Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan etmişdir. Dövlətin adı Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəniz uşaqlığında qul kimi satılmış və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarmışdır. O, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu almışdır. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. O, Sultan II Toğrulun ölümündən sonra

Bu konu 1870 kez görüntülendi 0 yorum aldı ...
Eldənizlər-Atabəylər dövləti 1870 Reviews

    Konuyu değerlendir: Eldənizlər-Atabəylər dövləti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1870 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Eldənizlər-Atabəylər dövləti


    Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan etmişdir. Dövlətin adı Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəniz uşaqlığında qul kimi satılmış və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarmışdır. O, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu almışdır. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənmişdir. 1136-cı ildə isə Aran hakimi təyin olunaraq Bərdəyə yollanmış və beləliklə, Eldənizlər dövlətinin əsasını qoymuşdur.

    İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi Ərdəbil Eldənizin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı.

    Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından Məkrana, Aran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə kimi yayılmışdı.

    Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənmişdi.

    Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı.

    İraq Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü.

    Bundan sonra qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və s.) dövlətin süqutuna zəmin hazırlamışdı. Əbu Bəkr 1210-cu ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə (1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənmişdi.

    Atabəylər dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri çox məşhur olmuşdur. O vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini ötmüş, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı.

    Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olmuşdur.

    Eldənizlərin hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə şəhərlər abadlaşdırılmış, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik həddən artıq irəli getmişdir.

    1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.

    Paytaxtı Naxçıvan və Təbriz şəhərləri olmuşdur.




    Hakimiyyətdə olan hökmdarlar:

    1136-1175 Şəmsəddin Eldəniz

    1175-1186 Məhəmməd Cahan Pəhləvan

    1186-1191 Qızıl Arslan

    1191-1210 Əbu Bəkr

    1210-1225 Özbək











    Oxunub: 127832






    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Eldənizlər-Atabəylər dövləti

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1870


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş