Əli Məsimov (Əli Məsimov yanvar - aprel 1993-cü il) Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Şəki şəhər 2 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olub. 1975-ci ildə həmin institutun Ümumiqtisad fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1975-1976-cı illərdə

Bu konu 1388 kez görüntülendi 0 yorum aldı ...
Əli Məsimov 1388 Reviews

    Konuyu değerlendir: Əli Məsimov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1388 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əli Məsimov

    Əli Məsimov



    (Əli Məsimov yanvar - aprel 1993-cü il)

    Əli Əhməd oğlu Məsimov 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Şəki şəhər 2 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olub.

    1975-ci ildə həmin institutun Ümumiqtisad fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1975-1976-cı illərdə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Üç-Aral qəsəbəsində hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra aspirantura təhsilini əvvəlcə Bakıda, 1979-1980-ci illərdə isə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda davam etdirib. Aspiranturanı bitirib Bakıya qayıtdıqdan sonra Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlayıb.

    1991-ci illərdə İqtisadiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. «Məhsulun keyfiyyətinin stimullaşdırılması» mövzusunda dissertasiya işi müdafiə edərək 1985-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

    1991-ci ilin dekabrından 1993-cü ilin iyununa qədər dövlət-hakimiyyət orqanlarında fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezident Aparatında iqtisadi məsələlər üzrə koordinasiya bölməsinin müdiri, Azərbaycan Xarici İnvestisiyalar Komitəsinin sədri, Dövlət İqtisadiyyat və Plan- laşdırma Komitəsinin sədri, baş nazirin səlahiyyətlərinin icraçısı, baş nazirin islahatlar üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb. Əli Məsimov 1993-cü il yanvarın 26-dan aprelin 28-ə qədər baş nazirin səlahiyyətlərini icra edib. Baş nazirin səlahiyyətlərini icra etdiyi zaman kəsiyində nəzərə çarpan bir sıra cəhətlər olmuşdur.

    Əli Məsimov həmin müddət ərzində «Azərbaycanın iqtisadi tərəqqi proqramı»nın və «Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri»nin müəllifi olmuşdur. Onun iştirakı və rəhbərliyi ilə «İqtisadi böhrana qarşı tədbirlər proqramı», «Sosial proseslərin tənzimlənməsi proqramı», «Azərbaycanın regional inkişafı proqramı» və s. sənədlər hazırlanıb. Ümumiyyətlə, 1990-1993-cü illər ərzində Əli Məsimov «Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası», «Aqrar islahatlar proqramı» və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib.

    Nazirlər Kabinetinin strukturunun bazar münasibətlərinin tələblərinə uyğun surətdə təkmilləşdirilməsi, idarəetmədə sahə prinsipindən funksional prinsipə keçid, Kabinetdə çalışanların orta yaş dərəcəsinin əsaslı surətdə aşağı salınması, elmi dərəcəsi olan kadrların irəli çəkilməsi və s. tədbirlərin köməyi ilə Kabinetin fəaliyyətinin yenidən qurulması, şəffaflığının artırılması istiqamətində səylər göstərilib.

    Həmin dövrdə Nazirlər Kabinetinin qərarları içərisində iqtisadi islahatların reallaşdırılması mexanizminin formalaşdırılması istiqamətində qəbul edilən qərarlar xüsusi yer tutur.

    Belə ki, Nazirlər Kabineti 1993-cü il yanvarın 29-da «Azərbaycan Respublikasında əsas fondların yenidən qiymətlən- dirilməsi haqqında» 57 saylı, eləcə də «Azərbaycan Respublikası sahibkarlığa kömək milli fondu vəsaitlərinin formalaşması və bölüşdürülməsi qaydası haqqında əsasnamənin təsdiq edilməsi barədə» 1 fevral 1993-cü il tarixli 61 saylı qərar qəbul edib. Həmin qərarların qəbul edilməsi özəlləşdirmə və sahibkarlığın inkişafı üçün zəruri olan normativ aktların reallaşma mexanizminin yaradılması baxımından əhəmiyyətli addımlar idi.

    Əli Məsimovun baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə qəbul edilən qərarlar içərisində sosial proseslərin tənzimlənməsinə dair sənədlər mühüm əhəmiyyət kəsb edir. Onların arasında «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında» 15 fevral 1993-cü il (№ 8) tarixli və «Qaçqınlara və məcburi köçkünlərə yardım fondunun yaradılması haqqında» 23 fevral 1993-cü il (№ 116) tarixli qərarları xüsusi yer tutur.

    Nazirlər Kabinetinin 23 fevral 1993-cü il (№ 121) tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi komissiyası yaradıldı. Komissiyanın tərkibi baş nazirin birinci müavinləri, müavinləri, Azərbaycanın Rusiyadakı səfiri, nazirlər, baş idarələrin, iri istehsal komplekslərinin rəhbərliyindən ibarət idi.

    Komissiyanın əsas məqsədi Azərbaycanın nazirliklərinin, baş idarələrinin, müəssisə və təşkilatların Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr, eləcə də Gürcüstan (o vaxt MDB üzvü deyildi) və Baltikyanı dövlətlərin müəssisələri ilə dövlət iqtisadi əlaqələrinin səmərəliliyini, etibarlığını və sabitliyinin artırılmasını təmin etmək idi. Nazirlər Kabinetinin 17 fevral 1993-cü il (№ 109) tarixli qərarı ilə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında sərbəst ticarət haqqında saziş təsdiq edildi. Nazirlər Kabinetinin həmin qərarı ilə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında sərbəst ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli saziş və ona aid sərbəst ticarət rejimindən istisnalar barədə 1992-ci il 20 sentyabr və 30 dekabr tarixli protokollar təsdiq edildi.

    1993-cü ilin martında Azərbaycan Respublikasının baş naziri kimi Əli Məsimov Qazaxıstan, Qırğızıstan və Özbəkistana səfər etmişdir. Fevralın 24-də Qazaxıstanın o zamankı paytaxtı Alma-Ata şəhərində, fevralın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində, fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan hökuməti ilə həmin ölkələrin hökumətləri arasında saziş imzalandı.

    1992-1993-cü illər bütün postsovet məkanında iqtisadi böhranın tüğyan etdiyi kulminasiya nöqtəsi hesab olunur.

    Əli Məsimov 1993-cü ilin iyununda baş nazirin islahatlar üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrindən çıxıb. Əli Məsimov iqtisadiyyatın aktual problemlərinə dair 1200-dən artıq elmi-nəzəri və elmi-kütləvi çalışmaların, məqalələrin və şərhlərin müəllifdir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə çap olunub.

    Əli Məsimovun tədqiqatlarında iqtisadiyyatın makroiqtisadi cəhətdən tənzimlənməsinin aktual problemləri, neft və inkişaf, neftdənkənar sahələrin üstün inkişafının zəruriliyi məsələləri, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur islahatları, özəlləşdirmənin alternativ konsepsiyası, sahibkarlığın inkişafı və sosial proseslərin həllinin sürətləndirilməsi məsələləri xüsusi yer tutur. Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Yaponiyada, Türkiyədə, Bolqarıstanda, Malayziyada və s. ölkələrdə «İslahatlar və inkişaf», «Azərbaycan: dünən, bu gün, sabah», «Özəlləşdirmənin reallıqları və perspektivləri», qloballaşma şəraitində inteqrasiyanın və regional əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlərə dair məruzələr edib.

    Ə.Məsimov eyni zamanda siyasi fəaliyyətlə məşğul olmuş və partiya yaratmışdır. O, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilmişdir.

    Mənbə: Şəki ziyalıları. Bakı, 2002


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əli Məsimov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1388


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş