Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədi rayonunun Ağcabədi kəndində doğulub. Aktyorluq həvəsini onda anası Suğra xanım oyadıb. O, kəndin müxtəlif qadın və kişilərini koloritli tərzdə, baməzə hərəkətlərlə yamsılayar və heç kəs ondan inciməzdi. Suğra xanımın gözəl səsi və fitri aktyorluq qabiliyyəti, improvizə bacarığı olub. Bu Allah vergisi olan istedad sanki südlə Ağakişi Kazımova keçib. O, Ağcabədi rayonunda Xəlfərəddin kənd orta məktəbini bitirib (1942-1952).

Bu konu 1313 kez görüntülendi 0 yorum aldı ...
Ağakişi Kazımov 1313 Reviews

    Konuyu değerlendir: Ağakişi Kazımov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1313 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ağakişi Kazımov

    Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədi rayonunun Ağcabədi kəndində doğulub. Aktyorluq həvəsini onda anası Suğra xanım oyadıb.

    O, kəndin müxtəlif qadın və kişilərini koloritli tərzdə, baməzə hərəkətlərlə yamsılayar və heç kəs ondan inciməzdi. Suğra xanımın gözəl səsi və fitri aktyorluq qabiliyyəti, improvizə bacarığı olub. Bu Allah vergisi olan istedad sanki südlə Ağakişi Kazımova keçib.
    O, Ağcabədi rayonunda Xəlfərəddin kənd orta məktəbini bitirib (1942-1952). Kamal attestatı alan ili Bakıya gələrək Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İnstitutun əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib və ali məktəbdə sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Məhərrəm Haşımov olublar.

    Səhnəyə ilk dəfə Milli Dram Teatrında 1952-ci ilin noyabrında Qaçaq
    (“Vaqif”, Səməd Vurğun) epizod rolunda çıxıb. Teatrın repertuarında olan “Şərqin səhəri” (Ənvər Məmmədxanlı), “Fərhad və Şirin”, “Xanlar” (Səməd Vurğun), “Namus” (Aleksandr Şirvanzadə) tamaşalarda sözsüz kiçik rollara, kütləvi səhnələrə daxil edilib. 1954-cü ilin yayında Milli Dram Teatrı İrəvan şəhərinə bir aylıq qastrola gedib. Tətildə olan Ağakişi də truppa ilə səfərə çıxıb və İrəvanda göstərilən Mirzə İbrahimovun “Həyat” dramının tamaşasında İkinci kolxozçu obrazı ilə ilk sözlü rolunu oynayıb.

    Çalışqanlığı və bacarığı Akademik Teatrın bədii rəhbəri Adil İsgəndərovun xoşuna gəldiyinə görə Ağakişi Kazımov 1955-ci il fevral ayının 1-də truppanın yardım heyətinə aktyor götürülüb, bir il sonra isə ştata keçib. 1957-ci ildə Əliheydər Ələkbərovun quruluşunda Cəfər Cabbarlının “Almaz” dramının tamaşasındakı Barat roluna görə Ümumittifaq Teatr Festivalının laureatı olub. Bu rolu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında (ongünlüyündə) da uğurla oynayıb.
    Bundan əlavə Akademik teatrın səhnəsində aktyor kimi çalışdığı illərdə Murad (“1905-ci ildə”, Cəfər Cabbarlı), Seniçka (“Özgə uşağı”, Vasili Şkvarkin), Ramiz (“Şeyx Sənan”, Hüseyn Cavid), Fərəc (“Şirvan gözəli”, Ənvər
    Məmmədxanlı), İran sərkərdəsi (“Fərhad və Şirin”, Səməd Vurğun), Gil (“Tufanlı il”, Aleksey Kapler), Zabit (“Otello”, Vilyam Şekspir), Qumarbaz (“Hind gözəli”, Viktor Vinnikov və Yuri Osnos), Sergey (“Daş qartal”, Pavel Malyarevski) rollarında çıxış edib. 1960-cı ilin əvvəllərində, fevral ayının 24-də işdən çıxıb. Mart ayının 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. Burada üç ay ərzində Yusif Əzimzadənin “Aprel səhəri” (10 aprel 1960) və Aleksandr Şirvanzadənin “Namus” (17 iyun 1960) dramlarına səhnə quruluşu verib. Bu il teatr təzə mövsümə başlayan ərəfədə, sentyabrın 21-də Ədil İsgəndərov onu yenidən Akademik teatra aktyor dəvət edib. Ancaq oktyabr ayının 22-də gözlənilmədən və ədalətsiz şəkildə Ədil İsgəndərov bədii rəhbərlikdən və direktorluqdan, ümumiyyətlə isə teatrdan çıxarıldı və baş rejissorluğa Mehdi Məmmədov təyin olundu. Lakin nədənsə Mehdi Məmmədov öz tamaşalarında Ağakişi Kazımova aktyorluq yaradıcılığında təkamül və dönüş yarada biləcək rol tapşırmadı. O, Aleksis Parnisin “Gözəllik və sevgi adası” (26 aprel, 1961) tamaşasında quruluşçu rejissor Tofiq Kazımova assistent oldu. Digər rejissorların hazırladıqları Cəfər Cabbarlının “Od gəlini” (İldırım), Mehdi Hüseynin “Alov” (Gümrah), Cabbar Məcnunbəyovun “Məhəbbətin hokum” (Levon), Süleyman Rüstəmin “Qaçaq Nəbi” (Vəli), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Murov),
    Hüseyn Cavidin “Səyavuş” (İkinci məmur) əsərlərinin tamaşalarında rollar oynadı. Ancaq həmin ifalar aktyorun parlaq nailiyyətinə çevrilə bilmədi.
    1960-1964-cü illəri öz yaradıcılığının tərəddüdlü axtarış dövrü adlandıran Ağakişi Kazımov 1963-cü il noyabr ayının 25-dən Akademik teatrdan çıxıb. 1964-cü ilin 24 fevralında Azərbaycan Dövlət Filarmoniyasına bədii qiraət ustası ştatına götürülüb. 1964-cü ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq. - İ.R.)
    Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun əyani rejissorluq fakültəsinə daxil olub. Bu qənaətə, gəlincə aktyor Qubadan əlavə, 1956-cı ildən 1960-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutundakı dram dərnəyinin və 1958-ci ildən 1964-cü ilə qədər Azərbaycan Dövlət Universitetinin “Gənclik teatrı”nın rəhbəri olmuşdu. Dram dərnəyində Fridrix Şillerin “Qaçaqlar” faciəsinə, Anton Çexovun “Ayı”, “Evlənmə” məsxərələrinə, “Gənclik teatrı”nda Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin və dərviş Məstəlişah”, Q.Stefanskinin “Şeytan əməli” əsərlərinə quruluşlar verib. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Qalıəsgər Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında Mar Bayciyevin “Duel” psixoloji dramını teatrın baş rejissoru Marsel Səlimcanovla birgə hazırlayıb. Premyera 1968-ci il dekabr ayının 8-də göstərilib. Diplom işi üçün isə Cəfər Cabbarlının “Aydın” (tatarcaya Əbdürrəhman Minski tərcümə edib) faciəsini seçib. “Aydın”ın ilk tamaşası 20 mart 1969-cu ildə oynanılıb. Diplomantın işi “əla” qiymət alıb. Azərbaycana ali ixtisaslı rejissor diplomu ilə qayıdan Ağakişi Kazımovu Respublika Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrına direktor göndərdi (25 dekabr 1969-25 dekabr 1970). 1971-ci il dekabrın 25-dən 1973-cü il martın 19-na kimi isə baş rejissor vəzifəsini daşıyıb. O, yenicə fəaliyyətə başlamış gənc teatr kollektivinin inkişafında, repertuarın formalaşmasında faydalı işlər gördü. Ağakişi Kazımov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (22 sentyabr 1974-30 dekabr 1975), Gənc Tamaşaçılar Teatrında (30 dekabr 1975-14 fevral 1983 və 20 aprel 1990-14 mart 2002) baş rejissor, Azərbaycan Dövlət Opera və Balet Teatrında (1 iyun 1973-22 noyabr 1974), Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Hazırda Akademik teatrda quruluşçu rejissordur.
    Ağakişi Kazımovun Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram
    Teatrında quruluş verdiyi səhnə əsərləri.
    1969, 28 dekabr. “Arvadımın əri”, Georgi Xuqayev. Tərcümə edəni Ağakişi Kazımov.
    1970, 16 may. "Müsibəti Fəxrəddin”, Nəcəf bəy Vəzirov.
    1970, 7 iyul. “Toy”, Sabit Rəhman.
    1971, 11 fevral. “Gülməyən adam”, Əfqan.
    1971, 27 mart. “Mənim məhəbbətim”, Adil Babayev.
    1972, 5 fevral. “Elbrus evlənir”, Georgi Xuqayev. Tərcümə edəni Ağakişi Kazımov.
    1972, 13 may. “Kəndimizin cavanları”, Əsgər Ələsgərov.
    1972, 20 iyul. “Nonkanın məhəbbəti”, İvan Petrov. Tərcümə edəni Ağakişi Kazımov. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırladığı operettalar və musiqili komediyalar.
    1975, 26 aprel. “Təzə gəlin”, dramaturq Seyfəddin Dağlı və bəstəkar
    Cahangir Cahangirov.
    1975, 5 iyun. “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov (rus bölməsində).
    1975, 12 aprel. “Xoşbəxtliyə gedən yol”, İsaak Dunayevski.
    Azərbaycan Dövlət Akademik Dram Teatrında Ağakişi Kazımov lirik
    komediya, psixoloji dram, ictimai-sosial faciə, məişət pyesi janrlarında müxtəlif dramaturqların əsərlərinə səhnə təfsiri verib.
    1972, 27 mart. “Darıxma, ana!”, Nodar Dumbadze. Tərcümə edəni Adil Babayev.
    1973, 8 aprel. “Qəribə oğlan”, İlyas Əfəndiyev.
    1982, 26 mart. “Mirzə Şəfi”, Nəbi Xəzri.
    1983, 17 sentyabr. “Büllur sarayda”, İlyas Əfəndiyev.
    1983, 30 dekabr. “Sehrli alma”, Yozef Lada. Tərcümə edəni Ağakişi
    Kazımov.
    1985, 26 yanvar. “Çahargah fantaziyası”, Kərim Kərimov.
    1986, 13 aprel. “Od gəlini”, Cəfər Cabbarlı.
    1986, 6 sentyabr. “Vaqif”, Səməd Vurğun. (Ədil İsgəndərovun 5 oktyabr 1938-ci il quruluşunun bərpası).
    1998, 10 aprel. “Özümüzü kəsən qılınc” (“Göytürklər”) Bəxtiyar
    Vahabzadə.
    2000, 10 iyul. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.
    Azərbaycan Dövlət Opera və Balet Teatrında iki milli musiqi əsərimizi yeni formada tamaşaçılara təqdim edib.
    1974, 27 aprel. “Gəlin qayası”, Şəfıqə Axundova. Libretto müəllifləri
    Süleyman Rəhimov və İsgəndər Coşqun.
    1993, 21 aprel. “Vaqif”, Ramiz Mustafayev. Librettonu Səməd Vurğunun eyniadlı pyesi əsasında Firudin Mehdiyev yazıb.
    Ağakişi Kazımov Gənc Tamaşaçılar Teatrında uzun müddət baş rejissor işləyən sənətkarlardandır. Ən çox və ən müxtəlif janrlı tamaşaya da quruluşu məhz bu teatrda verib.
    1976, 27 may. “Komsomol poeması”, İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında.
    1976, 30 aprel. “Zoluşka”, Yevgeni Şvarts (rus bölməsində).
    1977, 26 iyun. “Məhəbbət novellası”, Şamil Xurşud və Əşrəf Hacıyev.
    1978, 5 iyun. “Məlik Məmməd”, Əyyub Abbasov.
    1978, 17 sentyabr. “Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov.
    1979, 24 fevral. “Fırtınadan doğulmuşlar”, İsgəndər Coşqun.
    1979, 25 sentyabr. “Sirli dəyirman”, Firuz Məmmədov.
    1980, 29 mart. “Yaşasın Günəş”, Kamal Aslanov.
    1980, 20 iyun. “Kiçik torpaqda üç gün”, Şamil Xurşud.
    1983, 26 iyun. “Qar qız”, Teymur Elçin.
    1990, 4 noyabr. “Yazığam, sevmə məni”, Əkrəm Əylisli.
    1991, 17 yanvar. “Şəhidlər”, Bəxtiyar Vahabzadə.
    1991, 19 sentyabr. “Kiçik təpə”, Nəbi Xəzri.
    1991, 20 dekabr. “Müşfiq”, Rafıq Hüseynov.
    1992, 23 yanvar. “Bir parça Vətən”, Fikrət Sadıq.
    1993, 19 dekabr. “Səsin sehri”, Tahir Kazımov.
    1994, 22 dekabr. “Sevirdim, çox sevirdim”, Hidayət.
    1995, 23 sentyabr. “Ağ div, qara div”, Əli Səmədli.
    1997 28 sentyabr. “Şir qızı Luska”, Vladimir Qusyev (rus bölməsində).
    1998 22 fevral. “Dördüncü təcavüz olmayacaq”, Miryusif
    Mirməmmədoğlu.
    1999, 7 mart. “Təlxəyin nagılı”, Fıruz Məmmədov.
    2000, 18 dekabr. “Büllur sarayda”, İlyas Əfəndiyev.
    Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında dörd tamaşa hazırlayıb.
    1978, 10 iyul. “Qızıl zəncir”, Şamil Xurşud.
    1981, 14 may. “Məni qınamayın”, Hidayət Orucov.
    1983, 14 noyabr. “Əks-səda”, Nəbi Xəzri.
    1982, 31 may. “Məhəbbət yaşadır” (“Ömür gözləyir bizi”), Nahid Hacızadə.

    Ağakişi Kazımov, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şaleva Rokvanın “Yaşıl papaq” (Tərcümə edəni Vaqif Əlixanov. 20 noyabr 1982), Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Jan Batist Molyerin “Tartüf” (tərcümə edəni Rəman Əlizadə. 5 sentyabr 1984), Köln-Düseldorf Almaniya Türk Dövlət Teatrında Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” (10 iyul 1999), Bəxtiyar Vahabzadənin “İkinci səs” (23 dekabr 1999) əsərlərini tamaşaya hazırlayıb.
    “Azərbaycanfılm”in “Bəri bax” studiyasında çəkilən “Yük” bədii fılmində Hacı Zeynalabdin Tağıyev rolunu oynayıb.

    1977-ci ildən bugünkü Mədəniyyət və İncəsənət Universitetində aktyor və rejissor sənətindən dərs deyən Ağakişi Kazımov 18 iyun 2001-ci ildən bu ali məktəbin professorudur.
    Qazandığı sənət uğurlarına görə 20 mart 1987-ci ildə Azərbaycan
    Respublikasının əməkdar incəsənət xadimi, 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

    Ağakişi Kazımov bir rejissor kimi, adətən məşqlər başlanana qədər əsər üzərində çox işləyir. Obrazların konsepsiyasını tam qavramaqda aktyorlara kömək edir. Yaradıcılığında psixoloji monumental pyeslərə üstünlük verir. Tamaşanın ideyasına uyğun ansamblı toplamaq qəsədilə rol bölgüsənə xüsusi diqqətlə yanaşır. Rəssam və əstəkarla əlaqəli işləməyi əhəmiyyətli hesab edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağakişi Kazımov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1313


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş