İslam, insanları günaha düşməsindən çəkindirmək üçün evlənməyə imkanı olub, evlənməyənləri məzəmmət edir. Nümunə üçün aşağıdakı mətləbə diqqət edin: Əkaf adlı bir kişi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nin hüzuruna gəlir. Həzrət ondan soruşur: Evlənmisənmi? Ərz edir: Xeyr! Ya Rəsulallah! Həzrət buyurur: Bədənin sağlam, mal-dövlətin varmı? Cavab verir: Bəli! Həzrət müxtəlif ifadələrlə onu evlənməyə təşviq edir və bu işi tərk etməsini tapşırır! O cümlədən buyurur: “Ey

Bu konu 1081 kez görüntülendi 0 yorum aldı ...
İslam Peyğəmbərinin (s) evlənməyi tərk etməyi məzəmmət etməsi 1081 Reviews

    Konuyu değerlendir: İslam Peyğəmbərinin (s) evlənməyi tərk etməyi məzəmmət etməsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1081 kez incelendi.

  1. #1
    Uly@ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    20.11.2011
    Mesajlar
    166
    Konular
    132
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    588
    @Uly@

    Standart İslam Peyğəmbərinin (s) evlənməyi tərk etməyi məzəmmət etməsi

    İslam, insanları günaha düşməsindən çəkindirmək üçün evlənməyə imkanı olub, evlənməyənləri məzəmmət edir. Nümunə üçün aşağıdakı mətləbə diqqət edin:

    Əkaf adlı bir kişi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nin hüzuruna gəlir. Həzrət ondan soruşur: Evlənmisənmi? Ərz edir: Xeyr! Ya Rəsulallah! Həzrət buyurur: Bədənin sağlam, mal-dövlətin varmı? Cavab verir: Bəli! Həzrət müxtəlif ifadələrlə onu evlənməyə təşviq edir və bu işi tərk etməsini tapşırır!

    O cümlədən buyurur: “Ey Əkaf! Vay olsun sənə! Evlən! Evlən ki, sən indi xətakarlardansan! Evlən! Yoxsa, günahkarların sırasında durarsan. Evlən! Yoxsa, Xaçpərəst rahiblərdən hesab olunarsan. Evlən! Yoxsa, Şeytanın qardaşlarından hesab olunarsan.”

    Başqa bir rəvayətdə evlənməyi tərk etməklə, Allaha daha yaxın olmaq istəyən qadını, İmam bu işdən çəkindirir. İmam Rza (əleyhissalam) buyurur: “Qadınlardan birisi İmam Baqir (əleyhissalam)-dan soruşur: Mən mütəbəttiləyəm. Həzrət buyurur: Təbəttül olmaqdan məqsədin nədir?

    Qadın cavab verir: Qərara almışam ki, ömrümün axırına qədər ərə getməyim! Həzrət buyurdu: Nəyə görə? Dedi: Fəzilət və kamala yetişməkdən ötrü. Həzrət buyurdu: Bu fikrindən dön! Əgər ailə həyatı qurmamaq fəzilət olsaydı, Zəhra (salamullahi əleyha) bu fəziləti ələ gətirməkdə səndən layiqdir. Halbuki, fəzilətdə birisi ona çata bilməz.

    Bu iki hədisdən aydın olur ki, İslam övliyaları kişi və qadınları, subay qalmalarından çəkindirmişlər. Bəlkə də, onları müxtəlif ifadələrlə evlənməyə təşviq etmişdir. Bununla da, günaha düşməkdən özlərini qorusunlar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İslam Peyğəmbərinin (s) evlənməyi tərk etməyi məzəmmət etməsi

          Kategori: Dini Hikayeler

          Konuyu Baslatan: Uly@

          Cevaplar: 0

          Görüntüleme: 1081

    Ən fəzilətli cihad ,insanın öz nəfsi ilə olan cihaddır..

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş