Azərbaycan milli-tarixi faciələri http://www.azerbaijans.com/uploads/turkmencayaaa.jpg 1803-1813 və 1826-1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış

Bu konu 1122 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan milli-tarixi faciələri 1122 Reviews

    Konuyu değerlendir: Azərbaycan milli-tarixi faciələri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1122 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azərbaycan milli-tarixi faciələri

    Azərbaycan milli-tarixi faciələri







    1803-1813 və 1826-1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.

    1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqrım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.

    1918-ci ilin aprelindən sentyabrınadək ermənilər bolşeviklərin köməyi ilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Kürdəmir, Hacıqabul və Salyanda azərbaycanlılara qarşı soyqrımı həyata keçirdilər. Bu soyqrımın nəticəsində Şamaxı qəzasında 58 kənd dağıdıldı, 7 minə qədər adam öldürüldü, Quba qəzasında 122 kənd dağıdıldı, yüzlərlə dinc sakin məhv edildi.

    1918-ci ilin yayında Andranikin başçılığı ilə erməni qüvvələri Naxçıvan və Zəngəzur bölgələrində dinc Azərbaycan əhalisinə qarşı soyqrıma başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhali öz yurdundan qovuldu.

    1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olundu. 23 ay fəaliyyət göstərmiş bu dövlət 1991-ci ilə qədər SSRİ-nin tərkibində qalmışdı.






    1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar verdi. 1948-1953-cü illər ərzində 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldü.

    1990-cı il yanvarın 20-də Sovet Ordu hissələri Bakıda və respublikanın digər məntəqələrində dinc əhaliyə qarşı soyqrımı həyata keçirdi. Rəsmi məlumata görə, Sovet Ordusunun hücumu zamanı Bakıda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.

    1988-1991-ci illərdə Ermənistanın 185 kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərədək azərbaycanlı qovuldu, 225 nəfər qətlə yetirildi, 1154 nəfər yaralandı.

    1992-ci il fevralın 26-da Xocalı soyqrımı baş verdi. Rus ordusunun köməyi ilə ermənilər Xocalıda 244 nəfəri qətlə yetirdi, 200 nəfərdən çox itkin düşdü, donaraq ölənlərin sayı isə 700 nəfərdən artıq oldu.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan milli-tarixi faciələri

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1122

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş