Kullanıcı Tag Listesi

Qarabağ tarixinin salnaməsi (1920-1930-cu illər) 14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-1988) Qarabağda, Ağdamın Mərzili kəndində anadan olub. Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. "Naxışların yaddaşı", "Qoşa qanad" kimi populyar kitabların müəllifidir. * * * 8

Bu konu 948 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan Qarabağ tarixinin salnaməsi (1920-1930-cu illər) 948 Reviews

    Konuyu değerlendir: Azerbaycan Qarabağ tarixinin salnaməsi (1920-1930-cu illər)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 948 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.448
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Qarabağ tarixinin salnaməsi (1920-1930-cu illər)

    Qarabağ tarixinin salnaməsi
    (1920-1930-cu illər)



    14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-1988) Qarabağda, Ağdamın Mərzili kəndində anadan olub.
    Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb.
    "Naxışların yaddaşı", "Qoşa qanad" kimi populyar kitabların müəllifidir.
    * * *
    8 aprel 1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb.
    Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb. Qarabağ dairəsi Dağlıq və Aran Qarabağı əhatə edir.
    Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Agdaş, Göyçay, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.
    * * *
    7 avqust 1930 - Görkəmli rəssam Toğrul Nərimanbəyov anadan olub.
    Toğrul Nərimanbəyov əslən şuşalıdır. Dünyanın müxtəlif müzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda yaratdığı əsərlərlə yanaşı, divarüstü monumental freskaları ilə də tanınıb. Bir sıra filmlərə, teatr tamaşalarına bədii tərtibat verib.
    * * *
    30 avqust 1930 - Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə - rayonlara bölünüb. Qərara əsasən, 63 rayon yaradılıb.
    Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay) Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
    * * *
    28 iyul 1935 - Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov (1935-2006) Şuşada anadan olub.
    * * *
    7 may 1938 - Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib.
    Lakin qərar icra olunmamış qaldı, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə bu məsələlər arxa plana keçdi.
    31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.
    * * *
    10 sentyabr 1939 - Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib.
    Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.
    Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il həmçinin Ağstafa və Ucar rayonları yaradılıb.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Qarabağ tarixinin salnaməsi (1920-1930-cu illər)

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 948

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş