Əvəz Ələkbərov Ələkbərov Əvəz Əkbər oğlu 1952-ci il iyulun 23-də anadan olmuşdur. Ali təhsillidir, iqtisad elmləri doktorudur. 4 monoqrafiyanın və 40-dan çox məqalənin müəllifidir. Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvüdür. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasını almışdır.

Bu konu 1044 kez görüntülendi 0 yorum aldı ...
Əvəz Ələkbərov 1044 Reviews

    Konuyu değerlendir: Əvəz Ələkbərov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1044 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əvəz Ələkbərov

    Əvəz Ələkbərov



    Ələkbərov Əvəz Əkbər oğlu 1952-ci il iyulun 23-də anadan olmuşdur.

    Ali təhsillidir, iqtisad elmləri doktorudur. 4 monoqrafiyanın və 40-dan çox məqalənin müəllifidir. Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvüdür.

    1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasını almışdır.

    Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Baş Təmir-Tikinti Trestinin 10 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində hesabdar kimi başlamışdır.

    1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

    1975-1981-ci illərdə Azərkəndtikinti Nazirliyinin «Azərkəndquraşdırmatikinti» trestində iqtisadçı, baş iqtisadçı, Plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.

    1981-1984-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İqtisadiyyat şöbəsində böyük referent, 1984-1991-ci illərdə isə həmin şöbənin müdir müavini vəzifələrində işləmişdir.

    1991-ci ildə SSRİ Pensiya Fondunun Azərbaycan bölməsinin sədri, sonra isə Azərbaycan Respublikası Pensiya Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

    1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsində işləmişdir.

    1999-cu il iyulundan 2006-cı ilin aprelinə qədər Azərbaycan Respublikasının Maliyyə Naziri vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

    Azərbaycan–ABŞ Hökumətlərarası iqtisadi islahatlara və əməkdaşlığa dair ikitərəfli İşçi Qrupunun həmsədri olmuşdur.

    Azərbaycan, Rus, və Türk dillərini mükəmməl bilir.

    Ailəlidir, iki oğlu var.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əvəz Ələkbərov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1044


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş