Emin Paşa oğlu Abdullayev (Milli) 14 oktyabr 1979-cu ildə Bakıda doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999-2000-ci ildə Bakıda (International Republican Institute (IRI)) Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Friedrich Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002-2004-cü illərdə həm də Avropa

Bu konu 1105 kez görüntülendi 0 yorum aldı ...
Emin Milli 1105 Reviews

    Konuyu değerlendir: Emin Milli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1105 kez incelendi.

Konu: Emin Milli

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Emin Milli

    Emin Paşa oğlu Abdullayev (Milli) 14 oktyabr 1979-cu ildə Bakıda doğulub.

    1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb.

    1999-2000-ci ildə Bakıda (International Republican Institute (IRI)) Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Friedrich Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib.

    2002-2004-cü illərdə həm də Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub.

    2005-ci ildə "Milli" təxəllüsünü götürür.

    2005-ci ildə Emin Milli ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib.

    2005-ci ildən dünyada ən böyük sosial şəbəkə olan facebook-u tərcümə edənlərdən biri olub.

    Dövlət Gömrük Komitəsinin və Prokurorluğun işçiləri üçün tərcüməçi kimi ABŞ-a gedib.

    Emin Milli 2005-ci ildə xaricdə oxuyan məzunlarla bir yerdə Alumni Network (Məzunlar Şəbəkəsi)ni-AN şəbəkəsini yaradır.

    Yahoo-email qruplardan sayılan «AStudents» qrupunu da Emin Millinin həmtəsisçisi olduğu AN şəbəkəsi yaradıb. «AStudents»in 2500-dən çox üzvü var.

    Emin Milli 28 may 2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulmalı olan, əvəzində fontan tikilən yerə gül dəstəsi qoymağa cəhd eləyir,

    2009-cu ilin yanvarında Amerikada yaşayan azərbaycanlılar Konstitusiyada dəyişikliyə etiraz kimi Nyu-Yorkda, BMT-nin baş ofisinin qarşısında aksiya keçirir. Emin Milli həmin aksiyanı təşkil eləyən AZAD adlı təşkilatının təşəbbüs qrupunun üzvü idi.

    2009-cu ilin aprelində Emin Milli ABŞ-ın Kolumbiya Universitetində Azərbaycanda Konstitusiya dəyişikliyinin əleyhinə kəskin tənqidi çıxış edir.

    Emin Milli tərəfdaşları ilə bir yerdə 10 may 2009-cu ildə Neft Akademiyasında həlak olan 12 nəfərin xatirəsinə matəm elan olunmamasına etiraz kimi cüt qərənfillə gəlib «gül bayramı»nın keçirildiyi yerdə dayanmışdı. Polis Millini başqa etirazçılarla bir yerdə bir neçə saatlığına həbs etmişdi.

    2009-cu ilin iyulun 8-də Emin Milli özündən başqa altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 ay həbs olunmuşdur.

    Emin Milli ictimai fəaliyyətlə məşğul olduğu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.

    "Sərhədsiz Reportyorlar" Birliyi Emin Millini «bloqçu» kimi təqdim edir, amma Azərbaycanda Emin Millini bloqçu kimi yox, daha çox forumlarda, sosial şəbəkələrdə məlumat yayan adam kimi tanıyırlar.

    11 noyabr 2009-cu ildə məhkəmənin qərarı ilə Emin Milli 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

    19 noyabr 2010-cu ildə Salyan Rayon Məhkəməsi Emin Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılmışdır.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Emin Milli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1105


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş