Cəlal Abdullayev — Bakı Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor. Həyatı Fəaliyyəti Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib. Onun

Bu konu 1093 kez görüntülendi 0 yorum aldı ...
Cəlal Abdullayev 1093 Reviews

    Konuyu değerlendir: Cəlal Abdullayev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1093 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    14
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cəlal Abdullayev

    Cəlal Abdullayev — Bakı Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor.

    Həyatı
    Fəaliyyəti

    Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.

    Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil edilib.

    Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə "Səməd Vurğunun sənətkarlığı" adlı doktorluq dissertasiyalarını müdafiə edib.

    Cəlal Abdullayevin "Səməd Vurğunun poetikası" (1976), "Səməd Vurğunun sənət dünyası" (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.

    Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət daşıyır.

    2010-cu il mayın 20-də dünyasını dəyişən alim mayın 21-də Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
    Kitabları

    "Səməd Vurğunun poetikası" (1976),
    "Lirika və zaman" (1982)
    "Səməd Vurğunun sənət dünyası" (1986)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Cəlal Abdullayev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1093


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş