Təyyar Allahverdi oğlu Bayramov (1976)
Gənc xanəndə Təyyar Bayramov Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3-cü yeri tutub.
T.Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. 2009-cu ildə isə Beynəlxalq muğam müsabiqəsində baş mükafata-“Qran- pri”yə layiq görülüb.