Birandın erməni sevgisi bitəcəkmi?! http://old.525.az/upload/photos/s_20120208024249Fariz-Yunisli-ic.jpg Fariz YUNİSLİ 02:42 / 08.02.2012 Son illər bizdə Türkiyədə keçirilən konfranslara qatılmaq geniş yayılıb. Ekranlarda görünənlərlə elə yerindəcə tanış olmaq çoxlarının arzusudur. Həmkarım, filologiya üzrə fəlsəfə doktoru, Cavidşünas alim Lütviyyə Əsgərzadə bir gün dedi ki, Türkiyənin Aydın şəhərində “Türk tarixində Adnan Menderes” simpoziumu keçiriləcək, gəlsənə, biz də qatılaq. Mən

Bu konu 952 kez görüntülendi 0 yorum aldı ...
Birandın erməni sevgisi bitəcəkmi?! 952 Reviews

    Konuyu değerlendir: Birandın erməni sevgisi bitəcəkmi?!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 952 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Birandın erməni sevgisi bitəcəkmi?!

    Birandın erməni sevgisi bitəcəkmi?!



    Fariz YUNİSLİ
    02:42 / 08.02.2012

    Son illər bizdə Türkiyədə keçirilən konfranslara qatılmaq geniş yayılıb. Ekranlarda görünənlərlə elə yerindəcə tanış olmaq çoxlarının arzusudur. Həmkarım, filologiya üzrə fəlsəfə doktoru, Cavidşünas alim Lütviyyə Əsgərzadə bir gün dedi ki, Türkiyənin Aydın şəhərində “Türk tarixində Adnan Menderes” simpoziumu keçiriləcək, gəlsənə, biz də qatılaq. Mən özümə bir mövzu tapmışam. Sənin üçün də bir şey düşünək. Ancaq mənim mövzum haqqında çox düşünməli olduq. Bu cəhətdən “Kommunist” qəzeti dadımıza çatdı (kommunizm isə uzun müddət əhədimizi kəsmişdi).
    Lütviyyə xanım İstanbula Bakıdan, mənsə bir-iki saat fərqlə Naxçıvandan uçmalı oldum. İlk dəfə idi ki, bir saatdan artıq torpaqdan uzaq düşürdüm.
    Düz iki saat yarımdan sonra İstanbulun Sabiha Gökçən Hava Limanına endik. Bəlli oldu ki, həmkarımla İzmirə də birgə uçmağım qismət deyilmiş...
    Gömrükdən rahatca keçirəm. Bu zaman boynunda tanıdıcı vəsiqəsi olan, hava limanı bələdçisi mənə yaxınlaşır.
    - Hocam, xoş gəldiniz! İki dəqiqə vaxtınızı ala bilərəm?
    - Buyurun, - deyirəm. Məni aparır topdan siqaret satılan vitrinlərə sarı. Aydın olur ki, burada siqaret almaq böyük problem imiş (siqaretin sağlamlıq üçün zərəri bir yana). İki bağlam götürürəm. Guya valyutanı yaxşı tanımadığım üçün xanım mənə kömək edir, bir ətək para verir. Xanım çox sevinir, uğurlu yol arzulayır. Ancaq bu köməyimin savab olub-olmadığını deyə bilmərəm.
    İzmir istiqamətinə getmək üçün əli əsalı, müğənni Kayahana oxşar, nurani qocaya yaxınlaşıb kömək istəyirəm. Ləhcəm diqqətini çəkir. Suallar başlayır. Ancaq haqlı narahatlıq keçirirəm. Çünki bəzi azərbaycanlı “turistlər”in formalaşdırdığı imic istər-istəməz könül bulandırır.
    Qoca ilə söhbətə başlayırıq. Adının İsmail Yılmaz, yaşının 70 olduğunu və diz oynağının artrozundan əziyyət çəkdiyini öyrənirəm. Məmləkətimi, işimi soruşur. Səfərimin məqsədini açıqlayıram. Bu günə kimi bir azərbaycanlı ilə şəxsən tanış olub-olmadığını soruşuram. Üzündə təbəssüm yaranır. Mənimsə təbəssüm əvəzinə qaşlarım düyünlənir.
    - Bakıdan olan bir qızımız var. Marağım artır.
    - Qızınız?
    - Bəli, övladım, böyük oğlumun İstanbulda şirkəti var. Bakılı qız da orada çalışır. Ailəmizin bir üzvünə çevrilib. Onu öz övladım kimi sevirəm. Çox rahat nəfəs alıram. Bu rahatlığın üstündən türklərin acı çayını içirik...
    Belə qələbəlik aeroport görmədiyimdən bir qədər maraqlı və həyəcanlıyam. İlk dəfə idi ki, hava limanının qalxma zolağında ondan çox təyyarənin uçmaq üçün növbə gözlədiyini görürdüm. İzmirə doğru havalandıqca qoca İstanbul böyüyür, böyüyür, sonra da kiçilərək yox olur...
    Qismətdən təyyarədə 70-75 yaşlarında bir ingilis xanımla paralel əyləşmişdim. Qədim Efelər diyarını gəzməyə getdiyi aydınca hiss olunurdu. Təyyarə qalxdıqdan sonra bu xanım dirsəkaltını nə qədər çalışdısa da aça bilmədi. Lal-dinməz şəkildə mən də nə qədər cəhd etsəm də, bir nəticə hasil olmadı. Və təqribən 55 dəqiqəlik uçuş müddətində xəfif gülüş bu ingilis xanımın üzünü tərk etmədi (Bizlərin “heç nədən hay-küy”ü yadıma düşür).
    İzmirin Adnan Menderes Hava Limanına enirik. Nəhəng kompleksin çıxış qapısına yaxınlaşanda eşikdə adımı eşidirəm.
    - “Yurd dışından sayın Yunuslu!” Aramsız olaraq bu ifadələri təkrarlayan, təqribən yaşıdım olan gəncə yaxınlaşıram. Onlarsayaq görüşürük. Elə bil illərlə bir süfrəyə əl uzatmışıq. Məni “Volkswagen”ə əyləşdirib sağollaşır. Üz qoyuruq Aydına sarı...
    Artıq qaş qaralmışdı. Təbiət sanki bu yerlərə ilk dəfə ayaq basan qərib qonağını maşınların işığında parıldayan rəngbərəng damcılarla qarşılayırdı. Sürücü də qaranlıq və yağışın qorxusundan yola elə bağlanmışdı ki, elin dediyi kimi, ətini kəssən xəbəri olmazdı. Şəhərə yaxınlaşırıq. Adının daşıdığı məna tamamilə özünü doğruldur. Hələ şəhərin içindəykən bir qədər aralıda dağın başında başqa bir şəhər diqqətimi çəkir. Öyrənirəm ki, bu şəhər bizim niyyətimizin mənzilidir. Bu arada atmacamdan da qalmıram.
    - Qardaş, siz bu universiteti qaldırıb lap dağın başına qoymusunuz ki... Sürücü məni tez anlayır. Adnan Menderes Universitetinin ərazisinə daxil oluruq. Maşının motoru “Universitet təsisləri”nin önündə susur. İçəri girən kimi qalacağım otağa daxil olmaq üçün bir plastik kart təqdim olunur (bu da məni təəccübləndirir).
    Həmkarımı soruşuram, artıq burada olduğu və şam etdiyi bəlli olur. Üçüncü qatdakı otağıma qalxıram. Yatağımın baş tərəfindəki kağız zənbil diqqətimi çəkir. Zənbili qurdalayıram. Aydında yetişən, hazırlanan nemətlərdən simpozium iştirakçılarına hədiyyə edilirmiş. Onu da qeyd edim ki, şabalıd mürəbbəsini də ilk dəfə görürdüm. Əslində bu səfərim ilklərlə zəngin idi.
    ...Həyəcanla gözlədiyimiz an gəlib çatır. Universitetin “Atatürk Konqre Mərkəzi”nə daxil oluruq. Ölkəmizdən iki nəfərik. Bizi xüsusi sevgiylə qarşılayırlar. Simpozium başlayır. Türkiyənin bir çox tanınmış tədqiqatçıları, qəzetçi yazarları, tələbələri təxminən, 300 nəfərlik möhtəşəm zalı tamamilə doldurub. Natiqlər keçmiş baş nazir Adnan Menderesin Türkiyə Cümhuriyyətinin inkişafındakı xidmətlərindən danışırlar.
    Türkiyə və Azərbaycan tamaşaçılarının yaxşı tanıdığı Mehmet Ali Birand kürsü əvəzinə divardakı nəhəng ekranda görünür. İstanbuldan canlı yayıma qatılır.
    Birand məruzəsinə öncə Osmanlı və Türkiyə Cümhuriyyəti tarixindəki bir neçə hadisədən xəcalət çəkdiyini bildirməklə başladı. Belə hadisələrdən birinin də 1915-ci ildə guya ermənilərin soyqırımına məruz qalması uydurmasıdır. Simpoziumun məqsədi 1961-ci ildə edam olunan baş nazir Adnan Menderesin həyatı, siyasi fəaliyyəti və taleyi olsa da, Birandı düşündürən yenə də erməni təəssübkeşliyidir. Öz-özümə düşünməyə başladım, görəsən, böyük-böyük dövlətlər onsuz da mənfur ermənilərə əməlli-başlı dayılıq edirlər. Bəs buna nə düşüb. Artan narahatlığımı yanaşı oturduğum Lütviyyə xanım da hiss etməyə başlayır.
    Bu Birand nə vaxt bir xəbər, məruzə (hələ bəlkə təbrik də) hazırlamaq istəyirsə, erməni qardaşları gəlib durur başının üstündə. Deyir ki, heç kəsə, lap elə doğmalarına da yox, ancaq bizə ağlayacaqsan, vəssalam!!!
    - Lütviyyə xanım, sözümü deməsəm ölərəm. Yaxşı fürsətdi. Evdə ekranın qarşısında dişlədiyim alt dodağımın ağrısına məlhəmin əsl vaxtıdır. Ona sual vermək üçün mikrofon istəyirəm və özümü təqdim edib soruşuram.
    - Bu günə qədər rast gəlmisinizmi bir nəfər erməni alimi, müəllimi, media mənsubu Qarsda, Ərdahanda, Sarıqamışda, Xocalıda, Laçında, Xocavənddə və başqa yurd yerlərimizdə vəhşicəsinə öldürülən günahsız türklərə görə (düşmənlərimiz bizi sadəcə türk adlandırır) xəcalət çəksin, yaxud da üzr istəsin?! Bütün salondan alqış səsləri yüksəlir. Və bu alqışların içərisində itib-batan “sayın Yunuslu, maalesef!” ifadələri eşidilir...
    P.S. Dəyərli oxucu, bu gün də belə bir sual məni rahat buraxmır, Birand erməniləri niyə bu qədər sevir?! Görəsən, Birandın erməni sevgisi bitəcəkmi?!

    Fariz YUNİSLİ


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Birandın erməni sevgisi bitəcəkmi?!

          Kategori: Makaleler,Köşe Yazıları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 952

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş