Azərbaycan Memarlar İttifaqının Birinci katibi Elbay Ənvər oğlu Qasımzadə 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakültəsini bitirmişdir. 1971-1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət

Bu konu 897 kez görüntülendi 0 yorum aldı ...
Elbay Qasımzadə 897 Reviews

    Konuyu değerlendir: Elbay Qasımzadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 897 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Elbay Qasımzadə

    Azərbaycan Memarlar İttifaqının Birinci katibi Elbay Ənvər oğlu Qasımzadə 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur.

    1971-ci ildə Azərbaycan Politexnik institutunun Memarlıq fakültəsini bitirmişdir.

    1971-1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur.

    1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.

    1975-1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin ümumi planlarının müəllifi olmuşdur.

    Həmin dövrdə «Saman memarlığı» adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.

    1989-2001 illərdə Bakı şəhərinin Baş memarı, Bakı Meriyasının Memarlıq və şəhərsalma üzrə Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.

    1998-ci ildə bu gün təkcə Azərbaycanda deyil, hətta Respublikamızın hüdudlarından kənarda da tanınan "El&En" memarlıq şirkətini təsis etmiş və hazırda ona başçılıq edir.

    150-dən artıq layihənin müəllifidir. Ondardan çoxunun tikintisi həyata keçirilmişdir. 50-dən artıq məqalənin və 8 kitabın müəllifidir.

    1990-cı ildə "Azərbaycanın Əməkdar memarı" fəxri adına layiq görülmüş, 2000-ci ildə Respublikanın ən ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir.

    Üç dəfə "Humay" Milli mükafatına, iki dəfə "Uğur" Milli mükafatına layiq görülmüşdür. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Birinci katibi, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidentidir.

    MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən "İlin ən yaxşı layihəsi (tikilisi)" beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir.

    MDB ölkələrinin paytaxtlarının baş memarları Şurasının ilkin sədri seçilmişdir. Çikaqo, Barselona, Lozanna, Pekin şəhərlərində keçirilən Ümumdünya konqreslərin iştirakçısıdır. A

    zərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Elbay Qasımzadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 897


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş