Azərbaycan xalq rəqsləri Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır. Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq,

Bu konu 1587 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan xalq rəqsləri 1587 Reviews

    Konuyu değerlendir: Azərbaycan xalq rəqsləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1587 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    14
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azərbaycan xalq rəqsləri

    Azərbaycan xalq rəqsləri


    Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.
    Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.

    Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.

    Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s.

    Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.




    Ən geniş yayılmış milli rəqslər bunlardır:

    Abayı

    Alçagülü

    Asma Kəsmə

    Asta Qarabağı

    Avarı

    Ay bəri bax

    Azərbaycan

    Bənövşə

    Birilliant

    Çalpapaq

    Camış bağa girdi

    Çattadı

    Cəhribəyim

    Cəngi

    Ceyrani

    Çit tuman

    Darçını

    Dartma, yaxam cırıldı

    Dəsmalı

    Ənzəli

    Gəlin atlandı

    Gəlin gətirmə

    Gəlin havası

    Gülgəz (rəqs)

    Gülməyi

    Heyvagülü

    İki arvadlı

    İnnabı

    Keçi məməsi

    Kəndiri

    Kəsmə

    Koroğlu

    Koroğlunun qaytarması

    Lalə

    Mirvari

    Mirzəyi

    Misri

    Mücəssəmə

    Naznazı

    Pəhləvanı

    Qaytağı

    Qazağı

    Qıtqılda

    Qızılgül

    Qızlar bulağı

    Qoçəli

    Qofta

    Rəngi

    Şahsevəni

    Şalaxo

    Samux

    Sarıbaş

    Şəki

    Səməni

    Tamara

    Tərəkəmə

    Toy rəqsi

    Turacı

    Üç badam, bir qoz

    Uzundərə

    Vağzalı

    Velaçola

    Xalabacı

    Xançobanı

    Yallı

    Yerli rəqs

    Yüz bir

    Zoğalı




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan xalq rəqsləri

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1587


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş