İngiltərəli alimlər musiqinin bir güzgü olduğunu sübut etdilər. Sübut olundu ki, musiqi xarakterin aynasıdır.
Kembric Universtetində aparılan araşdırmada insanlara sevdikləri musiqi janrına görə suallar verilib. Könüllü şəkildə araşdırmaya qatılanların verdikləri cavablara görə xarakter özəllikləri qeyd olunub. Və nəticələr toplanaraq ümumi mənzərə çəkilib.
Nəticələr bu cürdür:
Rok həvəskarlarının xaraktercə üsyankar olduqları göstərilən araşdırmada klassık musiqi dinləyənlərin isə digərlərinə nisbətən daha məsuliyyətli insanlar olduqları görülüb.
Araşdırmalara görə pop musiqisinə üstünlük verənlər ənənələrinə sadiq olmaqları ilə yanaşı zəka səviyyələri o qədər də yüksək deyil.
Caz həvəskarları isə xəyalpərəst və üzüyola olmaqları ilə seçilirlər.
Araşdırmalara görə rep və elektonik musiqi həvəskarları problemli adamlardırlar. Belə ki, daha çox repə qulaq asmağa üstünlük verənlər dalaşqan və nizam-intizamsız adamlardırlar.
Elektronik musiqi dinləyənlər barədə isə ''nevroz'' nəticəsi çıxarılıb.
Bəs siz hansı janra daha çox üstünlük verirsiniz?