Sacilər dövləti Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdır. Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri Türk nəsəbli Məhəmməd bin Əbu Sac Divdad 879-cu ildə xilafətin əmri ilə Azərbaycana hakim təyin olundu. O

Bu konu 2720 kez görüntülendi 0 yorum aldı ...
Sacilər dövləti 2720 Reviews

    Konuyu değerlendir: Sacilər dövləti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2720 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Sacilər dövləti

    Sacilər dövləti


    Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdır.
    Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri Türk nəsəbli Məhəmməd bin Əbu Sac Divdad 879-cu ildə xilafətin əmri ilə Azərbaycana hakim təyin olundu. O da Sacilər dövlətinin özülünü qoymuşdur. Dövlətin sərhədləri cənubda Zəncandan şimalda Dərbəndə, şərqdə Xəzər dənizindən, qərbdə İrəvan yaxınlığındakı Ani və Dəbil şəhərlərinə qədər uzanırdı. Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrilmişdir. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
    IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.
    Dövlətin varlığına 942-ci ildə Salarilər dövləti tərəfindən son qoyulmuşdu.
    Paytaxtı Marağa və Ərdəbil şəhərləri

    Hakimiyyətdə olan hakimlər:
    889-901 Məhəmməd ibn Əbu Sac
    901 iyun-iyul Divdad ibn Məhəmməd
    901-927 Yusif ibn Əbu Sac
    928-929 Əbdül Müsafir
    929-931 Vasif
    931-932 Muflih
    932-941 Deysəm ibn İbrahim



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sacilər dövləti

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2720


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş