http://www.azeriart.net/musiqi/mirze.jpg Yaşı 90-ı haqlasa da, genclik herareti var idi Mirze müellimin qelbinde. Oxuyurdu, reqs edirdi, sifetindeki tebessüm tamaşaçını ovsunlayırdı. Mirze Babayev 2003- ci il yanvarın 13-de, ömrünün 90-cı ilinde dünyasını deyişdi. 1913-cü ilde de dünyaya gelmişdi. Bu istedadlı senetkarın ömür kitabını vereqledikce Azerbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlerimiz qarşısında canlanır. Bu tarixin Mirze Babayevle bağlı sehifeleri daha maraqlı, daha

Bu konu 3119 kez görüntülendi 0 yorum aldı ...
Mirze Babayev... 3119 Reviews

    Konuyu değerlendir: Mirze Babayev...

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3119 kez incelendi.

  1. #1
    S€®C€
    S€®C€ - ait Kullanıcı Resmi (Avatar)

    Standart Mirze Babayev...



    Yaşı 90-ı haqlasa da, genclik herareti var idi Mirze müellimin qelbinde. Oxuyurdu, reqs edirdi, sifetindeki tebessüm tamaşaçını ovsunlayırdı. Mirze Babayev 2003- ci il yanvarın 13-de, ömrünün 90-cı ilinde dünyasını deyişdi. 1913-cü ilde de dünyaya gelmişdi. Bu istedadlı senetkarın ömür kitabını vereqledikce Azerbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlerimiz qarşısında canlanır. Bu tarixin Mirze Babayevle bağlı sehifeleri daha maraqlı, daha zengindir. Mirze Babayevin tercümeyi-halı bir esre yaxın bütöv bir dövrü ehate edir.
    1948-ci ilde Azerbaycan Dövlet Konservatoriyasına, Bülbülün sinfine daxil olur. Müellimi hele o zaman hiss etmişdi ki, Mirze Babayevin hem de aktyorluq istedadı var. Ele bu istedaddan ireli gelirdi ki, o, 20-den artıq filmde obraz yaratmışdı. Bu gün onun çekildiyi filmlere, televiziya verilişlerine baxdıqca bu böyük senetkara xalq mehebbetinin, onun musiqimizin inkişafındakı xidmetlerinin canlı şahidine çevrilirsen. Bu möteber musiqi ocağında dünya ve milli musiqimizin elmi esaslarına yiyelenen Mirze Babayev tezlikle Azerbaycan estradasının ulduzlarından birine çevrilmişdi. Harda işlemesinden asılı olmayaraq, M. Babayev milli musiqimizin tebliğatçısı idi. Onu yaxşı tanıyır ve sevirdiler.
    Tamaşaçılarla her görüşü böyük bir bayram olardı. Müğenninin oxuduğu ele mahnılar var idi ki, ancaq onun adı ile bağlı idi. “Mirze müellimin mahnıları” ifadesi xalq dilinde artıq mexsusi deyime çevrilmişdi. Mirze müellim aktyor-müğenni idi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq ve şirin idi. Tamaşaçı bu neğmeleri dinleyende qelbini nikbin bir ruh bürüyerdi. “Liman”, “Saçlarına gül düzüm”, “Sen uzaq, yaşıl ada” mahnılarını onun ifasında dinlemisinizse, yeqin ki, ruhunuz, qelbiniz temizlenib, neğmeli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirze müellimin yoxluğuna inana bilmir. Ele hiss edirsen ki, yene de hansısa konsertde sehneye çıxıb genclik hevesiyle öz neğmelerini oxuyacaq. Yaxşı ki, bu neğmelerin yazıldığı lentler, kassetler saxlanılır ve onlar kifayet qederdir.
    M. Babayev Azerbaycan estrada musiqisini çox-çox yükseklere qaldırıb, onu sevdirib, sesi ve ifaçılıq mehareti ile öz orijinal üslubunu yaradıb. Oxuduğu mahnıların her birinde nikbin, heyatsever bir ovqat yaradıb. Yaşının ahıl dövründe bele qelbinde genclik herareti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bestekarların mahnıları onun ifasında edebilik qazanmışdı. Mirze müellim Azerbaycan musiqi tarixinde nadir ifaçılardandır ki, mahnıları uzun iller repertuarında yaşamışdır.
    Mirze müellim hem de gözel kino aktyoru idi. Azerbaycan kinosunda onun yaratdığı rolların özünem exsus gözelliyi var. Bu rolların epizodik ve yaxud böyük hecmi olmasının o qeder de ferqi yoxdur. Mirze Babayev yaratdığı obrazı duyur, öz içinden keçirir ve tamaşaçıya onu bütöv xarakter kimi teqdim edir. Müsahibelerinin birinde demişdi ki, men 100-den artıq filmde çekilmişem. Ancaq filmlerde ifa etdiyi mahnıların sayı, belke de, iki o qederdir.
    “Derviş Parisi partladır”da Mesteli şahı oynayır. Kamil Rüstembeyovun bu filminde aktyor çox orijinal bir obraz yaradıb. Hetta bu vaxta kimi Mesteli şahın teatrdakı ifaçılarından da çox-çox ireli gede bilib. Ümumiyyetle, Mirze Babayevin kino qehremanları, esasen, kübar insanlardır. “26-lar”, “Sevil”, “Yenilmez batalyon” ve onlarca diger filmlerde aktyor yaddaqalan, gözel obrazlara ekran heyatı vermişdir. Mirze Babayevin artistizmine nikbin bir ruh hakim idi. O çox vaxt, hetta yaşlı dövründe de genclerle sehneye çıxmağı xoşlayır, şux zarafatları ile zaldakı tamaşaçıları ele ala bilirdi. Ele bil kinodakı rollarına da hopmuşdu bu ehval-ruhiyye. Onunla işleyen rejissorlar deyirdiler ki, Mirze müellimle işleyende heç yorulmaq bilmirdik. Çekiliş meydançasında ele ehval-ruhiyye yaradırdı ki, hamı memnun qalırdı. Ekranda görünmesi ile tamaşaçının ovqatına tamam yeni bir ruh getirirdi. Bir sözle, o yaratdığı obrazın esl memarına çevrilirdi. Herden ise obrazlarına şirin, melahetli mahnıları ile özge bir ovqat verirdi. Bizim kinoda Mirze müellim qeder mahnı ifa eden ikinci bir müğenni, demek olar ki, yoxdur. “Onu bağışlamaq olarmı?” filminde Terlanın mahnılarını xatırlayın. “O olmasın, bu olsun” filminde Meşedi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirze Babayevin müğenni kimi ifaçılığı ile aktyorluğu ahengdarlıq teşkil edirdi. “Deli Kür” filminde Molla Sadığın qurduğu kef meclisini xatırlayın.
    Hamının tanıdığı ve sevdiyi Mirze müellim haqqında danışmaq o qeder de asan deyil. Ona göre ki, Mirze müellim her gün, her an tamaşaçıların arasında idi. Onların alqışları altında mahnıları ifa ederdi. Mirze müellim milli musiqimizi xarici ölkelerde çox meharetle temsil edirdi. Dünyanın bir çox ölkelerinde yüksek ifaçılıq mehareti ile Azerbaycanımızın musiqi senetinin tebliğatçısı kimi çıxış etmişdir.
    Mirze Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun heyat yolu medeniyyet ve incesenetimizin zengin bir dövründen keçir. Bu gözel senetkar haqqında, yeqin ki, çox deyerli filmler çekilecek, geniş hecmli monoqrafiyalar yazılacaq. Onun mahnıları, filmleri uzun iller bu xalqın menevi yaddaşında en hezin duyğular kimi yaşayacaq.
    Beli, zaman keçecek, nesiller deyişecek, amma menevi deyerlerimiz arasında milli musiqimizin evezsiz xadimlerinden biri, “Şöhret” ordenli Mirze ebdülcabbar oğlu Babayevin yaratdığı qenirsiz mahnılar, neğmeler öz gözelliyini itirmeyecek. Çünki bu mahnılar bu xalq üçün yaranmışdı ve xalq da onların ifaçısını sonsuz mehebbetle sevirdi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mirze Babayev...

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: S€®C€

          Cevaplar: 0

          Görüntüleme: 3119


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş