Azərbaycan diasporunun məskunlaşma coğrafiyası http://azerbaijans.com/uploads/diaspora-hazir.jpg Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Məlumdur ki, tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının

Bu konu 1081 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan diasporunun məskunlaşma coğrafiyası 1081 Reviews

    Konuyu değerlendir: Azərbaycan diasporunun məskunlaşma coğrafiyası

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1081 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan diasporunun məskunlaşma coğrafiyası

    Azərbaycan diasporunun məskunlaşma coğrafiyası





    Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Məlumdur ki, tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik azərbaycanlılar diaspor hesab olunmur.
    Dünyanın digər ərazilərinə - Amerika qitəsinə (1300000 nəfər), Avropa qitəsinə (1500000 nəfər), Afrika qitəsinə (1200000 nəfər), Asiya qitəsinə (3250000 nəfər), Türkiyəyə (3000000 nəfər), Avstraliya qitəsinə və Okeaniyaya (10000 nəfər) müxtəlif zamanlarda köç etmiş soydaşların sayı 10 milyondan artıqdır və bu rəqəm ekspertlərin rəyinə görə, Azərbaycan diasporunun ümumi sayı kimi qəbul edilə bilər.

    Azərbaycanlılar Amerika qitəsində:
    Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar.
    Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti Cənubi Azərbaycandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir.

    Azərbaycanlılar Avropa qitəsində:
    Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
    Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

    Azərbaycanlılar Asiya qitəsində:
    Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

    Azərbaycanlılar Afrika qitəsində:
    Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

    Azərbaycanlılar Avstraliya qitəsində:
    Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
    Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən kimidir: (təxmini hesablamalara görə):



    Ölkənin adı

    Azərbaycanlıların sayı

    1.

    ABŞ

    1.000.000

    2.

    Albaniya Respublikası

    12.000

    3.

    Almaniya

    300.000

    4.

    Avstraliya İttifaqı

    8.000

    5.

    Avstriya Respublikası

    19.000

    6.

    Argentina Respublikası

    12.000

    7.

    Banqladeş Xalq Respublikası

    170.000

    8.

    Belçika Krallığı

    13.000

    9.

    Belarus Respublikası

    6.600

    10.

    Birləşmiş Ərəb Əmirlikləri

    55.000

    11.

    Birma

    7.600

    12.

    Bolqarıstan Respublikası

    64.400

    13.

    Böyük Britaniya

    70.000

    14.

    Braziliya Federativ Respublikası

    74.000

    15.

    Butan Krallığı

    1.500

    16.

    Çexiya Respublikası

    2.000

    17.

    Çin Xalq Respublikası

    30.000

    18.

    Danimarka Krallığı

    56.000

    19.

    Estoniya Respublikası

    1.800

    20.

    Əfqanıstan

    430.000

    21.

    Əlcəzair Xalq Demokratik Respublikası

    260.000

    22.

    Finlandiya Respublikası

    11.600

    23.

    Fransa Respublikası

    70.000

    24.

    Gürcüstan Respublikası

    600.000

    25.

    Hindistan Respublikası

    300.000

    26.

    İndoneziya Respublikası

    44.600

    27.

    İordaniya Haşimi Krallığı

    410.000

    28.

    İraq Respublikası

    800.000

    29.

    İran İslam Respublikası

    30.000.000

    30.

    İrlandiya Respublikası

    4.000

    31.

    İspaniya Dövləti

    14.000

    32.

    İsveç Federasiyası

    20.000

    33.

    İsveçrə Konfederasiyası

    15.000

    34.

    İtaliya Respublikası

    30.000

    35.

    Kanada Respublikası

    174.000

    36.

    Küveyt Dövləti

    18.000

    37.

    Qazaxıstan Respublikası

    90.000

    38.

    Qırğızıstan Respublikası

    16.000

    39.

    Latviya Respublikası

    1.700

    40.

    Litva Respublikası

    1.500

    41.

    Macarıstan Respublikası

    26.000

    42.

    Malta Respublikası

    2.500

    43.

    Meksika Birləşmiş Ştatları

    26.000

    44.

    Misir Ərəb Respublikası

    850.000

    45.

    Moldova Respublikası

    5.000

    46.

    Monqolustan Respublikası

    4.800

    47.

    Niderland Krallığı

    20.000

    48.

    Norveç Krallığı

    50.000

    49.

    Oman Sultanlığı

    19.000

    50.

    Özbəkistan Respublikası

    60.000

    51.

    Pakistan İslam Respublikası

    350.000

    52.

    Polşa Respublikası

    10.000

    53.

    Portuqaliya Respublikası

    8.000

    54.

    Rumıniya Respublikası

    44.000

    55.

    Rusiya Federasiyası

    2.000.000

    56.

    Səudiyyə Ərəbistanı

    40.000

    57.

    Slovakiya

    2.000

    58.

    Sudan Demokratik Respublikası

    17.000

    59.

    Suriya Ərəb Respublikası

    92.500

    60.

    Tacikistan Respublikası

    13.400

    61.

    Türkiyə Cümhuriyyəti

    3.000.000

    62.

    Türkmənistan Respublikası

    33.300

    63.

    Ukrayna Respublikası

    500.000

    64.

    Yaponiya

    10.000

    65.

    Yeni Zelandiya

    2.000

    66.

    Yəmən Respublikası

    58.000

    67.

    Yunanıstan Respublikası

    12.400


    Hal-hazırda dünyanın təxminən 45 ölkəsində Azərbaycan diaspor təşkilatı uğurla fəaliyyətdədir və bu təşkilatlar xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli, ideoloji, mənəvi, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına səy göstərir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan diasporunun məskunlaşma coğrafiyası

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1081

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş