Azərbaycan diasporunun təşəkkül tarixi http://azerbaycanli.org/photos/Image/Diaspora/hemreylik-3.jpg Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Onun ilkin addımları barədə dolğun məlumatın azlığına baxmayaraq, bir sıra tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmaq mümkün olmuşdur. Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür: - VII əsrin sonu - VIII

Bu konu 1292 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan diasporunun təşəkkül tarixi 1292 Reviews

    Konuyu değerlendir: Azərbaycan diasporunun təşəkkül tarixi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1292 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan diasporunun təşəkkül tarixi

    Azərbaycan diasporunun təşəkkül tarixi





    Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Onun ilkin addımları barədə dolğun məlumatın azlığına baxmayaraq, bir sıra tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmaq mümkün olmuşdur.
    Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür:
    - VII əsrin sonu - VIII əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur.
    - X - XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.
    - Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir.
    Rusiyada diasporumuzun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar:
    XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır.
    1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.
    - Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır.
    - 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.
    - Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.
    - SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər. >>>
    * * *
    Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti




    28 may 1953-cü il, “Amerikanın səsi” radiosu
    Əziz Vətəndaşlarım!
    Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda Sizlərə xitab edirəm.
    100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi.
    O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir.
    İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.
    28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi.
    “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan diasporunun təşəkkül tarixi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1292

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş