Kullanıcı Tag Listesi

"ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ" BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada "Qarabağ" sözünün etimologiyası müəyyənləşdirildikdən sonra,

Bu konu 1082 kez görüntülendi 0 yorum aldı ...
"ermƏnistan-azƏrbaycan, dağlıq qarabağ münaqişƏsi" bölmƏsi haqqında ümumi mƏlumat 1082 Reviews

    Konuyu değerlendir: "ermƏnistan-azƏrbaycan, dağlıq qarabağ münaqişƏsi" bölmƏsi haqqında ümumi mƏlumat

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1082 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.448
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart "ermƏnistan-azƏrbaycan, dağlıq qarabağ münaqişƏsi" bölmƏsi haqqında ümumi mƏlumat

    "ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ" BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT


    "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada "Qarabağ" sözünün etimologiyası müəyyənləşdirildikdən sonra, Qarabağın tarixi, ərazisi və sərhədləri haqqında məlumat verilmiş, Azərbaycanın tarixi inkişafına uyğun olaraq Qarabağın tarixi dövrləşdirilmiş, əsas hadisələr şərh edilmişdir. Qarabağın tarixi inkişafının öyrənilməsi sübut edir ki, bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddialarının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri faktlarla göstərilmişdir.

    İkinci yarımbölmə "Qarabağ problemi və erməni məsələsi"nin əlaqəsi və onun təzahür formalarına həsr edilmişdir. Erməni xislətinin daha dərindən dərk edilməsi üçün bu yarımbölmədə dünyanın qabaqcıl fikir xadimlərinin ermənilər haqqında tənqidi mülahizələri və ermənilərin özləri haqqında baxış prizmaları verilmişdir.

    Üçüncü yarımbölmədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejiminə aydınlıq gətirilmişdir. Münaqişənin həllinə Azərbaycanın baxışları və bütövlükdə münaqişənin həlli prosesinin gedişi nəzərdən keçirilmişdir.

    Dördüncü yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin gedişində törədilmiş Xocalı soyqırımına həsr edilmişdir. Burada Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş, dünya ictimaiyyətinin ona münasibəti və şahidlərin ifadələrinə geniş yer verilmişdir.

    Beşinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin törətdiyi humanitar fəlakət haqqındadır. Yarımbölmədə Azərbaycanın Qarabağ və digər regionlarında da Ermənistanın işğalçı, təcavüzkar fəaliyyətinin soyqırım aktları ilə müşahidə olunması göstərilmişdir. Qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti, əsir, girov və itkin düşmüşlər haqqında məlumatlar verilmiş, beynəlxalq hüquq və humanizm prinsiplərinə zidd olaraq ermənilərin azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftarı, erməni təcavüzünün qurbanı olmuş qadın və uşaqların başına gətirilən müsibətlər faktlarla göstərilmişdir.

    Altıncı yarımbölmədə müasir dünya üçün başlıca təhlükə mənbələrindən birinə çevrilmiş beynəlxalq terrorizmin ən təhlükəli tərkib hissəsi olan erməni terrorizmi, erməni terror təşkilatları, Azərbaycanda törədilən terror-təxribat aktları, onların xronologiyası verilmişdir. Burada Ermənistanın beynəlxalq terrorizmi dəstəkləyən dövlət olması da faktlarla təsdiq edilmişdir.

    Yeddinci yarımbölmə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələrindən bəhs edir. Bunun üçün əvvəlcə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının təbii ehtiyatlarına dair faktlar verilir. Sonra işğal edilmiş rayonlara vurulan zərər əsas sahələr üzrə klassifikasiya olunur, ekoloji, sosial psixoloji, iqtisadi, maddi-mənəvi zərərlərin miqyası müəyyənləşdirilir, Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi göstərilir.

    Qarabağ problemi üzrə əldə olunan nəticələrin qanunauyğunluğunu nümayiş etdirmək üçün əldə olunmuş sənədlərin bir qismi xüsusi, səkkizinci yarımbölmədə verilmişdir. Burada Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında bağlanmış 1805-ci il 14 may Kürəkçay müqaviləsi, Rusiya ilə İran arasında bağlanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri, Erməni "Daşnaksutyun" partiyasının antiazərbaycan fəaliyyətinə dair sənədlər, AXC (1918-1920) və Azərbaycan SSRİ-nin ilk dövründə Qarabağa dair sənəd və materiallar verilmişdir. 1948-53-cü illlərdə Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiyası haqqında sənəd və materiallar da burada xüsusi yer tutur. Tarixi sənədlər beynəlxalq təşkilatların BMT, ATƏT və AŞPA-nın qəbul etdiyi qərar və sənədlərlə yekunlaşdırılır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: "ermƏnistan-azƏrbaycan, dağlıq qarabağ münaqişƏsi" bölmƏsi haqqında ümumi mƏlumat

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1082

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş