Romantik, gözəl nasir, dramaturq, tərcüməçi, sayımlı pedaqoq, maarif və mədəniyyət xadimi, ədəbiyyatşünas-folklorçu kimi tanınan Abdulla Şaiq Talıbzadə 1881-ci il fevralın 25-də Tiflisdə ruhani ailəsində anadan olmuşdur. Atası tanınmış din xadimi Axund Mustafa Sarvandan olmuşdur. Tiflisdə Şeyxülislamın yardımçısı kimi çalışan Axund Mustafa altı sinifli şəhər məktəbində "şəriət, fars dili və ərəb qəvaidi"ndən dərs demişdir. Balaca Abdulla da ilk təhsilini burada almışdır. 1883-cü

Bu konu 1342 kez görüntülendi 0 yorum aldı ...
Abdulla Şaiq 1342 Reviews

    Konuyu değerlendir: Abdulla Şaiq

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1342 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Abdulla Şaiq

    Romantik, gözəl nasir, dramaturq, tərcüməçi, sayımlı pedaqoq, maarif və mədəniyyət xadimi, ədəbiyyatşünas-folklorçu kimi tanınan Abdulla Şaiq Talıbzadə 1881-ci il fevralın 25-də Tiflisdə ruhani ailəsində anadan olmuşdur. Atası tanınmış din xadimi Axund Mustafa Sarvandan olmuşdur. Tiflisdə Şeyxülislamın yardımçısı kimi çalışan Axund Mustafa altı sinifli şəhər məktəbində "şəriət, fars dili və ərəb qəvaidi"ndən dərs demişdir.

    Balaca Abdulla da ilk təhsilini burada almışdır. 1883-cü ildə isə ailə durumu ilə bağlı anası Mehri xanım oğlanları Yusifi və Abdullanı da götürüb Xorasana getmiş, burada Yusif dini məktəbdə, Abdulla isə Mirzə Yusif adlı ziyalının üsuli-cədid məktəbində oxumuşdur. Azərbaycan və rus dillərində apardığı kitabları oxumaqla bərabər, fars ədəbiyyatını, məntiq, psixologiya və başqa elmləri də öyrənmiş, şərq ədəbiyyatına həvəs göstərmişdir. İ.A. Krılovun bir neçə təmsilini fars dilinə çevirdikdən sonra özü lirik qəzəllər yazmağa başlamışdır.

    A. Şaiq 1901-ci ildə həmişəlik Bakıya köçmüşdür. N. Nərimanovun köməyi ilə Birinci Aleksandrovski gimnaziyasında imtahan verərək müəllimlik hüququ qazanmış və ömrünün otuz ildən çoxunu maarif və məktəb işinə bağlamışdır.
    Bakıda bir rus ziyalısının böyük kitabxanasını almışdır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirmişdir. O, maarifçi pedaqoq, romantik şair idi. Milli gələnəklərə, görənəklərə bağlı idi, milli intibah, milli dirçəliş tərəfdarı idi. Mollanəsrəddinçilərə yaxın idi, onlara hörməti var idi, ancaq baxışı, ruhu, yolu ilə füyuzatçılara daha yaxın idi.

    A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeridir. O, 1906-cı ildən başlayaraq silsilə şerləri ilə milli uşaq poeziyamızın incilərini yaratmışdır.
    Bakıda keçirilən birinci (1909) və ikinci (1907) müəllimlər qurultayının işində Şaiq H. Zərdabi, S.S. Axundov kimi sayımlı xadimlərlə birgə çalışmışdır. "Uşaq gözlüyü", "İkinci il", "Gülzar" kimi bir çox yeni tipli dərsliklər də elə bundan sonra meydana gəlmişdir. Bu dərsliklərdə onun öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap edilmişdir. Bu illərdə o, "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilmiş, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə də yaxından məşğul olmuşdur.
    Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazmışdır. Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşuqdur. Azərbaycan uşaq dramaturgiyasının, uşaq teatrının yaranma və inkişafında böyük xidməti olmuşdur. O, 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoymuşdur.
    Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan Şaiq "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu əsərlərdə bacarıqlı sənət ustası kimi çıxış etmişdir.
    Yüzilliyimizin əvvələrindən A. Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınmışdır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə getmişdir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürmüşdür.
    A. Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə. Rəsulzadə, Ə. Ağaoğlu, Ə.Topçubaşov, Ə. Hüseynzadə, Y. Nəsifbəyli kimi öndər ziyalılarla həmfikir olmuşdur. O, 1918-ci il mayın 28-də yaranan ADR-i sevinclə qarşılamışdır. M.Ə. Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında A. Şaiqin adını da çəkmişdir.
    Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A. Şaiq olmuşdur. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazmışdır. Əvvəllər yarımçıq qoyduğu "Əsrimizin qəhrəmanları" romanını da bu dövrdə tamamlamışdır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar məsələsini ön plana çəkmişdir.
    Azərbaycan Demokratik Respublikası dövründə Abdulla Şaiq poeziya yönümündə daha həvəslə çalışmış, Əhməd Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırmışdır. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şerləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir.
    Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırmış, bir neçə məktəbi milliləşdirmiş, rus məktəblərində Azərbaycan türkü sinifləri yaratmışdır. "Türk çələngi", "Türk ədəbiyyatı", "Milli qiraət" kimi dərsliklər hazırlamışdır. Dövlətin yaratdığı proqram və dərsliklər yaradan komissiyasının üzvü kimi çalışmışdır.
    Şaiqin bu yaradıcılığı çox çəkmədi. 1920-ci il aprelin 28-də rus ordusu (XI Qızıl Ordu) Azərbaycana soxuldu, kommunistlər hakimiyyəti ələ aldı. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs demiş, mədəni-maarif işlərinə yardım etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə keçirilmişdir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılmışdır.
    "Vəzifə", "Özü bilsin, mənə nə?", "Anabacı", "Əsəbi adam" kimi silsilə hekayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanmışdır. O, həm də "Tənqid-Təbliğ" teatrı üçün əsərlər yazmışdır.
    Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazmışdır.
    Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır.
    Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə "Həpimiz bir günəşin zərrəsiyiz" deyən A. Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunmuş, xalqları dostluğa, əmin-amanlığa çağırmışdır. Onun özü türk, rus fars, tatar, litvalı, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq etmiş, bütün xalqların ədəbiyyatından seçimli əsərləri dilimizə çevirmişdir. Firdovsinin "Şahnamə"sindən bir parça, Şekspirin "Maqbet", C. Sviftin "Qulliverin səyahəti", Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və başqa yazıçıların əsərləri dilimizdə A. Şaiqin çevirməsində səslənmişdir.
    A. Şaiq ədəbiyyat, maarif və mədəniyyət xadimi, xalq deputatı kimi seçilmişdir. Ədib 1959-cu ildə iyulun 24-də dünyasını dəyişmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Abdulla Şaiq

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1342


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş