Bütün iş gününü masa arxasında keçirən ofis işçiləri oturmaqdan imtina edib işi aya qüstə görməlidirlər, bunu sağlam həyat tərzi üzrə ekspert tövsiyə edir. "Gün ərzində əlavə 3 saat ayaq üstə durmaq il ərzində 3.6 kq-dək arıqlamağa imkan verir", - Chester Universitetindən Cohn Bakli deyir. Bu məsələdə özü nümunə göstərən doktor Bakli ayaq üstə işləyir və bunun üçün 1940-cı ildə hazırlanmış hündürayaqlı masadan istifadə edir. "Çox oturmağa ehtiyac yoxdur", - doktor deyir. Yeni il

Bu konu 1395 kez görüntülendi 0 yorum aldı ...
Ayaq üstə işləyin, arıqlayın 1395 Reviews

    Konuyu değerlendir: Ayaq üstə işləyin, arıqlayın

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1395 kez incelendi.

  1. #1
    Uly@ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    20.11.2011
    Mesajlar
    158
    Konular
    132
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    492

    Standart Ayaq üstə işləyin, arıqlayın

    Bütün iş gününü masa arxasında keçirən ofis işçiləri oturmaqdan imtina edib işi aya qüstə görməlidirlər, bunu sağlam həyat tərzi üzrə ekspert tövsiyə edir.

    "Gün ərzində əlavə 3 saat ayaq üstə durmaq il ərzində 3.6 kq-dək arıqlamağa imkan verir", - Chester Universitetindən Cohn Bakli deyir.

    Bu məsələdə özü nümunə göstərən doktor Bakli ayaq üstə işləyir və bunun üçün 1940-cı ildə hazırlanmış hündürayaqlı masadan istifadə edir.

    "Çox oturmağa ehtiyac yoxdur", - doktor deyir.

    Yeni il bayramlarında yeyib-içməkdən sonra çəkisi artanlara Con Bakli iş yerində masa arxasında oturub işləməkdənsə, ayaqüstə işləməyi məsləhət görür.

    Bunun üçün xüsusi hazırlanmış kompüter masaları, yaxud qədim dəftərxana masalarından istifadə etmək olar.

    Məşhurlardan yazıçı Ernest Heminquey ayaqüstə işləmək üsulunun tərəfdarı olubmuş.

    "Oturmaq yazıçının beynini yox, bədəninin aşağı hissəsini inkişaf etdirir, odur ki, mən ayaq üstə yazmağa üstünlük verirəm", - Heminquey 1950-ci ildə yazdığı məktubunda qeyd etmişdi.

    Yazıçılardan Vladimir Nabokov da ayaq üstə yazmağı xoşlayırdı.

    Klinik elmlər və qidalanma departamentindən doktor Bakli deyir ki, oturaq iş tərzini ayaqüstə görülən işlə dəyişməklə, arıqlmaq və qan dövriyyəsinin tənzimlənməsinə nail olmaq mümkündür.

    Ekspertin təbirincə, cəmi 3 saat ərzində ayaq üstə durmaq nəticəsində 144 kalorini yandırmaq mümkündür.

    "İnsanlar işdə oturur, avtomobildə oturur və nəhayət evdə televizor qarşısında da oturur", - doktor qeyd edir.

    "Nəticədə maddələr mübadiləsinin sürəti minimuma enir."

    "Oturaq həyat insanın təbiətinə uyğun deyil. İnsanın bədən quruluşu ayaq üstə hərəkət etməyə uyğunlaşıb".

    Bakli İngiltərə baş həkimilə piylənmə problemi üzrə işləyən məşvərət qrupunun üzvüdür.

    Oturaq həyat tərzinin sağlamlıq üçün təhlükəsinə dair bu yaxınlarda bir sıra hesabatlar dərc edilib.

    Payızda keçirilmiş tədqiqat işində aşırı oturaq həyat tərzilə şəkər xəstəliyi riski arasında əlaqənin olduğu aşkar olunmuşdur.

    Bundan əvvəlki hesabatın müəllifləri iddia etmişdilər ki, oturaq həyat tərzi siqaret çəkmək qədər insan həyatı üçün təhlükəli ola bilər.

    Doktor Bakli hesab edir ki, mütəmadi olaraq iş yerində və iş üsulunda dəyişikklərin edilməsi sağlamlıq üçün faydalı ola bilər.

    "İş tərzində kiçicik dəyişiklik, misal üçün masa arxasında oturmaq əvəzinə durmaq, sağlamlıq üçün ciddi fayda gətirə bilər”, - o qeyd edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ayaq üstə işləyin, arıqlayın

          Kategori: Sağlıklı Yaşam İçin

          Konuyu Baslatan: [email protected]

          Cevaplar: 0

          Görüntüleme: 1395

    Ən fəzilətli cihad ,insanın öz nəfsi ilə olan cihaddır..

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş