Bəhman Hacıyev Bəhman Əbiş oğlu Hacıyev 1926-cı ildə anadan lmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bibiheybət mədənində neft hasilatı üzrə usta işləmişdir. 1951-ci ildən o, həyatının 26 ilini ''Neft Daşları'' NQÇİ-nin inkişafına həsr etmişdir və 15 il ''Neft Daşları'' NQÇİ-nin rəisi işləmişdir. ''Neft Daşları''nın ilk kəşfiyyatçılarından biri olmuşdur. B.Ə. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma,

Bu konu 1077 kez görüntülendi 0 yorum aldı ...
Bəhman Hacıyev 1077 Reviews

    Konuyu değerlendir: Bəhman Hacıyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1077 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Bəhman Hacıyev

    Bəhman Hacıyev


    Bəhman Əbiş oğlu Hacıyev 1926-cı ildə anadan lmuşdur.

    1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bibiheybət mədənində neft hasilatı üzrə usta işləmişdir.

    1951-ci ildən o, həyatının 26 ilini ''Neft Daşları'' NQÇİ-nin inkişafına həsr etmişdir və 15 il ''Neft Daşları'' NQÇİ-nin rəisi işləmişdir.

    ''Neft Daşları''nın ilk kəşfiyyatçılarından biri olmuşdur. B.Ə. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma, maili qazımanın köməkliyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları tətbiq olunmuş, neftin yığılması və qorunması üçün iriləşdirilmiş məntəqələr yaradılmış, quyuların tədqiqatı üçün yeni üsullar irəli sürülmüş, boru kəmərlərinin mürəkkəb üsullarının tətbiqi, kommunikasiya işləri, tankerlərlə neftin nəqli və boşaldılması məsələləri həll olunmuşdur.

    Azərbaycanın dəniz neft yataqlarının kompleks mənimsənilməsinə görə B.Ə. Hacıyevə bir qrup mütəxəssislə birgə Lenin mükafatı və dəniz şəraitində çox böyük maili istiqamətləndirilmiş qazımanın kütləvi surətdə tətbiq edilməsinə görə Azərbaycanın Dövlət mükafatı verilmişdir.

    1977-ci ildə respublika rəhbərliyi və şəxsən H.Ə. Əliyevin təşəbbüsü ilə B.Ə. Hacıyev ''Azərneft'' Birliyinə baş direktor təyin olunmuşdur. O, gələndən sonra neft kəşfiyatçılarının bütün gücü səfərbər edilmiş, nəticədə ''Cəfərli'', ''Zərdab'', ''Kəlaməddin'', ''Tərsdəllər'' yataqları kəşf edilmiş və Muradxanlı yatağının neftli sahəsi genişlənmişdir.

    Sonralar B.Ə. Hacıyev Təhlükəsizlik texnikası üzrə Ümumittifaq Neft Elmi-Tədqiqat institutunda rəhbərlik etmirdir. Bu illər ərzində onun böyük istehsalat təcrübəsinə və neft sənayesinin problem və tələbatı haqqında ensiklopedik biliyinə əsaslanan onun elmi qabiliyyəti özünü daha parlaq şəkildə göstərmişdir.

    1990-cı ildə müvəffəqiyyətdə dissertasiya müdafiə etmiş və texniki elmlər doktoru adını qazanmışdır. B.Ə. Hacıyev tərəfindən ''Tengis'' (Qazaxıstan) kükürdhidrigen tərkibli yataqların işlənməsi problemləri ilə bağlı, həmçinin qazıma vışkaları və digər yükqaldırma avadanlıqlarının digər yükqaldırma avadanlıqlarının daşıqıcı qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürmüşdür.

    Ömrünün sonunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun baş məslətçisi işləmişdir. Ölkə və xalq qarşısında böyük xidmələrinə görə Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi adlarına layiq görülmüş, Lenin, iki dəfə Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təıltif olunmuşdur.

    Bəhman Hacıyev 1998-ci ildə vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bəhman Hacıyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1077


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş