdı. 1924-cü ildə institutu uğurla bitirib Bakıya

Bu konu 910 kez görüntülendi 0 yorum aldı ...
Ələkbər bəy Əliyev 910 Reviews

    Konuyu değerlendir: Ələkbər bəy Əliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 910 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ələkbər bəy Əliyev


    Ələkbər bəy Əliyev


    Ələkbər Qəhrəman oğlu 15 dekabr 1898-ci ildə Şuşa şəhərində anadan olmuşdu.

    1917-ci ildə Şuşa real məktəbi bitirmişdi.ADR dövründə Almaniyaya oxumağa göndərilmişdi.Berlin kənd təsərrüfatı institutunda oxumuşdu.

    Vizası bitdiyindən 1923-cü ildə vətənə dönmüşdü. Dadaş Bünyadzadə ona kənd təsərrüfatına dair məruzə hazırlamağı tapşırmış, oxuyandan sonra Ə. Əliyevin savadından xoşlanmış, yenidən onu Berlinə yola salmışdı.

    1924-cü ildə institutu uğurla bitirib Bakıya dönmüşdü.Onu qəza aqronumu təyin etmişdilər.

    1924-cü ildən 1927-ci ilədək baş aqranom, müəllim, texnikum direktoru işləmişdi.1927-ci ildən 1931-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı institutunda müəllim kimi çalışmışdı.

    1934-cü ildən isə Bakı Kənd Təsərrüfatı Texnikumunda torpaqşünaslıq fənnini tədris edir.

    1937-ci ilədək Nazirlər Soveti yanında İttifaq sərgisində Azərbaycan kənd təsərrüfatının filialını yaratmaq üzrə təşkilatın məsul katibi vəzifəsində irəli çəkilir.

    1944-1947-ci illərdə Ələkbər Əliyev həm müəllimliklə məşğul olur, həm də pedaqoji institutda qiyabiçi tələbə sayılır.1941-ci ildən ta1967-ci ilə qədər o, Azərbaycan Dövlət Universitetində Qərbi Avropa dilləri üzrə kafedra müdiri və müəllim kimi fəliyyət göstərir.

    Ələkbər müəllim uzun müddəttli əməyinə görə bir neçə fəxri fərmana layiq görülmüş, medallarla təltif olunmuşdur.

    Hamı onu yüksək mədəniyyətə, mənəvi və intellektual keyfiyyətlərə malik bir şəxs kimi tanıyırdı.

    Mənəvi təmizliyinə, icraçılığına, səliqə-səhmanına və dəqiqliyinə görə xalq ona Nemes Ələkbər ləqəbi vermişdi.

    1976-cı ilin fevral ayında 78 yaşında ikən Bakıda vəfat etmişdir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ələkbər bəy Əliyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 910


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş