Əbdül Əbdülzadə Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - «1001 xırdavat» mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə

Bu konu 431 kez görüntülendi 0 yorum aldı ...
Əbdül Əbdülzadə 5,00 431 Reviews

    Konuyu değerlendir: Əbdül Əbdülzadə

    5 üzerinden 5,00 | Toplam: 1 kişi oyladı ve 431 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.697
    Beğendikleri
    9.679
    Beğenileri
    5.310
    @Emine
    Tecrübe Puanı
    100

    Standart Əbdül Əbdülzadə

    Əbdül Əbdülzadə


    Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - «1001 xırdavat» mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub.

    Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,).

    18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib. 1920-nin yanvarında Cümhuriyyət onu oxumağa Türkiyəyə – İstanbul Universitetinin hüquq fakültəsinə göndərib. Bu vaxt London və Parisdə də olub. 1920-nin iyulunda Tiflisdən keçməklə Bakıya qayıdıb və 25 avqust 1920-dən nəşriyyatlarda tərcüməçilik edib.

    1921-də təhsilini M.Əzizbəyov adına Bakı Politexnik İn-tunda (indiki Neft Akademiyası) davam etdirib və 1925-də mexanika bölməsini bitirərək mühəndis olub. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə də oxuyub (20.5.1926-da bitirib). 11 sentyabr 1922-dən 14 may 1927-yədək Nərimanov adına texnikumda müəllim işləyən Ə.Əbdülzadə 18 yanvar 1927-də həbs edilib və 1922-1924-də «Müsavat» partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-in yayında Solovki adasına sürgünə göndərilib.

    1934-də sürgündən qaıdıb, ancaq Bakıda yaşamağa icazə verilmədiyinə görə Gəncəyə gedib.

    1934-1936-cı illərdə orada Gəncə Sənaye Politexnik Texnikumunda, Gəncə dəmiryol inşaatı texnikumunda və Fəhlə fakültəsində dərs deyib. 9 nəfər köhnə məhbus yoldaşıyla birgə 24 dekabr 1936-də yenidən gizli müsavatçılıq fəaliyyəti üstündə həbs edilərək 28 iyul 1937-də onlarla birgə güllələnib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əbdül Əbdülzadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 431

    AyMaRaLCaN Beğenenler

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş