Azərbaycan Dilinin Tarihi I F Ə S İ L PROTODİLLƏRİN PARÇALANMASI DÖVRÜ. ŞUMER DİLİ Dil ailələrinin yaranması Təqribən miladdan əvvəl XII minillikdən dilin inkişafında ikinci böyük mərhələ - protodillərin parçalanması mərhələsi başlayır və XII-VI minilliklər arası dil ailələrinin təşəkkülü dövrü hesab olunur.

Bu konu 13198 kez görüntülendi 35 yorum aldı ...
Azerbaycan Dilinin Tarihi 13198 Reviews

    Konuyu değerlendir: Azerbaycan Dilinin Tarihi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 13198 kez incelendi.

Sayfa 1 Toplam 4 Sayfadan 123 ... Sonuncu
  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Azerbaycan Dilinin Tarihi

    Azərbaycan Dilinin Tarihi



    I F Ə S İ L

    PROTODİLLƏRİN PARÇALANMASI DÖVRÜ. ŞUMER DİLİ
    Dil ailələrinin yaranması

    Təqribən miladdan əvvəl XII minillikdən dilin inkişafında ikinci böyük mərhələ - protodillərin parçalanması mərhələsi başlayır və XII-VI minilliklər arası dil ailələrinin təşəkkülü dövrü hesab olunur.
    E. ə. VI minilliyə qədərki dövr haqqında yalnız arxeoloji materiallar əsasında mə’lumat almaq olur. Mezolitdə (XII-VIII minilliklər) insanın əmək fəaliyyətində, dünyagörüşündə, ətraf aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və nitq inkişafına səbəb olur. Həyatın 12 min il əvvəl başladığı Qobustan mağara düşərgəsi materialları bunun əyani sübutu sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir. İnsan sür’ətlə artır, dillər uzaq ərazilər və uzun minilliklər hesabına tədricən bir-birindən fərqli keyfiyyətlər qazanmağa başlayır: «Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın olan dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik, german, kelt, roman, İran, hind, erməni, yunan və b. dillər), sami-hami dilləri (qədim Misir, sami - akkad (babil, assur), Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet (Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-samodiy dilləri) və s.»(1; 35-36)
    Bu dövr hazırkı türk dilləri üçün pratürkün parçalanması dövrüdür. Pratürkün parçalanması da məhz Ön Asiya hüdudları ilə bağlı olmuşdur. Prof.Y.B.Yusifov yazır: «Çox güman ki, pratürk dil birliyinin parçalanması e.ə. VIII-VII minilliklərdə baş vermiş və bu dövrdə Hind-Avropa dili ilə ünsiyyətdə olmuşdur. Bu etnosların arasında qarşılıqlı leksik mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə bizimdir - Q.K.) baş vermişdir». (2; 83) Müəllif Hind-Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam yetkinləşməmiş bu dil ailələrinin praformalarında leksik müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada kontaktı ilə deyil, eyni kökdən - vahid ulu dildən ayrılmaları ilə bağlı olmuşdur. Azərbaycan əraziləri pratürkün vətəni olmaqla, onun parçalanma sahəsi kimi mərkəzi mövqe tuturdu.
    Pratürkün harada yaranması və parçalanması barədə başqa fikirlər də vardır. Burada məsələni Altay nəzəriyyəsi mürəkkəbləşdirir. Bu nəzəriyyəyə görə, tunquslar, mancurlar, monqollar və türklər Altay ərazisində yaşayan əhalidən təcrid olunmuşlar və geneoloji cəhətdən qohum dillərdir. Məşhur altayşünas N.N.Poppe «Altay dillərinin müqayisəli qrammatikası» əsərində yazmışdır: «Bu kitabın müəllifinin şübhəsi yoxdur ki, monqol, türk və mancur-tunqus dil ailələri arasında sövti və morfoloji uyğunluqlar nə təsadüfiliyə, nə də alınmalara əsaslanır, əksinə, qədim qohumluğa şəhadət edir». (4; 3)
    Bir fərziyyəyə görə, Praaltay dili əvvəlcə ümumtunqus və ümummonqol-türk qollarına ayrılmış, sonralar monqol-türk qolundan monqol və türk dilləri təcrid olunmuşdur. Q.İ.Ramstedt və B.Y.Vladimirsev bu fikirdə olmuşlar. N.N.Poppenin fikrincə, Altay dil ailəsindən pratürk qrupu daha əvvəl ayrılmışdır, tunqus-monqol-mancur dilləri xeyli sonralar bir-birindən təcrid olunmuşlar. (4; 8) Pratürkün harada təcrid olunması barədə fikri istisna olmaqla, N.N.Poppenin mövqeyi daha əsaslıdır.
    Türk, monqol və tunqus-mancur dillərinin təcrid olunma zamanı barədə də fikirlər mövcuddur. Bu cəhətdən V.L.Kotviçin aşağıdakı mülahizəsi müəllifin şübhələri ilə birlikdə daha maraqlıdır: «Bütün göstərilən hallarda ümumi Altay dili məsələsi ki, guya müxtəlif dil ailələrinə ayrılmışdır, şübhə altındadır. Hər halda bu ümumi dilin mövcudluğunu miladdan qabaq birinci minilliyin əvvəlindən gec olmayaraq çox uzaq keçmişə aid etmək lazım gələrdi. Hun dövründə (e.ə.III-II yüzilliklərdən başlayaraq) artıq xüsusiləşmiş türk, monqol və tunqus dilləri fərqli lüğət tərkibi və morfologiyası ilə mövcud idi, bir-biri ilə yalnız tipoloji cəhətdən, başqa sözlə, daha çox sintaktik baxımdan yaxın idi». (47; 351) Miqrasiyaların e.ə.VIII-V minilliklərdə sür’ətləndiyini nəzərə almaqla V.L.Kotviçin nəticələrinin doğruluğuna şübhə etməmək olar.
    Məsələ burasındadır ki, Altay nəzəriyyəsini müəyyən şərtlə biz də düzgün hesab edirik: bir halda ki tunqus, mancur, monqol dilləri ilə türk dilləri arasında, məsələn, deyək ki, türk dilləri ilə Hind-Avropa dilləri arasında olan yaxınlıqdan daha çox genetik yaxınlıq vardır, onda, deməli, bu dillər bir protodildən təcrid olunmuşlar. Lakin bu, pratürkün ilkin vətəninin Ön Asiya olduğunu inkar edə bilmir. E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış olan prototürk əhali böyük kütlələr halında miqrasiyaya başlayarkən bir qismi öz ulu vətənində qalmış, qalanı güclü axınla münbit şərait və torpaqlar axtarışı ilə səyahətə çıxmış, qərbdə Balkana, şərqdə Çin və yapon sərhədlərinə qədər irəliləmiş, minilliklər ərzində antropoloji quruluşunu təkmilləşdirməklə yanaşı, dilini də dəyişmiş, artıb-çoxalmış, qohum budaqlara ayrılmışdır. Buna görə də türklərin qərb və şərq vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri, çoxlu toponimlər vardır: Türklərin, monqolların, tunqus-mancurların bir kökdən olmasına bu mə’nada şübhə yoxdur. Lakin Altay türklərin beşiyi, ilkin vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə sakların, kimmerlərin, skiflərin Azərbaycana gəlişi qohum tayfaların çox sonrakı əks miqrasiyalarındandır.
    N.Y.Marr da türklərin vətəninin Orta Asiya olması barədə fikirlərin qeyri-elmi olduğunu qeyd etmiş və yazmışdır: «Ancaq onların kütləvi şəkildə orada yaşadıqlarını və ilk yazılı şəhadətlərinin orada olduğunu bildiyimizə görə türklərin ilk vətəninin Asiya olduğu fikrinin elmiliyi ilə razılaşmaq mümkün deyildir». (24; 134-135)
    Türklərin şərqə birbaşa ilkin hərəkəti, çox güman ki, mezolitə (XII-VIII minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə qədər 8 min il) türklər Altayda artıb-çoxalmış, tədricən bu kökdən tipoloji cəhətdən eyni olan tunqum-mancur və monqol dilləri təcrid olunmuşdur. Görünür, iltisaqi türk protodili hələ miqrasiyanın başlandığı dövrdə aydın şivə xüsusiyyətləri ilə fərqlənirmiş. Ön Asiyada qalan türk qolundan iltisaqi türk-şumer, elam, hurri və urartu dilləri, şərqə üz tutan qolundan monqol, tunqus, mancur, yapon, koreya və bəlkə də çin dilləri təşəkkül tapmışdır. Qarışıq şivələr Mərkəzi Asiyanın hüdudsuz ərazilərində hələ Altayaqədərki dövrdə qohumluq əlaqələri çətin sezilən fərqli keyfiyyətlər qazanmışdır. Bunlardan belə nəticə çıxarmaq olur ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi protodildən yaranmışlar. Bu cəhət tipoloji cəhətdən fərqlənən digər dil ailələrinə də aiddir.
    Biz bu mülahizələrdə türkləri ona görə əsas qol hesab edirik ki, Ön və Mərkəzi Asiyada daim böyük kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın hiss olunur ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik sakların, skiflərin, kimmerlərin geri miqrasiyasıdır. Ulu dildən təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus, Koreya dilləri təcrid olunmuşdur, onu başqa bir şərti adla da adlandırmaq olardı. Lakin Ön Asiyada şumer-türk üstünlüyü, Mərkəzi Asiyada türkün çox geniş arealı həmin protodildə türk dialektinin aparıcı rolunu göstərməkdədir.
    Müasir insan tipinin Ön Asiya hüdudlarında təşəkkül tapdığını və ulu dilin bu ərazilərdə protodillərə təcrid olunduğunu nəzərə almayan tədqiqatçılar türklərin qərb ölkələrinə və o cümlədən Azərbaycan ərazilərinə Orta Asiyadan gəldiyini güman edirlər. Lakin daha diqqətli tədqiqatçılar onların Ön Asiyadan Orta və Mərkəzi Asiyaya getdiyini, sonralar yeni qüvvə ilə geri qayıtdıqlarını qeyd etmişlər. (43; 10) Türklər güclü qol olduğundan onların Qərbə və Şərqə yayılma arealı da geniş olmuşdur. Altay sözünün özünü də türklər indiki Altaya Ön Asiyadan - e.ə. III minilliyin başlanğıcında son şüaları görünən və bəlkə də neçə yüzillik tarixi olan Aratta ərazi adından aparmışlar. Bu ad bir qədər sonra (Altaydan çox qabaq) elə Ön Asiyada da Alatey şəklində işlənmişdir.
    VIII-VI minilliklərdə - pratürkün daha sür’ətlə dialekt və şivələrə ayrıldığı dövrdə qəbilə və tayfaların müxtəlif istiqamətlərdə hərəkəti də güclənmişdir. Türklər Qərbi Anadoluya, Balkana, Cənubi Qafqaza yayılmışdır. Orta Asiyaya miqrasiya güclənmiş və tədricən qərbi və şərqi türk qollarında fərqlər çoxalmağa başlamışdır.
    Bu dövr hələ vahid ərazi və dövlət anlayışlarının olmaması ilə şərtləndiyi kimi, dilin də bu və ya başqa bir xalqa məxsus dil kimi təşəkkül tapmış olduğunu iddia etmək olmaz. Şübhəsiz, Ön Asiya və Qafqaz ərazilərində türk tayfaları ilə yanaşı, Hind-Avropa kökünə əsaslananlar, qafqazdillilər də mövcud idi, yanaşı və birgə yaşayırdılar.
    Azərbaycan ərazisində eneolitə çox erkən (VI minillik - IV minilliyin ortaları) keçilmişdi. Eneolit sinifli cəmiyyətin meydana çıxmasını sür’ətləndirirdi. Zaqafqaziyada eneolit dövrünə aid 150-dən artıq yaşayış yeri müəyyən edilmişdir ki, bunların əksəriyyəti Azərbaycan ərazisinə aiddir. Kərpic evlər dairəvi və ya düzbucaqlı tikilirdi. Yaşayış məskənləri əksərən 0,5 ha, bə’zən daha böyük əraziləri əhatə edirdi. (5; 95) Tədricən qonşu ölkələrlə əlaqələr də yaranır və genişlənirdi. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur». (5; 100) Əhali daha sür’ətlə artmağa başlayır, metal alətlərdən istifadəyə keçilir, qoşa nikaha əsaslanan əhali icma torpaqlarında çalışır, insanlar ümumi pay hesabına dolanırlar. Qadın nəslinin (ana xaqanlıq) üstünlüyü dini və mifoloji təfəkkürün inkişafını sür’ətləndirir. Cəmiyyəti icma ağsaqqalları şurası idarə edir.
    Qeyd edilən dövrdə Azərbaycan ərazisin
    də iki antropoloji tipin - «Kafkasion» və «Aralıq dənizi» tiplərinin mövcud olduğu və həmin tiplərin sabitliyi qeyd edilir: »Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa birliklərinin əksəriyyəti əvvəllər də burada mövcud olmuş həmin iki antropoloji elementdən törəmişdir.» (5; 127)
    Eneolitin sonunda, yə’ni e.ə.IV minilliyin ortalarında dünyanın və Ön Asiyanın ən mədəni ərazisi Mesopotamiya, ən mədəni əhalisi bu ərazinin sakinləri şumerlər idi. Şumerlər həm türk olmaq e’tibarilə, həm də Azərbaycan tayfaları ilə yaxın qohumluğa, varislik əlaqələrinə görə daim bizi özünə çəkir. Yalnız şumerlərin sayəsində biz öz tariximizin dərinliklərinə enə bilirik.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan Dilinin Tarihi

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 35

          Görüntüleme: 13198

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Şumerlər, onların məskunlaşması və yayılma arealı haqqında
    İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Nisbətən yuxarılarda məskunlaşma daha əvvəllər baş vermişdir. İngilis alimləri S.Lloyd və Q.Çayldın fikrincə, bu yerlərdə turanlılar çox qədim dövrlərdən məskən salmış, qonşuların həsəd apardığı yüksək mədəniyyət yaratmışlar: «Turanlılar təxminən on-on iki min il bundan qabaq səfalı Dəclə-Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi tayfaların heyrətli nəzərləri altında dünya sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məş’əli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində «işıq adaları» şö’lələndi...» (6; 16)
    İndiki Kərkük yaxınlığında - Kalat-Carmoda aşkar edilmiş insan məskəni e.ə.VII-VI minilliklərə aiddir. Dəclə çayının orta axarında müəyyən edilmiş e.ə.VI minilliyə aid Samarra mədəniyyəti İkiçayarasının mədəni-iqtisadi inkişafının təməli sayılır. Samarra sakinlərinin şumerəqədərki etnos olduğu və şərti olaraq «protodəclə», yaxud «banan» dilində danışdıqları qeyd edilir. (8;17) «Bə’zən protodəclə dili «banan dili» adlandırılır ki, bu da həmin dil üçün səciyyəvi olan quruluşla bağlıdır - xeyli xüsusi ad ingilis dili «banan» sözünü xatırladır: Bunene, Kubaba, Zababa, Bilulu və s.» (8;6) İ.T.Kaneva göstərir ki, şumerlər mərkəzi və cənubi İkiçayarasının ilk sakinləri olmamışlar. Şumer mətnlərində toplanmış toponimlərin və digər xüsusi adların təhlili həmin ərazidə şumerlərdən əvvəl «protofərat» və «protodəclə» adlandırılan iki dil layı haqqında fikir yürütməyə imkan verir. Protofərat leksik layı son dərəcə ümidsiz bərpa olunduğu halda, protodəclə aydın təsəvvür olunur.
    Cənubi İkiçayarasında Ubeyd kəndi yaxınlığında e.ə.V minilliyin sonu, IV minilliyə aid Ubeyd mədəniyyəti müəyyən edilmişdir. Bunlardan da cənubda, qurumuş bataqlıqlar ərazisində «Hacı Məhəmməd» adı ilə tanınan mədəniyyət abidələri aşkar edilmişdir. Bu, Ubeyd mədəniyyətindən iki min il əvvələ aiddir. Hacı Məhəmməd və Ubeyd sakinləri Şumerin ilk əkinçiləri hesab olunur. Bu mədəniyyətin yaradıcılarını protoşumerlər adlandırırlar. Ubeyd sakinlərinin tədricən şimala doğru yayıldığı fərz edilir. E.ə. IV minilliyin ikinci yarısını Uruk mədəniyyəti təmsil edir.
    Bu yerlərdə ibtidai icma quruluşunun dağılması, nəsli quruluşdan patriarxal ailəyə və kənd icmasına, qəbilədən (və ya qəbilələr ittifaqından) dövlətə keçilməsi e.ə. IV minilliyin əvvəlindən özünü göstərməyə başlamışdır. İlk sinifli cəmiyyət IV minilliyin sonlarında Şumerdə və Elamda yaranmış, III minillikdə yüksək inkişaf səviyyəsinə çatmışdır.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında əmələ gəlmişdir. O vaxtlar bu çaylar ayrı-ayrılıqda İran körfəzinə axırmış. Çayların arasındakı düzənliyə yunanlar Mesopotamiya demişlər. Bu söz yunan dilində «ikiçayarası» deməkdir. Rus dilindəki Mejdureçğe, Dvureçğe sözləri də eyni mə’nadadır. Ərəblər isə eyni mə’nalı Beyn əl.Nəhreyn sözünü işlədirlər.
    «E.ə. III minillikdə ölkənin cənubunda (Nippurdan cənuba - Şuruppana qədər) və bu mərkəzdən şimala doğru fərqli vəziyyət mövcud idi. Nippur və Şuruppandan cənubda XXIV-XXIII əsrlərə qədər sami xüsusi adlarına praktik olaraq təsadüf olunmur, şimalda isə belə adlar əvvəldən yayılmışdı və zaman keçdikcə onların sayı artırdı. Ölkənin şimal hissəsi şumer dilində Ki-Uri, akkad dilində isə əvvəlcə Varum, sonralar e.ə.XXIV əsrdə Sarqon Qədim tərəfindən əsası qoyulmuş paytaxt şəhərinin adı ilə Akkad adlanırdı. Mərkəzi, sonra isə cənub hissəsi o zaman Şumer adlanmağa başlamışdı; daha əvvəllər isə bütün şumerdilli ərazilər sadəcə olaraq Kalam - ‘Ölkə’ idi». Əhalinin özünüadlandırması yox idi, «Ur adamı», «Uruk adamı», «Laqaş adamı» və s. deyilirdi. Dil fərqindən asılı olmayaraq, İkiçayarasının əhalisi qarabaşlar adlanırdı (sag-giga) (g=yumşaq q), samidillilər də özlərini belə adlandırırdılar (salmat kakkadim )». (9; 36) ‘Ölkə, yaşayış yeri’ mə’nasında Kalam sözü sami dillərindəki qəl’ə formasından tam fərqli olaraq xalis türk formasıdır.
    Dəclə çayını şumerlər İligna, akkadlar İliklat, Fərat çayını şumerlər Buranun, akkadlar Purattu adlandırırdılar.(7;44) Şumer dövründə bu ərazidə Larsa, İsin, Laqaş, Umma, Der, Kutu, Kiş, Nippur, Puzriş-Daqan şəhərləri əmələ gəlmişdi.
    Şumer adına (şu-me-ru-u) ilk dəfə Rimuşun vaxtında (e.ə. XXIII əsr) təsadüf edildiyi göstərilir.(8; 8) «Şumer» sözünün Assur hökmdarı Aşurbanipalın dövrünə aid mixi yazılarda işləndiyi də qeyd edilir. Bu yazılardan birində «gizli Şumer sənədləri» barədə mə’lumat verilir.Y.B.Yusifov qeyd edir ki, qədim yazılı mənbələrdə «şumer» etnik adı işlədilməmişdir. Cənubi İkiçayarasının əhalisi mixi yazılarda «Şumer (ölkəsinin) xalqı» adını daşıyırdı. Əhaliyə isə həm kengir, həm də qarabaşlar (şumercə sang igiga, akkadca salmat kakkadi) adı verilmişdi. (7; 47)
    İ.M.Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bə’zi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag - şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir - hərfən ‘başı qara’ - qarabaşlar mə’nasındadır. Y.Yusifovun dediyi kengir sözünün izahına İ.M.Dyakonovda rast gəlirik. İ.M.Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ.EN.Gİ işarəsi ilə yazılır. «Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ.EN.Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar». (9,36) Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) «Şumer» deməkdir.
    Ki-en-gi sözünün etimologiyası haqqında vahid fikir yoxdur. Römer ki-egi şəklində ‘knyaz yeri’, ‘knyaz torpağı’ kimi izah etmişdir. (8; 8) Bizim fikrimizcə, Kİ.EN.Gİ - ilkin mə’nasına görə ‘allahın gəldiyi torpaq’ deməkdir: ki - ‘torpaq’, En(An) - şumerlərin allah adı, gi - ‘gəlmək’ sözüdür.
    İ.T.Kanevada belə qeydlər də vardır ki, şumerlər özlərini kar-rir, yə’ni ‘qarabaşlar’ adlandırırmış. Bu da Kengir sözünün bir oxunuş variantıdır. Ka-r-rir sözündə ‘qara’ sözü daha aydın seçilir.
    Şumerlərin yerləşdiyi Şimali Mesopotamiya vilayətlərini akkadlar Suber adlandırırmış. Bir ağlabatan mülahizəyə görə, Suber (Şumer) - sub və yer sözlərindən olub, ‘sulu yer’ mə’nasındadır. Sonralar görəcəyik ki, böyük Hun imperiyasının tə’siri ilə VI əsrdə Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar bu Subirlər - şumerlərdir.
    Qədim sanskrit-buddistlər Sumer ölkəsini (sanskritdə sumeru) insan məskunlaşmasının mərkəzi saymışlar. (10; 513)
    Şumerlər öz dillərini eme-gir (KU ) adlandırırmışlar; eme - dil deməkdir, kir hissəsinin mə’nası dəqiq müəyyən edilməmişdir. İ.T.Kanevanın fikrincə, bu söz ‘blaqorodnıy’ (nəcib, alicənab) mə’nasında ola bilər. (8; 8).
    Şumerlər Eredu şəhərini özlərinin ən qədim məskəni, fars körfəzindəki Dilmun adasını isə bəşəriyyətin yarandığı mərkəz hesab etmişlər. (8; 6)
    Qədim şumer yazılı mənbələri e.ə.IV-III minilliklərə aid edilir. E.ə. 2000-ci ildən canlı şumer dilinin sıradan çıxdığı, bu dilin yalnız elmi və dini kitab dili kimi işləndiyi göstərilir.
    Antik mənbələrdə şumerlər haqqında heç bir mə’lumat yoxdur. XIX əsrdə şumer yazıları oxunduqdan sonra şumerləri Bibliyadakı Şin’ər ilə əlaqələndirməyə başlamışlar. (8; 7)
    Araşdırmalar nəticəsində tarixçilər bu qənaətə gəlmişlər ki, Şumer sülalələrinin hakimiyyət müddəti cəmi 500-700 ilə bərabər olmuşdur. Hökmdar hakimiyyəti Şumerlərdə e.ə. IV minilliyin sonlarında yaranmışdı. Lakin III minilliyin əvvəllərindən hökmdar hakimiyyəti barədə daha aydın faktlar mövcuddur. Şumer ərazilərindəki dövlətlər tarixçilər tərəfindən «erkən sülalələr» adlandırılır. Erkən sülalələr dövrü e.ə.XXVIII-XXIV əsrləri əhatə edir.
    İlk Şumer dövlətləri ayrı-ayrı şəhər dövlətləri şəklində olmuşdur. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir. Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-Merkarın Azərbaycan Aratta ölkəsi ilə sıx əlaqəsi olmuşdur.
    İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII-XXVI əsrləri əhatə edir. Bu dövrdə İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır. Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer üzərində ağalıq iddiasına düşür və özlərini «Kainatın hökmdarı» adlandırmağa başlayırlar.
    Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür (7-9 il). Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır. (7; 72-76)
    Şumer ərazisində tədricən Umma şəhər dövləti güclənir. Umma hökmdarı Luqalzaqqesi (e.ə. 2312-2287 ) əvvəlcə Uruk, sonra Laqaş şəhərini tutur, Uruk şəhərini özünə paytaxt seçir. Ur, Larsa, Kiş, Nippur şəhərlərini də işğal edir. Bütün Şumer Luqalzaqqesinin hakimiyyəti altında birləşir.
    Şumerlər bu yerlərə gəlmə xalq hesab olunur. Arxeoloji qazıntılar vasitəsilə tapılmış kişi və qadın təsvirləri şumerlərin Aralıq dənizi və Qafqaz irqinə mənsub olduğunu göstərir. Onlar bığ və saqqal saxlamırmışlar. Şumerlərin Kiçik Asiyadan, Ön Qafqazdan, Şimali İran ərazisindən və başqa yerlərdən gəldiyi ehtimal edilir. Bunların hamısı indiki Azərbaycanla bağlı ərazilərdir. Əksər alimlərin qəti qənaəti bundan ibarətdir ki, şumerlər İkiçayarasının şimal-şərqindən - Zaqroş dağlarından, qədim Azərbaycan torpaqlarından Mesopotamiyaya enmişlər:«Zaqroş dağlarının dağətəyi əkinçi-maldar tayfaları yeni torpaq və otlaqlar axtarışı ilə qərbə hərəkət edərək bütün Şimali Mesopotamiyaya yayılırlar. Yeni yerlərdə atmosfer yağıntılarının azlığı onları ilkin sün’i suvarma təcrübəsinə məcbur etmişdir». (1; 115)
    D.Q.Reder və E.A.Çerkasova sonrakı inkişafla əlaqədar bu fikri dərinləşdirərkən şumerlərin tarixən Zaqroş ərazisinin sakinləri olduqlarını, oradan aşağılara endiklərini, onların Vətəndə (Zaqroş ərazisində) qalanlardan əlverişli məkanla əlaqədar daha sür’ətlə inkişaf etdiklərini söyləmişlər: «Bizim e.ə.VI minilliyin sonuna yaxın əkinçi və maldar tayfalar Aşağı Mesopotamiyanı mənimsəyirlər. Bu ərazidə sün’i suvarmaya keçilməsi nəticəsində iqtisadi inkişaf daha sür’ətli addımlarla irəliləyir. Suvarma əkinçiliyinin meydana çıxması ona səbəb oldu ki, ibtidai cəmiyyətin dağılması, quldarlıq quruluşunun yaranması istehsal təsərrüfatının ən qədim ocaqlarında (Zaqros dağlarında, Mesopotamiyadan şimal və şərq rayonlarında) deyil, Dəclə və Fəratın məhsuldar düzlərində baş verdi». (1; 115)
    Göründüyü kimi, qədim dünya tarixinin tədqiqatçıları Zaqroş ərazisini, sonralar Şumerdən geri qalsa da, «istehsal təsərrüfatının ən qədim ocağı» adlandırmışlar. Sonralar görəcəyimiz kimi, mağların fəaliyyəti də qədim Azərbaycan ərazisinin ətraf aləmdən daha qədim mədəniyyəti ilə seçildiyini sübut edir. Müəlliflər yenə yazırlar: «İkiçayarasının əhalisi etnik cəhətdən yekcins deyildi. Ölkənin məskunlaşması iki tərəfdən getmişdir. Şərqdən Dəclə və Fərat sahillərinə bu və ya digər bir dil ailəsinə aid edilməsi çətin olan bir dildə danışan şumerlər enmişlər, qərbdən və şimal-qərbdən Mesopotamiyaya sami tayfaları - akkadlar sıxlaşmışdır. Onların (sami tayfalarının - Q.K.) vətəni bütün faktlara əsasən Ərəbistan yarımadası və Şimali Afrika idi...» (1; 116-117)
    Deməli, İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. Bu hal təbii-tarixi prosesin siyasi mövqedən inkarından başqa bir şey deyildir.
    Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında), sonralar tədricən mağ sehr, cadu və duaları mürəkkəbləşmiş, yalnız kahinlər tərəfindən istifadə olunmuşdur. Kahinlər isə nəsli cəmiyyətin başçısı kimi en adlanmış, sonralar kahin-hökmdara - ensi’yə çevrilmişlər. Deməli, şumerlər hələ Zaqroş dağlarından gəlməmiş, magiyaya bələd olmuş, təsərrüfat inkişaf etdikcə qəbilə başçısı kahinə və hökmdara (en-ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm cəhət budur ki, şumer başçıları kimi, Azərbaycan ərazisində güclü bir tayfa olan mağların tayfa başçısı da ensi adlanmışdır.
    Şumerlər köçüb gəldikləri ərazi ilə əlaqələrini sonralar da kəsməmiş, tikinti şeylərini, xüsusilə meşə materiallarını İkiçayarasına gəldikləri dağlardan gətirməli olmuşlar.
    İkiçayarasında yeni gəlmələrlə birlikdə Uruk və Cəmdət-Nəsr mədəniyyəti yaradılmışdır. Uruk mədəniyyəti Ubeyddən xeyli fərqlənirdi. Əvvəl qabları qırmızı, qara və boz rənglə rəngləyirdilər. Uruk boz rəngli qablarına keçid bu yerlərə yeni etnosların gəlişi ilə əlaqələndirilir. B.Brentyes yeni etnosların Urmiya gölu hövzəsindən (Cənubi Azərbaycandan) gəldiyini qeyd etmişdir. (7; 47-48) Şumer-Akkad mənbələrinə hamıdan çox bələd olan A.Leo Oppenheym də onların şimal dağlarından - Babilistanın şərqində yerləşən Zaqroş dağlarından, indiki Cənubi Azərbaycan ərazilərindən enib gəldiyini və özləri ilə orada işlənən dillərdən birini gətirdiklərini qeyd etmişdir: «Şumer dilinin yeri linqvistik sistemdə hələ müəyyənləşdirilməyib. Ola bilər, bu dil tarixəqədərki dövrdə dağlardan (Zaqroş dağları nəzərdə tutulur - Q.K.) Aşağı Mesopotamiyaya enən xalqların danışdığı dillərdən biri olmuşdur». (11; 48)
    Bə’zi mənbələrdə akkad dilinin şumer dilini sıxışdırdığı göstərilir: «...II minilliyin əvvəlində sami dili şumerlərin qədim dilini tədricən sıxışdırmış, bütün ölkədə canlı istifadədən çıxarmışdı, şumer dili yalnız din və elm dili kimi ölü dil olaraq qalmışdı». (24; 98)
    Şumer dilinin ölü dilə çevrildiyini iddia etmək doğru deyildir. Şumerşünasların əksəriyyəti şumerlərin İkiçayarasına gəlmə olduqlarını qeyd etdikləri kimi, akkadların hücumundan sonra onların İkiçayarasını tərk etdiklərini də göstərmişlər. Şumer dili, şumer mədəniyyəti o qədər güclü olmuşdur ki, onlar İkiçayarasını tərk etdikdən iki min il sonraya qədər onların dili həmin ərazidə elm və din dili kimi işlənməli olmuşdur. Mesopotamiyada bu dilin canlı dil kimi tədricən sıradan çıxdığını iddia etmək olar. Lakin şumerlər hara getmişlərsə, öz dillərini də özləri ilə aparmış və yaşatmışlar: Şumer ədəbiyyat və mədəniyyətinin qədim Azərbaycan mədəniyyəti ilə üzvi əlaqəsini ortaya çıxarmaqda xüsusi rolu olan E.Əlibəyzadə də şumerlərin məğlubiyyətdən sonra İkiçayarasını elliklə tərk etdiklərini yazmışdır: «Şumerlər Babilistandan çəkilib getdikdən sonra belə, şumer dili «elm» dili idi, «müqəddəs din» və «ədəbiyyat dili» olaraq qalırdı.. Şumerlər Dəclə-Fəratı elliklə tərk etdikdən sonra belə, şumer dili Babilistanda din, elm və mədəniyyət dili sayılmışdı». (15; 60,61)
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Şumerlərin İkiçayarasını tərk etdikdən sonra hansı əraziyə üz tutduqları, harada məskunlaşdıqları barədə də müxtəlif fikirlər vardır. E.Əlibəyzadə yazır: «Akkadlarla müharibədə məğlubiyyətdən sonra, görünür, şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən, bir neçə min il sonra doğma «Ulubaba yurduna» - Mərkəzi Asiyanın dərinliklərinə və onun üstündən keçib Yaxın Şərqə çəkilmiş, öz «əcdad» torpaqlarına qayıtmışlar. Bu fikri Çindən ta Qara dənizədək əldə edilən zəngin maddi-mədəniyyətin Şumer mədəniyyəti ilə bir kökə, ana telə bağlı olduğu da təsdiq edir»... (15;65) Bu fikirlərdə mübahisəli cəhətlər də vardır. Burada «Yaxın Şərq» sözləri, yəqin ki, mexaniki işlənmiş, yaxud da müəllif şumerlərin yenidən Yaxın Şərqə - Ön Asiyaya qayıtdığını demək istəmişdir. Müəllif Mərkəzi Asiyanı ona görə şumerlərin ata-baba yurdu sayır ki, bir çox başqaları kimi, o da Altayı türklərin beşiyi hesab edir. Onu da qeyd etməliyik ki, şumerlər İkiçayarasını elliklə tərk etməmişlər. Bir qədər şərqdə Kərkük, Ərbil əhalisi onların varisləridir.
    İkiçayarası mədəniyyəti şumerlərdən sonra daha çox akkadlarla bağlıdır. Şumerlərin ardınca yüksək mədəniyyət nümunələri yaradan akkadların özləri də dil cəhətdən fərqlənmişlər. Assur və babil dillərini eyni statusa malik sami dilləri hesab edən assirioloqlar hətta həmin dillərin özlərinin də üç mərhələ keçdiklərini söyləmişlər: «Onlar (assirioloqlar - Q.K.) tə’kid edirlər ki, hər iki dialekt - babil və assur dialektləri öz statusuna görə bərabərdir və hər ikisi üçün üçüzvlü bölgü qəbul edilməlidir: qədim, orta və yeni assur dili və qədim, orta, yeni babil dili». (11; 53-54) Bunlar göstərir ki, şumer dilini dünyaya düşmüş yeganə dil hesab etmək son dərəcə sadəlövh təsəvvürə malik olmaqdır. Şumerlər türk protodilinin parçalanması əsasında yaranan dillərdən biri idi. Akkadların bir-birindən necə fərqləndiyini göstərən faktlar şumerlərin də bir ailənin öz abidələri ilə böyük iz qoymuş bir qolu olduğuna şübhə yeri qoymur. Şumerlər öz yaxın qohumları içərisində və uzaq qohumlar arasında daha böyük sür’ətlə və daha erkən qabağa çıxan mədəniyyətin sahibləri olmuşlar. «Protoakkadlar erkən sami dillərindən birində danışdıqları kimi, şumerlər də özlərini rayonun bir neçə etnik qruplarından ancaq biri kimi göstərirdi. Bütün bu elementlərin birliyi Mesopotamiya mədəniyyətinin meydana çıxmasına gətirdi. Həqiqətən, o, çox qısa müddətdə meydana çıxdı və üç min ildən artıq bir müddətdə böyük və ya kiçik dəyişikliklərə mə’ruz qaldı, qonşu mədəniyyətlərə güclü tə’sir göstərdi və onları cavab reaksiyalarına səslədi». (11; 48)
    Şumerlər e.ə.2000-ci ilə qədər Mesopotamiyada olmuş, hətta müstəqilliklərini itirdikdən sonra da xeyli müddət akkadlarla və kutilərlə birgə yaşamışlar. Şumerlərin bundan sonrakı taleyi qaranlıqdır. Onlar ölkəni tərk etmişlərsə, bundan sonra tərk etmişlər. Ola bilər, müstəqilliyin itirildiyi ilk gündən - Akkad hakimiyyətinin əvvəlindən də şumerlərin bir qismi ölkəni tərk etmişdir. Lakin onların hakimiyyəti yenidən ələ alması, III Ur sülaləsini yaratmaları göstərir ki, onlar uzun müddət İkiçayarasını tərk etməmişlər. E.ə.I minilliyin sonlarına qədər şumer dilindən istifadə edilməsi də təsadüfi deyildir: «Akkad dili şumer dilini sıxışdırmaqda və, hər halda, onunla əməkdaşlıq etməkdə və onun işlənməsini həyatın müəyyən sahələrində, ədəbiyyatın spesifik janrlarında və s. məhdudlaşdırmaqda davam etmişdir. Qədim babil dilinin son rübündə şumer mətnlərinin, həm də o mətnlər ki, onlar bu vaxta qədər yalnız şumer dilində saxlanmışdı, onların tərcüməsi dayandırılır...» (11; 51)
    Bizim üçün aydındır ki, şumerlərin Mərkəzi Asiyaya köçünü türk istəyi ilə izah edirlər. Əgər III minilliyin sonlarında onlar İkiçayarasından çıxaraq Mərkəzi Asiyaya üz tutmuşlarsa, nə üçün Mərkəzi Asiyada mixi yazılara təsadüf edilmir, öz yazılarını nə üçün heç olmasa II, I minilliklər ərzində o yerlərdə davam etdirməmişlər? Halbuki Yaxın Şərqdə mixi yazılar elamlar, akkadlar, assurlar, hetitlər, biaynlar tərəfindən mənimsənilmiş və işlədilmişdir. Bütün bunlar göstərir ki, şumerlər Mərkəzi Asiyadan gəlməmişlər və o yerlərə getməmişlər. İkiçayarası lazım idisə, onları Kür-Araz ovalığı da tə’min edə bilərdi. Şumerlər Yaxın Şərqin öz övladlarıdır. Yaxın Şərqə yayılmış əhali Azıxdan çıxmışdır. O dövrdə əhali o qədər də sıx deyildi ki, İkiçayarasını tərk edən şumerlər Tyan-Şana qədər uzaq bir yol keçsinlər. İrandillilər indiki İran yaylasına e.ə.VIII əsrdə gəlmişlər. Bundan min beş yüz il əvvəl şumerlər İkiçayarasının şərqində özlərinə daha asan yurd-yuva tapa bilərdilər və onların əcdad yurdu, Şumer dastanlarından aydın olduğu kimi, elə bu yerlər - qədim Aratta əraziləri idi. Qaldı, türkləri Orta Asiyada yerləşdirmək və şumerləri onların babası saymaq məsələsinə, Orta Asiya türklərinin inkişaf yolu, tarixi təkamülü üçün bunun heç bir əhəmiyyəti yoxdur. Şumerlərlə eyni vaxtda Mərkəzi Asiya ərazisində Şumer mədəniyyəti tipli mədəniyyətin olması o deməkdir ki, Şumerlər İkiçayarasında məskunlaşmazdan çox-çox əvvəl türklər Mərkəzi Asiyada da yerləşmişdilər - mezolitdə. Onların sonrakı dövrlərdə - miladın birinci minilliyində Yaxın Şərqə, xüsusilə Azərbaycan ərazilərinə geri qayıdışları tarixi faktlarla sübut olunur.
    İ.M.Dyakonov şumerlərin taleyini daha yanlış düşünmüşdür: «Baxmayaraq ki, şumer dili sami-akkadlar tərəfindən sıxışdırıldı, lakin bir xalqın başqası tərəfindən fiziki sıxışdırılması baş vermədi; antropoloji tip dəyişmədi, mədəniyyətdə elə bir əsaslı dəyişiklik olmadı... Mahiyyət e’tibarilə sonrakı babillilər elə həmin şumerlər idi... lakin dillərini dəyişmişdilər». (9; 37)
    Müəllif düzgün qeyd edir ki, akkadların gəlişindən sonra bir xalqın başqası tərəfindən fiziki məhvi baş verməyib. Lakin şumer dilinin akkad dili tərəfindən məhv edilməsi fikri doğru deyil. Eyni zamanda sonrakı babilliləri dillərini dəyişmiş şumerlər hesab etmək daha yanlış fikirdir. Ola bilər ki, həqiqətən əlsiz-ayaqsız şumerlərdən Babildə qalanlar tədricən dillərini dəyişib bu xalqa qarışmışlar, lakin yüksək mədəniyyət yaratmış şumerlər akkadların tabeliyi altında özlərini məhv edə bilməzdilər və heç şübhə yoxdur ki, onlar istilaçıların hakimiyyətinə dözməyərək şərqə, İran yaylasının şimal-qərbinə, Azərbaycan ərazilərinə - İkiçayarasına enməzdən əvvəl yaşadıqları öz qədim vətənlərinə çəkilmişlər.
    Şumerlərin İkiçayarası ərazilərdən şərqə və hətta bəlkə uzaq Sibirə yayılmaları barədə də fikir vardır: «Mənə belə gəlir ki, şumerlər öz heroqliflərini - kur, kir (dağ-torpaq) «ölkə» mə’nasında işlətdikləri kimi, prototürklər bu işarəni («dağ-torpaq» işarəsini - Q.K.) azacıq dəyişərək, «ölkə» mə’nasında «sub-yer» (su-yer) adlandırmışlar. Sonralar bu işarə ümumxalq gerbinə (tamğa, damqa) çevrilmişdir. Qədim türklər Mesopotamiyanı kütləvi surətdə tərk etdikdən sonra (müəllif «qədim türklər» dedikdə şumerləri nəzərdə tutur; fərqləndirmə bizimdir - Q.K.) ana yurd obrazını bu işarədə yaşatmış və sonrakı nəsillərə bu işarə ilə təsvir etmişlər: Sulu-sucaqlı Sub-yer! Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman bu ad altında (Sub-yer, yaxud Sub-yir) tanımışlar. Onların qəbirlərini (kurqanları) suber (subir) adlandırmışlar və bu ən’ənə rus köçkünləri zamanına qədər yaşamışdır. Tobol quberniyasında çud qəbirlərinin sıvır xalqına məxsus olduğu güman edilir. Patkanovun fikrincə, Sibir şəhərinin adı bu terminlə bağlıdır, çünki bu yerlərdə sıvırların qəbirləri olmuşdur. Sonralar bütün bu ərazi Sibir adlandırılmışdır». (9; 215)
    Bu sözlərdə biz də həqiqət görürük. Lakin O.Süleymenovun qeyd etdiyi bu türklər bilavasitə şumerlər deyil, onların bir qolu olan və İkiçayarasının şimal ərazilərində yaşayan Subirlərdir. Bunlar axıra qədər öz adlarını Subir, Suber, Savar, Suvar, Savir və s. şəkillərdə saxlamışlar. Sonralar görəcəyik ki, daha çox VI əsrdə şərqdən Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar da bu Subirlərdir.
    Şumerlərin babillilər içərisində əridiyini heç bir məntiqlə əsaslandırmaq olmaz.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Şumerlər və qədim Azərbaycan
    Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən - neolit dövründən (e.ə.VII -VI minilliklər) başlamışdı. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur. Belə ki Naxçıvanın I Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmışdır. Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Ubeyd ( bir sıra əsərlərdə bu söz Obeyd kimi də verilir - Q.K.) mədəniyyəti materiallarında öz əksini tapmışdır. Ubeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzun müddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Ubeyd təbəqələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə me’marlıq formaları, dulusçuluq kürələri, dulus mə’mulatı bu ərazidə əsrlərlə davam edən yerli əlamətlərdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyadan, məsələn, 3-cü Yarımtəpə Ubeyd yaşayış yerində eynilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur». (5; 100) Azıx mağarasının bəşərin təşəkkülündə rolunu və digər tərəfdən, şumerlərin İkiçayarasına Azərbaycan ərazilərindən getdiyini nəzərə aldıqda əksinə düşünmək daha düz olar (tarixçilər bunu nəzərə almalıdır) və hər iki halda əlaqələr göz önündədir, hər iki ərazi əhalisinin bir kökdən olması inamı daha güclüdür. Bu əlaqələr yaşayış düşərgələrindən, qəbirlərdən tapılan maddi materiallarla da təsdiq olunur. Aydın olur ki, Xankəndi qənşərindəki bir kurqandan «...ölünün başı altında, öz formasına görə Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən hazırlanmış sırğa tapılmışdır». (5;115)
    Şimali Qafqaz və Şərqi Avropa ilə Mesopotamiya arasında ticarət əlaqələri yaradan yollar Azərbaycan ərazisindən keçirdi. »Görünür, yaranmış belə yollar vasitəsilə Şimali Qafqaza parlaq zərgərlik sənəti məhsulu olan çoxlu miqdarda mə’mulat, Mesopotamiyadan qızıl və gümüş əşyalar... daxil olurdu». (5; 114-115) Azərbaycanın bə’zi şimal rayonlarında (Xanlar, Oğuz, Qəbələ və s.) ölülərin yandırılması müəyyən edilmişdir. «Maraqlıdır ki, Qafqazın başqa rayonlarında belə dəfn adəti yayılmamışdı. İraqı (Mesopotamiya ərazisini - Q.K.) çıxmaq şərtilə qədim Şərq ölkələrində də bu adət mə’lum deyil». (5; 116)
    Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək) Şumer - Azərbaycan əlaqələri daha da genişlənir. «Həmin tarixi mərhələdə Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış tayfaların adları və s. haqqında ilkin mə’lumatlar verir». (5; 119) Kutilər, lullubilər, hurrilər haqqında ilk mə’lumata bu mənbələrdə rast gəlirik. Şumer - Azərbaycan əlaqələri əvvəlki minilliklərdə daha xoş olmuşdur, bu iki ərazinin əhalisi arasında aşkar şəkildə dostluq və qardaşlıq münasibətləri hiss olunur. «...şumer belə hesab edirdi ki, sağda xoşbəxt və dost ölkələr, solda əzazil və düşmən ölkələrdir». (1; 145) «Sağ» və «sol» dedikdə şərq və qərb nəzərdə tutulurdu. Şərqdə lullular, kutilər, kasslar, solda samilər idi.
    Akkadların İkiçayarasını işğalından sonra bu münasibətlərdə dəyişiklik əmələ gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası münasibətlərindən danışarkən (onları «düzənlik əhalisi» və «dağlılar» deyə fərqləndirməklə) Oppenheym yazır: «Ancaq çox nadir hallarda dağ əhalisi ilə əlaqələr mehriban xarakterdə olurdu. Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın). (11; 38)
    __________________
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Bu sözlər bir neçə məsələni aydınlaşdırmağa ikan verir. Əvvələn, bu dövr Babil hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ əhalisi - lullubilər ərazi e’tibarilə çox yaxındır, münasibətlər yaxşı olsa, dağlar İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi - lullubilər və kaslar (kassilər) da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri, əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər e.ə.I minillikdən tez Azərbaycan ərazisində dövlət tanımırlar). Və nəhayət, münasibətlərə En-Merkarın dövründən qalmış ən’ənələrin də müsbət tə’siri vardır (bu barədə bir qədər sonra danışılacaqdır).

    Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami tayfalarından olan akkadlar yaşayırdılar. Akkadlar fərqli şivələrdə danışırdılar. Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir.
    İkiçayarasına yaxın mövqedə - Cənubi Azərbaycanın qərbində kuti tayfaları məskunlaşmışdı. Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda - Cənubi Azərbaycan ərazisində lullubilər yaşayırdılar. Lullubi hakimi Anubanini öz hakimiyyətini Zaqroş dağlarına qədər genişləndirmişdi. Kutilərin və lulluların bir qismi III minilliyin əvvəlindən İkiçayarasında da məskunlaşmışdılar. Oppenheym yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər... Qaya üzərində tapılmış İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya ilə əlaqəni müdafiə edirdilər». (11; 378)
    Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi. E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu - həqiqi, qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50 Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti yaranır. (7; 76-78) Akkad şəhərini də o saldırmışdır. Onun nəvəsi Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli olur. Şarkalişarrinin (e.ə. 2200-2175 ) dövründə kutilər, elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə altında qoyur. Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21 kuti hökmdar adı mə’lumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». (11; 377)
    Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi tə’yin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır.
    III Ur sülaləsinin ləğvindən sonra Şumer ərazisində İsin, Larsa, Mari, Babil, Eşuppa kimi şəhər dövlətləri yüksəlməyə başlayır. Babil şəhəri (bab-ili - allahın qapısı; yunanlar Vavilion deyirdilər) daha da güclənir, İkiçayarasının siyasi həyatında mühüm rol oynayan Babilistan dövləti (e.ə. 1894-1595) yaranır. Dövlətin banisi Sumuabum (e.ə. 1894-1881) idi. Babillilər amori - sami tayfaları idilər.
    Hələ e.ə.XVIII əsrin ortalarından Azərbaycanın qədim və güclü tayfalarından olan kassi (kaşşu, yunanlar kassi, kissi, kosoy deyirdilər) tayfası Babilistanın işğalına çalışır. 1742-ci ildə kassi hökmdarı Qandaş Babilistana hücum etsə də, bir nəticə hasil olmur. Nəhayət, onlar 1595-ci ildə Babili işğal edərək 1155-ci ilə kimi - 500 ilə qədər burada hökmranlıq etmişlər. II Aqum (e.ə. 1595-1571 ) özünü «Kassilərin, akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı, kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah edilir.) (7; 104) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də kassi allahları Şumaliya və Şukamunaya ithaf edilirdi. Kassi hökmdarları Misir fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin (e.ə.1374-1360) məktubları tapılmışdır. II Burna-Buriaşın (e.ə.1360-1335) Misir fironu Exnatona məktubları qalmışdır. Babilistan-Kassi hökmdarı III Kaştiliaşın vaxtında (e.ə.1230-1223) Assur hökmdarı I Tukulti-Ninurta (e.ə.1244-1208) Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür. Lakin Tukulti-Ninurta sui-qəsdlə öldürüldükdən sonra Babildə yenidən yüksəliş başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700-1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad adı daşıdığı qeyd edilir. (11; 60,377)
    Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Qazıntılar və Şumer-Akkad rəvayətləri «Ümumdünya daşqını» deyilən daşqının olduğunu təsdiq edir. Şumer rəvayətinə görə, Yer üzərində insanlar hədsiz çoxalır. İnsanlar arasında olan naqis cəhətlərdən allahlar qəzəblənir və daşqınla onların kökünü kəsməyi qərara alırlar. Bu əhvalatı «Gilqamış» dastanının qəhrəmanı Gilqamışa Utnapiştim belə danışır:
    Sənin tanıdığın, Fərat çayının sahilində yerləşən Şuruppak şəhəri qədim şəhərdir, allahlar orada yaşayırlar. Böyük allahların qəzəbi ora gətirdi ki, onlar daşqın yaratmağı qərara aldılar; onların arasında ata Anu, onların məsləhətçisi, yenilməz Enlil, onların havadarı Ninurta, onların hakimi Ennuqi də vardı. Müdriklik allahı Ea onlarla söhbət etdi və onların qərarını qamış dəyəyə (daxmaya) söylədi: «Dəyə, dəyə! Divar, divar! Dəyə, eşit! Divar, başa düş! Şuruppak əhli, Ubar-tutunun oğlu, evini məhv elə, gəmi düzəlt, var-dövləti tərk elə, həyat axtar, şeylərə nifrət et, ürəyini (canını) yaşat. Gəmiyə bütün canlı varlıqlardan toxumluq yüklə. Qoy düzəltdiyin gəmi onun ölçüsünə uyğun olsun, qoy onun eni ilə uzunu bir-birinə uyğun olsun. Okeanda onun üstünü bağla.» (12; 264)
    Allah Ea allahların daşqın törədəcəyi xəbərini bu cür gizli şəkildə insanlara çatdırır - Ziusudra (akkad. Utnapiştim/Uqnapiştim) adlı dindar hakimə xəbər verir. Ziusudra (Utnapiştim) iri gəmi düzəltdirir, ailəsini, heyvan və quşlardan nümunələr yığır gəmiyə. Tufan başlayır, su, rəvayətə görə, 8 metr hündürlüyə qalxır. 6 gün 6 gecə külək, daşqın, fırtına ara vermir. 7-ci gün fırtına sakitləşir. Bəşəriyyət məhv olmuş, gilə qarışmışdır. Ubar-tutu oğlunun gəmisi Nisir (Kinipa) dağının təpəsində ilişib qalmışdır. Hər tərəf sudur. Dağ gəmini buraxmır. İştarın köməyi ilə gəmi xilas olur. Allahlar tökülüşüb gəlirlər öz qurbanlarının yanına. İştar deyir: «Allahlar... mən öz boynumdakı mavi cəhənnəm daşını qoy unutmayım, bu günləri mən unutmaram, mən onları əsrlərlə unutmaram! Qoy allahlar gəlib mənim mədhlərimi eşitsinlər, ancaq Enlil bura gəlməsin, çünki o, məsləhətləşmədən daşqın yaratmış və mənim adamlarımı məhvə məhkum etmişdir». (12; 265) Lakin Enlil də gəlir. O, sağ qalanlar olduğunu görüb qəzəblənir. O zaman Ea ona deyir: «Sən allahlar arasında ən müdrikisən, qəhrəmansan! Sən necə, necə məsləhətləşmədən daşqın yaratdın? Günahkarın günahını öz üstünə qoy, cinayətkarın cinayətini öz üstünə qoy, amma yazığın gəlsin, bütün bəşəri məhv etmək olmaz». (12; 265)
    Ziusudranın gəmisi Nisir (Kinipa) dağı ətrafında xilas olur. Allahlar onlara əbədi həyat verir. Gəminin xilas olduğu yer - Kinipa (Nisir) dağı bizim Manna ərazisindədir.
    İngilis arxeoloqu Leonard Vulli Ur şəhərinin yerində apardığı qazıntılar zamanı (1922-1934) 18 metr hündürlükdə mə’bəd xarabalığı aşkar etmişdir. Məbədin bünövrəsi e.ə.IV minilliyin ortalarına aid təbəqəni təşkil edir. Bu təbəqədən aşağı 3 metr qalınlığında qum, lil və daşlardan ibarət təbəqə, sonra yenə mədəni təbəqə aşkar edilmişdir. Ərazidə bir neçə yerdə bu cür təbəqələr müşahidə olunmuşdur. Bu göstərir ki, Ubeyd dövründə, bəlkə də ondan əvvəl bu yerlərdə Dəclə və Fərat çaylarının daşması nəticəsində böyük fəlakət olmuş, çoxlu insan tələfatı baş vermişdir. Bu mə’lumat ubeydlərdən şumerlərə çatmış, sonralar «Nuh daşqını» adı ilə Tövrata və Qurana da düşmüşdür. Lakin bu kitablardan daha əvvəl Nuh tufanı barədə mə’lumat «Bilqamıs» dastanında verilmişdir. Tarixi şəxsiyyət hesab olunan (təqr.e.ə.2800-2700-cü illər arası) Bilqamısın təsviri prosesində təhkiyəçi deyir:
    O hər sirri bilərdi, o hər şeyi görərdi,
    Yeri su basmasından bizə xəbər verərdi.
    Şumerlərin gil lövhələrdə Daşqın haqqında mə’lumatını ilk dəfə ingilis alimi Corc Smit oxumuşdur. Şumer yazılarında daşqın təsdiq edilir: eger a-ma-ru ba-ur-ra-ta İnanna nin-kur-kur-ra-ke... a-nam-til-la-ka mu-un-ne-sud-sud ‘posle toqo, kak navodnenie konçilosğ, İnanna, vladıçiüa vsex stran... vodu jizni im izlila’ - daşqın qurtaran kimi bütün ölkələrin hakimi İnanna ...suyu onların həyatından kənar etdi.
    Nuh (Noy) - Adəm və Həvvanın nəslindən sayılır, o, tufan zamanı böyük fədakarlıqlar göstərmişdir. Yuxarıdakı qeydlərdən göründüyü kimi, «Bilqamıs» dastanında onun adı Ubar Tutunun oğlu Utnapiştim şəklində işlənmişdir.
    Nuh daşqını qədim dünyanı daim məşğul etmiş, tarixi hadisələrin vaxtını çox zaman həmin daşqının vaxtı ilə müəyyən etməyə çalışmışlar. Alman alimi F.Deliç göstərir ki,» babillilər öz tarixlərini iki böyük dövrə - Daşqınaqədərki və daşqından sonrakı dövrə bölürlər; bu Daşqın bütün böyük çayların dənizə tərəf yön aldığı və zəlzələli, qasırğalı və ya ildırım kimi axıntılı, xüsusi növ dəhşətli bir tufan olmuşdur».(13; 14-15)
    Nuh tufanı haqqında Bibliyada verilən mə’lumat da şumerlərdən alınmışdır: «...tufan barədə Babil mifinin özü də əslində ilk Şumer qaynağından götürülmədir».(14; 175)
    Nuhun gəmisi, dediyimiz kimi, Cənubi Azərbaycan ərazisindəki Kinipa dağının ətəklərində xilas olmuş, ilk dəfə o yerlərdə torpaq görmüş və gəmidəkilər sahilə çıxa bilmişlər. Nuh tufanı ilə bağlı əlamət və miflər Şimali Azərbaycan ərazilərində də geniş yayılmışdır: «Xalqımızın yaddaşında hələ çox qədim zamanlardan «Nuh peyğəmbər», «Nuh tufanı», «Nuh gəmisi» anlayışları var. İndinin özündə Naxçıvan ərazisində «Gəmiqaya» adlı bir dağ yad edilir. Bunlar çox söz deyir və bu məzmunun, bu təsəvvürün bizim üçün doğma olduğuna, məhz Şumer əcdadlarımızdan keçib gəldiyinə şübhə yeri qoymur...» (15; 146)
    El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağlarına verilən ad da Nuhla əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür. Son ümid Dik daşdır, oğlan çətinliklə Dik daşın üzərinə qalxır. Bir neçə gündən sonra su yatmağa başlayır. Bu zaman bir qoca oğlana yanaşır. Bu, Nuh babadır. O, oğlanı Dik daşın üzərindən endirir, onun sağ qalmasına təəccüb edir. Gəzdiyi yerlərdən yalnız burada canlıya, diriyə rast gəldiyi üçün qoca bu dağa «Diri» adı verir (diri - tir - yaşamaq, tiriq - canlı, diri sözləridir.10; 562) Nuhun gəmisi geri qayıdarkən qoca öz nəvəsi Sənəmi oğlana verir. Mazan böyüyüb güclü bir pəhləvan olur. Sənəmlə evlənir, oğul-uşaqları olur. Sonralar el sənətkarı Qurbani də bu nəsildən yaranır.
    Diri dağının döşündə Mazan nənənin qəbri indi də durur. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı saymışdır. (44; 214) Onu da qeyd edək ki, bu əfsanə ilə bağlı Dik daşın, nənənin çörək taxtası, kündələri və s.-in Diri dağının döşündə daşa dönmüş şəkildə qalmaqda olduğu barədə də əfsanələr vardır.
    Diri dağının ətəyində yerləşən balaca Xələfli kəndinin sakini Bilal Fərəc oğlu (özünü Qurbaninin nəslindən sayır) bu əfsanəni nəzmə çəkmişdir. Nümunə üçün bir neçə misrasını qeyd edirik:
    Möhtəşəm bir qaya vardır Diri dağın zirvəsində,
    O zirvədə qartallardı ucalığın zirvəsində.
    Bu, Dik daşdır, vüqarı var, bir igidi xatırladır...
    Diri dağ ətrafı qalın meşəlik,
    Meşədə heyvanlar, qayada kəklik...
    Meşəlik, qayalıq arasında kənd,
    Keçilməz qayalar bu kəndə bir bənd.
    Burda göy otlaqlar, dumduru sular,
    Burda meyvələrdən sanki bal damar.
    İlin gümrah vaxtı bahar ayıdır,
    İşə sübhdən gedən gecə qayıdır.
    Nuhun dövrü imiş bu vaxt, bu dövran,
    Fəlakət baş vermiş, qırılmış insan.
    Nuh tufanı adlı tufan başlamış,
    Sular ərşə qalxıb dağları aşmış... (45; 78)
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Nuhun gəmisinin qonşu Naxçıvan ərazisində daşqın zamanı bir sıra dağlara yan aldığı və Nuhun onlara Ağrıdağ, İnandağ, Kəmki, Gəmiqaya adlarını verdiyi barədə «Nuhun tufanı» adlı əfsanə də bu cəhətdən maraqlıdır. (bax: 16; 66-69)
    Daşqın haqqında hind əfsanəsi də vardır. Əfsanə e.ə. I əsrdə Vedaların kommentariyasında qeydə alınmışdır. Manu su götürüb əlini yumaq istərkən əlinə bir balıq düşür. Balıq deyir: «Məni böyüt, səni xilas edərəm». «Sən məni nədən xilas edəcəksən?» - deyə soruşduqda balıq cavab verir: «Bütün canlıları daşqın aparacaq, səni ondan xilas edərəm». Manu balığı böyüdür, dənizə atır. Balıq bir gəmi qayırıb daşqın, tufan günü gəmiyə girməyi tapşırır. Daşqın başlayır. Balıq gəlib gəmini yedəyinə alıb şimal dağlarına çatdırır, dağı göstərib deyir: «Budur, mən səni xilas etdim. İndi gəmini ağaca bağla ki, su səni aparmasın. Hələlik sən dağın başında olacaqsan. Su yatmağa başlayanda tədricən (aşağılara) düşə bilərsən».
    İndi həmin dağ «Manu enişi» adlanır. Daşqın bütün canlıları aparmış, yalnız Manu qalmışdır. (12; 382-383) («Mahabharata» - «Bharat nəslinin böyük döyüşü haqqında povest» 18 kitabdan, 90 min beytdən ibarətdir və e.ə. I minilliyin 2-ci yarısında bir neçə əsr ərzində yaranmışdır.)
    Şumer mətnləri çox rəngarəng məsələləri əhatə edir: inzibati aktlar (Ur, Uruk şəhərlərinin, III Ur sülaləsinin nəhəng arxivi, Nippur, Laqaş, Drehem və Coxa sənədləri), çar yazıları (xüsusilə Laqaş şəhərində tapılmış yazılar), ədəbi əsərlər - himnlər, ağılar, andlar, dualar, məhkəmə qanunları, məsəllər və miflər... Yaxşı cəhət budur ki, çar yazıları həm akkad, həm də şumer dilində yazılmışdır. «O dövrün zəngin ədəbiyyatı tam şəkildə bir xeyli informasiya vermək imkanına malikdir...» (11; 50) Bu cəhətdən Şumer qəhrəmanlıq dastanları xüsusi əhəmiyyətə malikdir.
    Qədim şumerlərin yaratdığı doqquz qəhrəmanlıq dastanı mə’lumdur. Bu dastanların çoxu qədim Azərbaycan dövləti Aratta ilə bağlıdır. Dastan qəhrəmanlarının bir qismi - En-Merkar, Luqalbanda və Bilqamıs tarixi şəxsiyyətlərdir.
    «Bilqamıs» dastanı sonralar yaranmış türk dastanları ilə sıx bağlıdır. Dastanın qəhrəmanının adı sonrakı türk dastanlarının bir sıra qəhrəmanlarının adları ilə eyni quruluşludur.
    Dastanın əsas qəhrəmanının adı müxtəlif variantlarda qeyd olunur: Bilqamıs/Bilgəmis/Bilqamış/Bilqameş və ya Gilqamıs /Gilqamış/ Gilqameş. Bu adla qədim türk qəhrəmanlarının adları - Alpamıs/Alpamış (özbəklərdə), Buğrancı oğlu İlalmış/İlalmıs, Tərsuzamış/Tərsuzamıs («Dədə Qorqud kitabı»nda) adları arasında oxşarlıq və ahəngdar səslənmə təsadüfi olmayıb, bu qəhrəmanların bir mə’nəvi telə bağlılığına, «qardaşlığına», bir ana kökdən çıxdığına, bir qaynaqdan gəldiyinə şahidlik edir. (15; 75) E.Əlibəyzadə yazır: «Təkcə «Bilqamıs» dastanında özünü göstərən başqa mə’nəvi keyfiyyətlər bir yana, üç mühüm amil - dil, el - dövlət (Uruk), inam (Tənqri/Tanrı) Şumer və müasir türk xalqlarının bir kökə bağlı olduğu fikrini söyləməyə əsas verir. Belə bir səsləşməni, beş min illik bir vaxtı, məsafəni keçib gələn və dəyişməyən üç mühüm mə’nəvi amili dünya xalqlarının heç birində tapmaq mümkün deyil». (15; 76)
    Dastanlardan biri «En-Merkar və Arattanın ali kahini» («En-Merkar i verxovnıy jreü Arattı») adlanır. Başqa dastanlara nisbətən bu dastan daha yaxşı qalmışdır. Dastanı Şumer dilindən S.N.Kramer tərcümə etmişdir. Dastanın əsas qəhrəmanı En-Merkardır. O, mifik qəhrəman sayılsa da, Şumerlərin çar siyahısında adı vardır. (11; 387; 12; 258-276) Dastanda Uruk hökmdarı ilə Aratta hökmdarı, Uruk şəhər dövləti ilə Aratta dövləti arasındakı münasibətlərdən bəhs edilir. Hadisələr e.ə. III minilliyin 1-ci yarısına aiddir. Uruk hökmdarı En-Merkar Arattanı özünə tabe etmək istəyir, bunun üçün ilahə İnannanın gücündən istifadə etməyə çalışır və ona müraciət edir: «...O zaman baş kahin, Zamuş ölkəsindən İnannanın işıqlı ürəyi ilə seçilmiş allah Utunun oğlu En-Merkar öz ağasına, mehriban hakimə, işıqlı İnannaya dua edir: «Mənim ağam İnanna, Uruk üçün (Arattanın adamları) qoy qızıl və gümüş işləyib hazırlasınlar, ...sənin yaşadığın işıqlı mənzil ziynətlənsin, onun içərisinə qurbanı mən gətirərəm! Aratta Uruka tabe olsun! Arattanın əhalisi öz dağlarının dağ daşını qoy gətirsinlər, qoy mənim üçün böyük mə’bəd tiksinlər, qoy böyük mə’bəd düzəltsinlər! Böyük mə’bədi, allahlar mə’bədini qoy işıqlı eləsinlər! Qoy Kulabada mənim ayinlərimi düzgün icra etsinlər!» (12; 269) Lakin Aratta hökmdarı (onun adı çəkilmir, en - ‘kahin-hökmdar’ adlandırılır) böyük ustalıqla ölkəsini müdafiə edir, En-Merkarla məsələni tarixdə ilk dəfə sülh yolu ilə həll edir, ona, onun ölkəsinə daş, lacivərd, qızıl, gümüş göndərir, əvəzində ondan taxıl alır. Bütün əlaqələr qasid vasitəsilə olur. Qasid «Qara dağı» aşır, yeddi dağı keçir, Aratta ölkəsinə gəlir və hökmdarının istəklərini Aratta kahininə çatdırır.
    Görünür, bu ölkələr əvvəllər yaxın qohumlar tərəfindən idarə olunan əyalətlər şəklində qurulmuş, daha güclü görünən bir mərkəzdən idarə olunmuşdur. İndi elə dövrdür ki, hər iki tərəf güclənmişdir, özlərini müstəqil dövlət kimi aparmaq istəyirlər. Lakin allahları yenə də birdir - Enlildir, İnannadır, İştardır... Ona görə də Uruk kahininin sifarişini eşitdikdə Arattanın baş kahini təəccüblənir və öz ağasına belə bir cavab aparmağı qasidə tapşırır: «Mən - ali kahin, (ilahə İnannanın) pak əli ilə tə’yin olunmuşam. Bütün əhalinin hökmdarı, müqəddəs İnanna Arattaya, pak mərasimlər ölkəsinə həqiqətdə məni gətirib. Arattanın qarşısındakı böyük dağlarda dəqiq şəkildə məni qapı qoyub. Aratta Uruka necə itaət edə bilər? Aratta Uruka itaət etməyəcək, de ona!»(12; 271)
    Onu da qeyd edək ki, Aratta hökmdarı «ali kahin» adlandırıldığı kimi, dastanda En-Merkar da ali kahin adlandırılır: «Ali kahin (yə’ni En-merkar) işıqlı İnannanı dinlədi». (12; 269) En-Merkar İnannaya dua etdikdən sonra İnanna ona məsləhətlər verir. Bu cəhət göstərir ki, Uruk və Aratta dövlətləri eyni tipli, eyni hüquqlu dövlətlərdir.
    Heç bir dastan yalnız uydurmalardan ibarət olmur, mütləq müəyyən tarixi izləri də mühafizə edib saxlayır. O cəhətdən bu dastanda maraqlı məsələlər vardır. Dastan çox aydın şəkildə uruklularla arattalıların bir kökdən olduqlarını, bir dildə danışdıqlarını göstərir. En-Merkar müdrik qasidi yenidən Aratta hökmdarının yanına göndərir və ona belə bir tapşırıq verir: «Böyük dağlardan keçib (Arattanın ali kahininə) tərəf get. Arattanın ali kahininə de və əlavə et: «...Nə vaxtsa ilan da yox idi, əqrəb də yox idi, goreşən də yox idi, şir də yox idi, it də yox idi, canavar da, qorxu da yox idi, dəhşət də, adamların rəqibi də yox idi. Həmin günlərdə şumerlərlə bir dildə danışan Şubur dağı və Hamazi vilayəti, böyük ən’ənələrin böyük dağları, hər bir şeyi olan Ur ölkəsi, təhlükəsizlikdə rahat ömür sürən Amurru ölkəsi - bütün əhali və Enlilə itaət edən bütün xalq bir dildə mədhiyyələr oxuyurdu». (12; 270) «Enlilə itaət edən bütün xalq» dedikdə Şumer əhalisi də, arattalılar da nəzərdə tutulur. Bu əsərdə Aratta əhalisi daim «pak mərasimlər ölkəsinin əhalisi» («lödi stranı çistıx obrədov») adlandırılır. Diqqət edilsə, dağ əhalisinin yerləşdiyi ərazidə Şubur dağı var. B-m keçidi ilə bu elə Şumer’dir.
    Y.B.Yusifov Arattanın indiki Cənubi Azərbaycan ərazisində yerləşdiyini və tarixdə izi qalmış ilk Azərbaycan dövləti olduğunu sübut etmişdir. Müəllif indiki Süleymaniyyə vilayətində Qaradağ yer adının qalmaqda olduğunu qeyd etməklə yanaşı, e.ə..VIII əsrdə II Sarqonun yeddi dağı aşıb, Aratta çayını keçib Mannaya daxil olduğunu göstərən qədim mənbə haqqında da mə’lumat vermişdir. Deməli, Aratta həm ölkənin, dövlətin adı, həm də indiki Cənubi Azərbaycan ərazisində çay adı olmuşdur. Y.B.Yusifovun belə bir mülahizəsi də var ki, ola bilər, II Sarqonla bağlı kitabədə abidə müəllifi «Aratta çayı» yox, sadəcə «Arattanın çayı» demək istəmişdir. (7; 125-127)
    Maraqlı cəhətdir ki, ətrafında o qədər şəhər dövlətləri ola-ola, En-Merkar nə üçün nisbətən aralıda yerləşən, yeddi dağ aşaraq mə’bəd tikintisi üçün ustalar gətirtməyə, daş gətirtməyə, mis, qızıl, gümüş gətirtməyə çalışdığı Arattaya müraciət edir? Həm də dastanda Arattaya hüsn-rəğbət var, ilahə İnanna onu daim qoruyur, Aratta hakimi hazırcavablığı və müdrikliyi ilə seçilir. Elə bil, bu dastan uruklular tərəfindən deyil, arattalılar tərəfindən yaradılmışdır. Hər halda, Uruk dövləti güclənmiş olsa da, Arattanı özündən asılı vəziyyətə salmağa çalışsa da, razılaşma və xoş münasibət aydın görünür. Bunlar göstərir ki, uruklularla arattalılar arasında etnogenetik əlaqələr, qohumluq əlaqələri vardır. En-Merkarın göndərdiyi qasid Aratta hökmdarına öz hökmdarının (En-Merkarın) sifarişini çatdırarkən «Sənin atan, mənim ağam məni sənin yanına göndərdi» (12; 270) deyir. Yaxud başqa bir dastanda Aratta hökmdarı En-Merkarı özünün böyük qardaşı sayır, bir ananın övladı olduqlarını bildirir: «Ana bətnində belə mən sənə tay deyildim»- deyir. Aratta və Uruk dövlətlərini əlaqələndirən bu dastandan bu cür xoş bir təəssürat qazanmaq olur.
    Digər bir şumer dastanı «Uruk və Aratta» adlandırılmışdır. Bu ad dastanın məzmunundan doğur. Aratta hökmdarı En-Sukuşsiranna Uruk hökmdarı En-Merkardan tələb edir ki, onun hakimiyyətini tanısın və ilahə İnannanın Arattaya köçürülməsinə imkan versin. En-Merkar Arattanın Uruka tabe olmalı olduğunu və allahların iradəsi ilə İnannanın Urukda qalacağını (söhbət İnannanın heykəlindən gedir) bildirir. Aratta hökmdarı öz köməkçisi kahin Ur-Qirnunnanı Uruku tabe etməyə göndərir. Kahin Uruka gəlib müqəddəs pəyəyə girir, inək və keçini dilə tutur ki, süd və qaymaq verməsinlər. Bunun nəticəsində Uruk pis vəziyyətə düşür. Bu zaman Nidaba ilahəsinin iki çobanı Aratta maşmaşı (vəziri) Ur-Qirnunnanı tutub öldürür. Aratta hökmdarı məcbur olub En-Merkarın yanına elçi göndərir və bu sözləri çatdırmağı tapşırır: «Ey sən, İnannanın istəklisi, təkcə sən şöhrətə layiqsən. ...Aşağı torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin arxanca gedirəm. Ana bətnində belə mən sənə tay deyildim, sən mənim böyük qardaşımsan (fərqləndirmələr bizimdir - Q.K.) Mən heç bir zaman sənə tay ola bilmərəm». Beləliklə, Aratta Urukdan asılı vəziyyətə düşür. Lakin bu asılılıq nisbi xarakterdə olub, daha çox dostluq, qardaşlıq əlaqələrinə əsaslanır.
    Dastandan aydın olur ki, Uruk və Aratta hakimləri qardaş olmuşlar, bir qarından doğulmuşlar. Və həm də Urukdan Arattaya qədər («aşağı torpaqlardan yuxarıya kimi») qardaş tayfanın ixtiyarında olmuş, lakin onlardan bu və ya digəri gücləndikcə qoruyucu ilahəni - İnannanı öz şəhərinə, öz ölkəsinə aparmağa çalışmış, öz üstünlüyünü o birinə tanıtmaq istəmişdir. Hər iki dastanda urukluların üstünlüyü nəzərə çarpır. Şumer mədəniyyətinin üstün mövqeyi, oradakı inkişaf Uruk və Aratta münasibətlərində özünü bu cür göstərir:
    Üçüncü dastan - «Luqalbanda və En-Merkar» dastanı Aratta ilə Urukun yaxınlıq, qohumluq əlaqələrini daha aydın göstərir. Dastandan aydın olur ki, indi Aratta ilahə İnannanın məskənidir. Urukun vəziyyəti isə pisdir. Martu (sami) tayfaları Uruku mühasirə etmişlər. En-Merkar uzaq səfərdən İmduqud quşunun köməyi ilə Uruka qayıdan Luqalbandanı Arattaya göndərir ki, İnannanı xəbərdar etsin və arattalılar köməyə gəlsinlər. Luqalbanda yeddi dağ aşaraq Arattaya çatır. Vəziyyəti ilahə İnannaya söyləyir. İnanna Uruku xilas etmək üçün məsləhətlər verir. Bu dastanda Aratta Urukun dar gündə köməyinə gələn müttəfiqi, yaxını, dostu kimi təsvir edilmişdir.
    «Luqalbanda və Hurrum» adlanan dördüncü dastanda En-Merkar Arattaya yürüş etmək istəyir. Lakin Hurrum ölkəsində (Aratta ilə Elam arasında) Luqalbanda xəstələnir. Onu ölmüş bilib Hurrum dağında qoyurlar. Luqalbanda iki gündən sonra allahların (Utu, İnanna, Sin) verdiyi «həyat yemi»,» həyat suyu» ilə sağalır. Dastanın ardı pozulmuş olduğundan səfərin sonu bilinmir.
    Qalan dastanlar Uruk və Kiş şəhər dövlətləri arasındakı mübarizədən («Gilqameş və Ata») və Uruk hökmdarı Gilqameşin macəralarından bəhs edən «Gilqameş» dastanlarıdır. Tarixçilər özləri də e’tiraf edirlər ki, «Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından təmasda olmuşlar». (7; 129) Lakin biz bu qənaətdəyik ki, şumerlər Arattanı özlərininki saymış, öz qardaşları hesab etmişlər. Şəhər dövlətləri (Uruk və Aratta) arasında dostluq, yaxınlıq, qardaşlıq münasibətləri ilə yanaşı, bu və ya digər dövlətin üstünlük iddiası ilə əlaqədar narazılıqlar da olmuşdur. Bütün bunlar ən qədim dövrlərdə Şumerin Arattadan ayrıldığını bir daha təsdiq edir. Aratta sakinlərindən fərqli olaraq, şumerlərin gəlmə olduqları və Azərbaycan ərazilərindən İkiçayarasına endikləri mə’lumdur. Son dövrlərdə qəbul edilmiş əsas fikir bundan ibarətdir ki, şumerlər İkiçayarasına Zaqroş zonasından - Arattadan keçmişlər: (bax: 1; 115)
    Arattalılarla şumerlərin qohumluğunu göstərən bir cəhət də onların eyni allahlara sitayiş etmələridir. Şumer allahı Dumuzi Arattaya da himayədarlıq edir. Şumerlərə məxsus bərəkət və məhəbbət ilahəsi İnanna (akkadlarda İştar) Arattanın da bərəkət və məhəbbət ilahəsidir. Urukun baş kahini En-Merkar İnannaya üz tutaraq arattalıların daş, ağac gətirərək Urukda parlaq bir mə’bəd tikmələrini, qızıl-gümüşlə bəzəmələrini arzulayır - İnanna orada əbədi rahatlıq tapsın. İnannanın heykəli Aratta mə’bədində də var. Aratta İnannanın da doğma evi hesab olunur. İnanna həm də «müdrik dağ xanımı» adlandırılır. Bunlar bir daha göstərir ki, şumerlərin əvvəlki məskəni dağlar olmuş, onlar İkiçayarasına dağlardan enmişlər. İnanna En-Merkara Arattaya qasid göndərməyi məsləhət görür. «Qoy qasid Suzdan, Anşandan keçsin, parıltılı dağları qalxsın, parıltılı dağları ensin, Arattanın baş kahininin yanına getsin». Qasid iki dövlət arasında geniş əlaqələr yaradır, axırda En-Merkar özü Arattaya gəlir. Şumer heyvandarlıq allahı, İnannanın sevgilisi Dumuzi (Tammuz) Arattanı da himayə edir və s.

    Beləliklə, şumer dastanları Şumer - Aratta qohumluğunu sübut edir. Bunun özü də böyük mənbədir. Lakin, şübhəsiz, bu iki xalqın dil qohumluğunun sübutu üçün yazılı materialların tədqiqi vacibdir. Bunun üçün şumer mixi yazılarının xüsusiyyətləri və oxunma vəziyyəti barədə mə’lumat almaq faydalı olardı.

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Mixi yazıların oxunması
    İnsanlar hələ neolit dövründən piktoqramlar - şəkli yazılar vasitəsilə öz fikirlərinin ifadəsinə çalışmışlar. Lakin piktoqramlarla yalnız fikrin mahiyyətini çatdırmaq mümkün idi, mürəkkəb fikirlərin dəqiq ifadəsi çətin idi, çünki piktoqramlarda dilin lüğət tərkibi və qrammatik quruluşu fəaliyyətdə deyildi. Ona görə də tədricən hər biri konkret bir anlayışın ifadəçisinə çevrilmiş ideoqramlar yaranmışdır. E.ə. 3200-3100-cü illərə aid çoxlu şumer ideoqramları tapılmışdır. Lakin bu cür yazı forması da rabitəli nitqi ifadə edə bilmirdi. Ona görə də ideoqramlardan loqoqramlara və sonra da fonoqramlara keçilməsi lazım gəlmişdir. Tədricən qrammatik formantların fonetik işarələrlə verilməsi güclənmişdir. «Ardıcıl olaraq qrammatik formantların verilməsi üçün fonetik işarələrin sayı artır və təqribən 2500-cü ildən (Laqaşda Eannatumun hakimiyyəti dövründən), demək olar ki, bütün qrammatik formalar və köməkçi sözlər söz sırası və qrammatik göstəricilərə əməl olunmaqla canlı dilə uyğun şəkildə ifadə edilir. Ancaq bu zaman mə’lumatların qrafik verilməsi həqiqi mə’nada yazı şəkli alır...» (9; 41-42)
    Bu cür yazı növü loqoqrafik-sillabik (söz-heca) yazı növü adlanır və daha e’tibarlı olub, istənilən mətnin düzgün verilməsinə kömək edir.
    Şumer dili tədqiqatçılar tərəfindən bir neçə inkişaf mərhələsinə ayrılır. İ.M.Dyakonov dövrləşdirməni aşağıdakı şəkildə aparmışdır:
    Arxaik dövr - e.ə.2800-2500-cü illər;
    Qədim şumer dili dövrü - e.ə.2500-2300-cü illər;
    Şumer dilinin keçid dövrü - e.ə.2300-2200-cü illər;
    Yeni şumer dili dövrü - e.ə.2200-2000-ci illər;
    Sonrakı şumer dili dövrü - e.ə.2000-ci ildən canlı şumer dilinin sonunadək olan dövr.
    E.ə.1600-cü ildən sonrakı dövr isə şumerdən sonrakı dövr hesab olunur. Şumer dili eramızın I əsrinədək elm və din dili kimi işlədilmişdir.(9; 44-46)
    İ.T.Kaneva tərəfindən bu dövrlər bir qədər də dəqiqləşdirilmiş, yazının və Şumer mətnlərinin xarakteristikası verilmişdir:
    1.Arxaik dövr (piktoqrafiya dövrü, qrammatik morfemlər qrafik ifadəsini tapmır. İşarələrin sırası yazıda onların oxunuşuna uyğun gəlmir) - protoyazı dövrü -e.ə.3000-2750-ci illər; bu dövrdə Şumer dili danışıq dili və rəsmi dil olmuşdur; bu dövrə aid təsərrüfat, hüquq və məktəb mətnləri qalmışdır;
    2.Qədim şumer dili dövrü (vacib qrammatik morfemlərin qrafik işarələri müşahidə olunur; Eannatumun hakimiyyətinə qədər (e.ə.2400-cü il) yazıda işarələrin sırası onların oxunuşuna uyğun gəlməyə bilir) - ilkin sülalələr dövrü - e.ə. 2750-2315-ci illər; Şumer dili danışıq dili və rəsmi dil kimi işlənmişdir; təsərrüfat, hüquq, tikinti mətnləri, şahlara həsr olunmuş mətnlər və ədəbi əsərlər qalmışdır;
    3.Keçid dövrü - Akkad sülaləsi dövrü - e.ə.2315-2200-cü illər; şumer dili akkad dili ilə yanaşı, danışıq və rəsmi dil kimi işlənmişdir (məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda); təsərrüfat və çar yazıları (çar yazıları çox vaxt iki dildə - akkad və şumer dillərindədir);
    4.Yeni şumer dili dövrü (yazılı mətn demək olar ki, bütün qrammatik morfemləri əks etdirir və canlı nitq axınına uyğun gəlir) - II Laqaş sülaləsi (e.ə.2136-2104-cü illər), III Ur sülaləsi (e.ə. 2100-2000-ci illər) dövrləri; şumer dili məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda rəsmi dil kimi işlənmişdir; saysız təsərrüfat yazıları, hüquq mətnləri, qanunlar, çar yazıları, ədəbi yazılar və s. qalmışdır;
    5.Daha gec yaranmış şumer mətnləri (mətnlər demək olar ki, nitqi tam əks etdirir; leksika və qrammatikada akkad dili tə’siri və qrammatik qüsurlar müşahidə olunur); I İssin sülaləsi (e.ə.2017 - 1794-cü illər), Larsa sülaləsi (e.ə.2025 - 1763-cü illər), I Babil sülaləsi (e.ə.1894-1749-cu illər) dövrləri; şumer dili yalnız məktəblərdə öyrənilir; ikidilli çar yazıları, şumer-akkad lüğətləri, leksik, qrammatik və terminoloji sorğular, əvvəlki dövrlərdə yaranmış ədəbi əsərlərin kopiyaları, üz köçürmələri və bu dövrdə yaranan ədəbi əsərlər, çar himnləri, akkad hüquq mətnlərində çoxlu şumer sözləri və s.;
    6. Şumerlərdən sonrakı dövr mənbələri (qrammatik səhvlər çox olduğundan bu mətnlər şumer dilinin qrammatikasını öyrənmək üçün əlverişli sayılmır) - e.ə.1749 - e.ə.II əsrlər; Şumer dili yalnız məktəblərdə öyrənilir; əvvəlki dövrlərdə yazılmış mətnlərin kopiyaları; təhrif olunmuş şumer dilində orijinal mətnlər (ağılar, andlar, çar yazıları, məsəllər, akkad dilində şumer ifadə və sözləri və s.). (8; 13-14)
    Ön Asiyanın qədim dilləri, xüsusilə qədim şumer yazıları bəşərin uzaq keçmişi, neçə min il əvvəlki inkişaf səviyyəsi barədə misilsiz mə’lumat verir, bizi 5-6 min il əvvəlki əcdadlarımızla qovuşdurur. İ.M.Dyakonov yazır: «Qədim Ön Asiyanın dilləri yalnız dünyanın ilk sivilizasiyası olmaq e’tibarilə maraq doğurmur, belə bir sivilizasiya dilçi üçün həm də ona görə böyük maraq doğurur ki, bu ən qədim sivilizasiyanın yazılı abidələri bəşərin bütün sosial və mədəni inkişafının əsasını qoymuşdur, bizə ən qədim dövrlərdən başlayaraq bir neçə min il müddətində hərəkətdə olan fakt mühafizə edib saxlamışdır. Bu faktlar bizə dilin inkişafını bu inkişafın qısa kəsiyində deyil, uzunmüddətli inkişafı ərzində öyrənməyə imkan verir.» (9; 7)
    Uruk mədəniyyətinin son mərhələsi (IV minilliyin sonu, III minilliyin əvvəli) protoyazı dövrü sayılır. Gil lövhələr üzərində bu dövrə aid çoxlu yazı tapılmışdır. Bunlar piktoqramlardan (şəkli yazıdan) ibarətdir. Piktoqramları Uruk sakinləri yaratmışlar.
    1853-cü ildə Qoyuncuq adlanan ərazidə aparılan qazıntı zamanı Assur hökmdarı Aşşurbanipalın saray kitabxanası aşkar edilmişdir. Kitabxanada mixi yazı ilə 25 mindən artıq kitabə meydana çıxarılmışdır. Bunlar şumerlər, babillilər və assurlar tərəfindən hazırlanmışdır. Gilqameş dastanının bir hissəsi burada, bir hissəsi Nineviyada tapılmışdır.1850-ci illərdə Xorsabat qazıntıları zamanı Assur hökmdarlarının siyahısı tapılmışdır. 1854-cü ildə Ur şəhərinin axtarışları zamanı Qatran-təpə yaxınlığında yeni şumer kitabələri aşkar edilmişdir. 1877-1900-cü illərdə Fransanın Bəsrədəki səfiri Ernest de-Sarzek Laqaş qazıntıları zamanı 30 minə qədər mixi kitabə meydana çıxarmışdır. Suriya, Türkiyə, İran, Misir ərazilərindən də qədim mixi yazılar tapılmışdır. Nineviyadan 25 mindən çox, Arraphadan 4 min, Şuşarradan 150, Aşşurdan 700, Nippurdan 720, Babil, Borsippa, Sippar və s.-dən 10 min, Maridən 20 min, başqa yerlərdən yüzlərlə sənəd tapılmışdır. (7; 58-60) Təkcə Moskvanın A.S.Puşkin muzeyində 2000-dən artıq mixi yazı lövhəsi saxlanılır. (17; 11)
    Şumer yazıları təsərrüfata aid sənədlərdən, dövlət sənədlərindən və daha çox bədii ədəbiyyatdan ibarətdir. Bu yazılar içərisində himn və ağlaşmalar, qəhrəmanlıq dastanları, maraqlı hekayələr, zərb-məsəllər, hikmətlər, məktəb hekayələri, elmi biliklərə dair yazılar və s. vardır.
    Qədim Şərq ölkələri tarixinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanmışdır. Bu sahədə ilk ciddi əsər XIX əsrin sonunda fransız alimi Q.Maspero tərəfindən yazılmışdır. Eduard Meyerin «Qədim tarix» (1895), rus şərqşünası B.A. Turayevin «Qədim Şərq tarixi», V.V.Struvenin «Qədim Şərq tarixinin qısa kursu» (1934), V.İ.Avdiyevin «Qədim Şərq tarixi» (1948) dərsliyi və b. əsərlər arxeoloji qazıntı materialları və digər mənbələr əsasında, mixi yazıların oxunmuş mətnləri əsasında Qədim Şərq haqqında mə’lumatı tədricən genişləndirmiş və dərinləşdirmişdir. V.İ.Kuzişşinin redaktəsi altında 1979-cu ildə çap olunmuş «Qədim Şərq tarixi» dərsliyində qədim Şərq xalqlarının tarixi dövrləşdirilmiş, üç mərhələyə ayrılmışdır: birinci mərhələ - e.ə.IV minilliyin sonu və III minilliyi; ikinci mərhələ: e.ə. II minillik və birinci minilliyin əvvəli; üçüncü mərhələ: e.ə. I minilliyin ortasından eramızın I minilliyinin ortasına qədərki dövrü əhatə edir. Bu cür başqa bölgülər də vardır.
    Mixi yazıların oxunması üçdilli (qədim fars, babil və elam dillərində) Bisütun yazılarının oxunması ilə mümkün olmuşdur. Əvvəlcə XIX əsrin 30-cu illərində (1837) H.Raulinson qədim fars mixi yazılarını oxuya bilmişdir. Bundan sonra o, Babil dilində olan mətni oxumağa başlamışdır. Bisütun yazısının elam mətnini 1855-ci ildə K.E.Norris oxuya bilmişdir. Mə’lum olmuşdur ki, qədim fars mixi yazısı 40, elam - 111, babil - 600 işarədən ibarətdir. Və yenə mə’lum olmuşdur ki, mixi yazılar bütöv mə’naya malik işarələrdən, hecayi yazıdan və fonetik yazıdan ibarət olmaqla üç cürdür. (7; 66-68) 1857-ci ildə mixi yazını oxuyanlar - E.Hinks, H.Raulinson, Y.Oppert, F.Talbot birlikdə özlərini sınamış və hamısının eyni mətni ayrılıqda düzgün oxuduğu mə’lum olmuşdur. Bu da təsdiq olundu ki, mixi yazıları ilk dəfə tətbiq edən xalq şumerlər olmuşdur. Bundan sonra dünyanın görkəmli şumerşünasları şumer dilinin hansı dil ailəsinə məxsus olduğu barədə fikir söyləməyə başlamışlar. Alman alimi Q.Vinkler, fransız alimi E.Reklü, rus alimi L.Reder, türk alimi Ahmet Cavat şumer dilinin türk-turan dillərindən olduğunu söyləmişlər. Q.Vinkler yazmışdır: «Bizə çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın bu ilk dili barəsində bizdə müəyyən fikir yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir». (18; 6-7) E.Reklü: «...assuroloqlar... təəccüb içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və sami dillərinə xas olan cizgilər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə bir qohumluq vardır. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa dildir».(19; 466) L.Reder: «Şumerlərin dili ayrıca bir dildir. ...Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər.» (20; 150) Ahmet Cavat: «Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mö’təbər əsər nəşr etdirən Voolley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdıqlarını qəbul edir.» «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü subut ikidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut». (21; 10,58-59)
    Şumer mətnləri üzərində uzun müşahidələr aparan, onların türk dili əsasında oxusu sahəsində inandırıcı uğurlar əldə edən T.V.Nüvədili yazır: «O ki qaldı şumer dilinin Azəri Türküsü olması faktına, bu, Mütləq həqiqətdir! Aksiomadır!» Hətta müəllifin fikrincə, bu dilə vaxtilə «şumer» yox, «türk dili» deyilib: «Gördüyünüz kimi, bütün Kitab (müəllif özünün «Əcdad» kitabını nəzərdə tutur - Q.K.) isbat edir ki, Şumer deyilən dil olmayıb tarixdə. Vaxtilə «Bu, türk dilidir!» deyib duran azman alimlərin səsi sonradan yəhudi mənşəli alimlərin (xüsusilə Amerika alimi Noy Samuel Kramerin) bütün cidd-cəhdləri ilə tam batırıldı. Səmt azdırıldı. Çünki gil yazılar açılmamışdan öncə dünya elmi ictimai fikrində onların mütləq Assur, Yəhudi kitabələri olduğu ideyası mövcud idi. Dahi fransız Yulies Oppert buna son zərbə endirdi! Odur ki u dil sonradan qəsdən «ölüləşdirildi» və yeni «lüğəti» yaradıldı. Lakin Şumer dili təmiz Azəri türküsüdür!» (22; 24,409)
    Mixi yazılardan üç min ilə qədər istifadə edilmiş, yeni minilliyin başlanğıcında bu yazı növü sıradan çıxmışdır.
    Mixi kitabələri çoxdur. Lakin bunların hamısının oxunması mümkün olmamışdır. Tədqiqatçıların fikrinə görə, mixi yazılar düzgün transliterasiya edilir, lakin onların mə’nalandırılmasına həmişə inanmaq olmur. Akkad, babil dillərində olan mixi yazıların varisi olduğu üçün onları əsasən düzgün oxumuşlar. Lakin şumer yazılarının «varisi bilinmədiyi» üçün şumer mətnlərini istədikləri kimi oxumuşlar. Əlifbanın özünün də çətinlikləri çoxdur. Eyni bir işarənin bir neçə cür oxunduğu mə’lumdur. Məsələn, «ayaq» mə’nasını daşıyan işarənin du, qin, qub, qup, ra, tum şəkillərində; «dağ» mə’nasını daşıyan işarənin kur, mat, şad, qin, şat, pat, lad, lat hecaları ilə oxunuşları olduğu söylənilir; «sol əl» işarəsi kab, kal, qub, qul, xub, xul kimi oxunmuşdur və s. Eyni əşyanın təsviri müxtəlif mə’nalarda başa düşülmüşdür; məsələn, ‘göz’ün təsviri təkcə göz yox, üz, ön, ön tərəf, keçmiş (əvvəlki) mə’nalarında; iki balaca, bir böyük şaquli ox su ilə yanaşı, oğul mə’nasında başa düşülmüşdür. Bu və ya digər bir mətndə bu işarə gah «a» saitini, gah şumer dilində «su» sözünü (akkad dilində «mu» sözünü), gah da «oğul» sözünü bildirmişdir.(1; 135-136) Y.Yusifov şumer mətnlərinin oxunması ilə bağlı çətinliklər barədə yazmışdır: «Davamı müasir dillərdə təmsil olunmuş və mixi işarələrlə yazılmış qədim dillər (akkad sami dili, het Hind-Avropa dili, qədim fars dili) müəyyən müşküllüyə baxmayaraq, oxundu və başa düşüldü. Lakin şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan, yaxud müəyyən edilməyən başqa dillərin mixi yazı növü əsasında oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır. Şumer mətnlərində işlənmiş mixi işarələrin bir çoxu başqa mə’nada da oxunula bilər. Təəssüf ki, hələlik belə bir vacib araşdırma aparılmamışdır. Bəlkə bu istiqamətdə aparılan tədqiqatlar qədim mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni mühakimələr ortaya çıxara bilərdi». (7; 123)
    «Cavan və şux Avropa öz fındıq burnunu qırışdıraraq vaqonun pəncərəsindən axsaq və donqar Asiya qarısını təkəbbürlə seyr edir. Tarixdə bir qırpım olan bu vəziyyət onların hər ikisinə əbədi və əzəli görünür. Cavan, özünəvurğun Avropa ağlına belə gətirmir ki, indi seyr etdiyi bu üzüqırış küp qarısı vaxtilə ipə-sapa yatmayan, məğrur, cəsur bir gözəl olub. Onun şaqraq səsini qədim Ellada və Misir müdrikləri dinləyib». (23; 169)
    N.Y.Marr yazırdı: «Elmi baxış - bu, aydındır, bəs onda «siyasəti», bəli, məhz «siyasəti» necə başa düşək? Mən bilmirdim ki, alim ən əvvəl strateq, siyasətbaz, diplomat və yalnız bütün bunlardan sonra alim olmalıdır; yə’ni müəyyən sosial biliklərin yaradıcısı və daşıyıcısı, yenilik havası ilə şüurları oyadan, bilikləri vicdanla şərh edən bir şəxs olmalıdır ki, onun da bir borcu var: mövcud biliklərimiz çərçivəsində ya lap əvvəllərdə bilinən, lakin hətta alimlərə də bəlli olmayan, ya da lap indicə mə’lum olan şeylər barədə utanıb-çəkinmədən danışmaq». (24; 144)
    Bu sitatları verməkdə məqsədimiz aşkar görünənin siyasətin qurbanı olduğunu göstərməkdir. Şumer mətnləri üzərində az-çox əməliyyat aparan alimlərin türk dillərini şumerin varisi hesab etmələrinə baxmayaraq, hindavropa kökünə əsaslananlar və bir sıra yəhudi alimləri şumeri varissizləşdirmək uğrunda əllərindən gələni əsirgəmirlər.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  10. #10
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Azerbaycan Dilinin Tarihi

    Dediyimiz kimi, şumer yazılarının transliterasiyası alimləri tə’min etsə də, yazıların mə’nalandırılması qənaətbəxş sayılmır. Eyni mətnləri tamamilə başqa cür oxuyanlar da vardır. Bu cəhətdən Tariyel Vəli Nüvədilinin «Əcdad» kitabında maraqlı faktlarla rastlaşmaq olur.
    Tariyel Vəli Nüvədilinin «Əcdad» kitabı (Sietl,VA, ABŞ, 1997, 472 səh.) - dörd dildə - azəri (Azərbaycan), türk (Türkiyə türkcəsi), rus və ingilis dillərindədir. Müəllif müxtəlif mənbələrdən götürdüyü şumer mətnlərini özünəqədərki dövrdə edilmiş tərcümələrdən tamamilə fərqli şəkildə, türk-azəri dili zəminində izah etmişdir. Yalnız həqiqi şumer mətnləri sayılan mətnləri deyil, alimlərin akkad mənşəli hesab etdikləri bir sıra mətnləri də türk dili zəminində izah etməyə çalışmışdır.
    Bu əsərdə azəri dilinə tərcümələrlə yanaşı, rus dilinə tərcümələr də maraq doğurur, ona görə ki bə’zən müəllif şumer mətninin ümumiləşmiş mə’nasını rus dilində daha səlis ifadə etmişdir. İngilis dilinə tərcümələr əlavə izahatları nəzərdən keçirmək və ümumən bu dildə tərcümənin necə alındığını yoxlamaq baxımından maraq doğurur. Müəllifin əsas məqsədi isə böyük zəhmətlə bir neçə dildə hazırladığı bu kitabı və öz fikirlərini dünyanın aparıcı xalqlarına öz dillərində çatdırmaq olmuşdur.
    Tariyel Vəlinin «yeni tərcüməsi» dedikdə onu nəzərdə tuturuq ki, o mətnləri Tariyeldən əvvəl də oxumuşlar. Lakin Tariyel bunları tamamilə başqa məzmunda tərcümə etmişdir və bu məzmunla əvvəlki tərcümələrin məzmunu arasında, müəllifin öz dediyinə görə, heç bir uyğunluq yoxdur. Şumer mətnlərinin ilk oxucu-tərcüməçiləri onları varisi bilinməyən bir dilin mətnləri kimi oxumuşlar. Tariyel Vəli isə mətnləri qədim türk dili zəminində izah etmişdir. Bə’zən tərcümələr qədim türk formasından çox müasir dilə uyğun gəlir. Müəllif şumer və akkad mətnlərinə fərq qoymamış, bunların hamısını türk mətnləri kimi izah etmişdir. Bu bir həqiqətdir ki, gil lövhələrin ilk oxucuları bə’zən sözlərin sərhədini düzgün müəyyən edə bilməmiş, ya sözü parçalamış, ya da yanaşı sözləri birləşdirmişlər. Ona görə də T.V.Nüvədili ilk növbədə sözlərin sərhədini müəyyənləşdirməyə çalışmış, bundan sonra semantik araşdırmalar aparmışdır. Bu, çox çətin əməliyyatdır, bə’zən müasirləşdirməyə də səbəb olmuşdur. Lakin ümumilikdə bu cür araşdırmalar müsbət nəticələr verməkdədir.
    Kitabın mühüm bir qüsuru ondan ibarətdir ki, müəllif özündən əvvəlki tərcümələri verməmişdir. İlkin tərcümələr oxucunun əlində olmadığından müqayisələr aparmaq qeyri-mümkündür. Tərcümə olunan mətnin gil lövhədəki fotofaksimili də çox vacib idi. Müəllif bir neçə dildə tərcüməyə zəhmət çəkməkdənsə, imkan daxilində fotofaksimili və mətnin ilkin tərcümələrini əsərə daxil etmiş olsa idi, oxucunu daha çox inandıra bilərdi. Müəllifin fikri aydındır, bildirir ki, mətnlər bütün hallarda düzgün transliterasiya edilmişdir, lakin mə’nalandırma düzgün deyildir. Odur ki bu yeni tərcümədə söz sərhədləri dəyişir, həm də əksəriyyət e’tibarilə dəyişir. Orijinalın verilməsi ilkin tərcümələrdə təbii və şüurlu sapmaları daha aydın üzə çıxara bilərdi. Buna heç bir şübhə yoxdur ki, T.V.Nüvədili son dərəcə böyük zəhmət çəkmiş, üzüntülü axtarışlar aparmışdır. Qədim lüğətlərdən neçə-neçə sözün mə’nasını öyrənməli olmuşdur. Bu, təkcə vətənpərvərlik işi deyil, bəşər mədəniyyətinin keçdiyi yolu düzgün işıqlandırmaq istəyi baxımından da əhəmiyyətlidir və böyük tarixi-mədəni xidmət istiqamətində görülən işdir. Bu cür tədqiq və araşdırmalar yaxşı niyyətlərin köməyi ilə davam və inkişaf etdirilərsə, düzgün istiqamətin havadarları çoxalarsa, bəşər tarixi yenidən yazılmalı və yaradılmalı olardı. Ona görə də tarixçilər, şərqşünas alimlər bu işə son dərəcə ciddi yanaşmalı, tədqiqatı məs’uliyyətlə davam etdirməlidirlər. Belə bir problemə həvəskar sə’yi ilə diqqət yetirmək arzuolunmazdır. Bu sahədə məktəb yaratmaq, gənc elmi işçiləri cəlb etmək, vəsait ayırmaq, dövlət qayğısı göstərmək vacibdir. Əgər mədəniyyət tariximiz üçün yeni və parlaq səhifə açılırsa, üstündə durub açmaq lazımdır. Həqiqi dövlət başçısı-vətəndaş qayğısı olmayınca biz tariximizi əməlli öyrənə bilməyəcəyik.
    III minillikdə şumerlərin dili həmin ərazidə - Mesopotamiyada rəsmi dil olmuş, e.ə.I minilliyin sonlarına - II-I əsrlərə qədər bu dildən elm və din dili kimi istifadə edilmişdir. İmkan dairəsində lap bu son məqamlara - e.ə.II-I əsrlərə aid dini və elmi-mədəni mətnlər əldə edilib öyrənilərsə, bu dil «Dədə Qorqud»un və ya qədim türk abidələrinin dilinə yaxın olmalıdır. Tarixçilər belə mətnlərin olduğunu qeyd etmişlər (lakin bu cür mətnlərin qüsurlu olduğunu deyib yan keçirlər, bəlkə də qüsurları aşkar türklüyüdür). Çətinlik orasındadır ki, şumer mətnləri, onların faksimili bizim kitabxanalarda yoxdur. Bəşəriyyət öz keçmişinə səhlənkar yanaşır. Alimlər mətnləri yer altından üzə çıxarmış, min bir əzabla ilkin şərhini vermişlər, lakin bunlar küll halında insanlara çatdırılmamışdır. Bəşəriyyət keçmişi öyrənmək əvəzinə, hələ də uçurub-dağıtmaqla, yandırıb-yaxmaqla, qırıb-tökməklə məşğuldur. Xristian - müsəlman münaqişələri baş alıb gedir. İri dövlətlər kiçik dövlətləri məngənədə sıxır, qanını sormağa çalışır. Bütün xalqlar, bütün dinlər, bütün dillər bir kökdən olduğu halda, insanlar bir-birinə qənim kəsilib, «ali irq» düşüncələri ilə bəşər sivilizasiyasına ləkə gətirir, vəhşilik dövrünün yeni ərazi iddiaları ilə yaşayır. Şumerlərin türk varislərini e’tiraf etməmək də həmin daxili naqisliyin nəticəsidir. Görünür, insanın ağıllanması, kamilləşməsi üçün hələ bir neçə min il də lazımdır.
    Hiss olunur ki, T.V.Nüvədili şumer mətnləri ilə məşğul olduğu müddətdə saysız ədəbiyyat nəzərdən keçirməli olmuş, dünya mədəniyyətinin inkişaf yolu barədə zəngin biliklər qazanmışdır və bu bilikləri oxucu ilə paylaşmaq istəyir. Lakin müxtəlif dilli mətnlərə fərq qoymaması, Yer üzünü yalnız türk kökü ilə bağlamaq istəyi, şumerin mövcud olduğu dövrdə artıq protodillərin çoxdan parçalanmış olduğunu nəzərə almaması oxucunu az inandırır. Nüvədilinin fikrincə, ulu babalarımız şumerlərin Enlil İsmə Dağan kimi böyük filosof, astronom və şairləri, Hun qızı Bida və Bikə adlı şairələri, Şəmsi Ədəd Abi kimi görkəmli salnaməçiləri olmuşdur. Müəllif şumerləri qəti inamla türk-azərilərin əcdadı saydığından gələcəkdə ədəbiyyatımızın buradan başlamalı olacağına şübhə etmir. Həqiqətən şumerlərdə elm, mədəniyyət, poeziya yüksək inkişaf səviyyəsində olmuşdur və bunlar hansı xalqı isə özünə çəkməlidir. Dil yaxınlığı bir tərəfə, bütün Yaxın Şərqin Azıxdan dirilik tapdığını nəzərə aldıqda bunların bizim aborigenlər olduğuna inam daha çox artır.
    Oxucuda bu inamı bir qədər də artırmaq üçün T.V.Nüvədilinin tərcümələrindən bir-iki nümunə veririk. T.V. Nüvədili tərcümə etdiyi parçaları Niderland alimi Marianna Voqelsanq tərəfindən tərcümə və çap edilmiş şumer mətnlərindən götürmüşdür. Müəllif (T.V.Nüvədili) bunları Enlil İsmə Dağanın yudisiyaları hesab edir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Sayfa 1 Toplam 4 Sayfadan 123 ... Sonuncu

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş