Tam əlli il rus ordusunda nümunəvi xidmət edən general-leytenant Balakişi Ərəblinski 1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. Mahal rəisi Əlibəyin ailəsində böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşlarında, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan

Bu konu 1239 kez görüntülendi 0 yorum aldı ...
Balakişi Ərəblinski 1239 Reviews

    Konuyu değerlendir: Balakişi Ərəblinski

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1239 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Balakişi Ərəblinski

    Tam əlli il rus ordusunda nümunəvi xidmət edən general-leytenant Balakişi Ərəblinski 1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur.
    Mahal rəisi Əlibəyin ailəsində böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşlarında, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. Hələ 1848-49-cu illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə kapitan Ərəblinski də mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.
    1849-cu ildə Мacarıstanda Аvstriya hökmranlığına qarşı inqilabi üsyan оlmuşdur. Həmin üsyan zamanı rus impеratоru Nikоlay, Аvstriya impеratоru Frans Iоsifin хahişilə оraya хеyli qоşun göndərərək qəhrəman macar хalqının öz milli azadlığı uğrunda mübarizəsinin amansızcasına yatırılmasına kömək еtmişdir. Balakişi Ərəblinskinin ikinci böyük yürüşü 1854-cü ildə Rusiyanın Xivə xanı ilə apardığı müharibədə olmuşdur. 1853-56-cı illərdə Krım müharibəsində dörd süvari alayında mindən çox azərbaycanlı əsgər və zabit vuruşurdu. Onlardan biri də Balakişi Ərəblinski idi. Bu müharibədə podpolkovnik Ərəblinski göstərdiyi igidliyə görə üstü yazılı qılınc və “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu.Balakişi Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi idi.
    Görkəmli sərkərdə 21-ci piyadalar diviziyasının briqada komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdu. Qısamüddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə və əvəzsiz komandirlik fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski general-mayor rütbəsinə layiq görülmüşdü.1898-ci ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasında gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı qəsəbə və stansiya indi də onun adını daşıyır.Balakişi Ərəblinskinin kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı idi. General-leytenant Balakişi Əlibəy oğlu Ərəblinskini 1902-ci il yanvarın 3-də Dərbəndin qədim Qırxlar qəbiristanlığında əsgəri şərəflə dəfn edilmişdir. O, Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi.

    Benzer Konular

    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Balakişi Ərəblinski

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1239


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş